Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə11/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

 
 
42 
*** *** *** 
Evimizdəki hadisələr  çox sürətlə baş verdi. Həmişə 
üsyankarlığımla, haqqımı  tələb etməyimlə tanınmağıma 
baxmayaraq, heç  nə edə bilmədim bu dəfə. Sadəcə  hər  şeyə 
mat-məəttəl qalmışdım. Sanki bir kabus görmüşdüm. 
Gülcahanın qışqırtısı, yalvarışı belə  mənə  təsir etməmişdi. 
Sanki bunlar olmalıymış, mənsə seyr etməliymişəm. Mən bir 
də o vaxt özümə  gəldim ki, bütün bu hadisəni törədən iki 
erməni zabiti qapıdakı daha üç əsgəri çağıraraq evi axtarmağı 
əmr etdi. İkisi evi axtarmaqla məşğul olduğu halda zabitlərdən 
biri bizi – mənimlə bacımı göstərərək ona erməni dilində nəsə 
tapşırıq verdi. Mimikasından hiss etdim ki, bizi harasa 
aparmalarını tapşırdı. Məni göstərərək nəsə xüsusi bir tapşırıq 
verdi. Mən sonralar bu leytenantı tez-tez görəcəyimi ağlıma 
belə  gətirməzdim. Hələ  də kiminsə bizi xilas edəcəyinə  ümid 
edirdim. Bunun üçün də erməninin bizi aparmasına heç bir 
etiraz edə bilmirdim. Taleyin hökmünə boyun əymiş, 
razılaşmışdım. Gözlərimdən yaş belə axmırdı. Cansız 
müqəvva kimi idim. Amma Gülcahan ağlayır, gah anam, gah 
da al qan içində yatan Kənan tərəfə qaçırdı. Zabitlər isə hərbi 
kəmərlərini bağlaya-bağlaya harınlamış adamlar kimi gülür, 
gördükləri işdən sonra sanki rahatlamış, yüngülləşmişdilər. 
Məni göstərən zabitdən yaşca böyük görünən ucaboy, 
ermənilərə xas əyri buruna, yekə qarına sahib olan zabit 
Gülcahanın hərəkətlərinə    əsəbiləşirdi. Hətta bir dəfə onu 
vurmaq üçün avtomatı hazır vəziyyətə gətirdi.  
 
 


 
 
43 
 
Amma  digər zabit yenə ermənicə ona nəsə dedi, o da 
ucadan gülərək avtomatı  aşağı saldı.  Əsgər bizi qabağına 
qatıb evimizdən çıxardı. Gülcahan çıxmağa dirənsə də, erməni 
əsgərləri onu silahın ucu ilə vuraraq qapıdan  çölə atdılar.  
Mən artıq bacıma dəstək olacağımı, mənə onun ehtiyacı 
olduğunu indi dərk etdim. Pilləkənlərdən ağzı  üstə  düşən 
Gülcahanı qaldırdım. Bağrıma basdım. Bizi beləcə  təzə-təzə 
doğmalaşdığımız, hər küncünə yenicə alışdığımız evimizdən, 
həyətimizdən sürüyərək apardılar. Başı  açıq, ayaqyalın... O 
gecə sanki tanrı da üzünü bizdən  çevirmişdi. Nəinki bizdən, 
təbiətdən də  üzünü  çevirmişdi allah. Bizi aparan əsgər 
Azərbaycan dilini bilirdi. Onun üçün də tez-tez “sizə bu da 
azdı, hələ bir dayanın gorün Safaryan sizin başınıza nə 
gətirəcək. Yaxşı ki gözəlliyiniz var, yoxsa sizi də burada 
cəhənnəmə  göndərərdik. Gərək, siz o müsəlman allahınıza 
şükür edəsiniz”.  
Bu sözləri eşidəndə birinci dəfə idi ki, gözəl olmağımın 
mənə bu cür yardım edəcəyini gördüm. O gözəlliklə ki bir 
zamanlar fəxr edirdim, həmin anda nifrət etdim bu gözəlliyə. 
Həmin gözəlliyə ki, doğrudan da, zaman gəldikdə  məni xilas 
edəcəkdi... 
 
  
 


 
 
44 
 
 
 
 
 
 
 
 
 
 
5. Gündəliyin tapıldığı gün... 
 
   Vaxtın necə  ötdüyünü hiss etmədən  əlindəki dəftəri 
sonuna qədər oxuyub qurtardığını sanki indi hiss edən 
Qüdrətov telefonun displeyini işıqlandırıb saata baxdı. Bir 
azdan altı olacaqdı. Deməli, gecədən səhərə  qədər olan şirin 
yuxudan cəmi iki saat vaxtı qalırdı. Amma nə beynindəki 
fikirlərdən ayrılıb yata bilirdi, nə  də ki, fikirlərini bir-birinə 
calayıb onu daxildən narahat edən  şübhələrinin izinə  düşə 
bilirdi. Yorğun halda yalnız indi xatırlaya bildi ki, bu dəftəri 
artıq ikinci dəfə oxuyur. İlk dəfə dəftər əlinə keçəndə və bir də 
indi. Aytəkin adlı girov qızın yazdığı bu dəftərin ayrı-ayrı 
səhifələrini isə  təcrübəli  əməliyyatçı ayrı-ayrı vaxtlarda bir-
neçə  dəfə oxumuşdu. Xocalının on doqquz illiyi ilə bağlı 
həmin tədbirdən sonra isə bu dəftərdə yazılanlar onu hansısa 
müəmmalı bir hadisənin aşkara  çıxarılmasına sürükləyirdi. 
Özü  də bunu hiss edirdi. Getdikcə daha çox  şübhələnir və  öz 
hislərinə inanmağa  çalışırdı.  İndi yorğun vəziyyətində isə 
nədənsə özünü qınamağa başladı. Kimlərsə ümidlərinin izi ilə 
azad həyata can ataraq sevdiyinə qovuşmaq istədiyi halda
Qüdrətov  öz  şübhələrinin izi ilə  çarpışırdı. Məgər bu yaxşı 
idimi?!  Əlbəttə! O ən doğru olanı  düşünürdü  həmişəki kimi. 


 
 
45 
Dövlətinin mənafeyi və  təhlükəsizliyi naminə  ən adi 
hadisələrdə ayıq-sayıq olmaq onun taleyinə yazılmışdı. Bu, 
onun müqəddəs borcu idi. Bir az əvvəl oxuyub bitirərək stolun 
üstünü qoyduğu xatirə  dəftərini yenə  də  açdı. Sonuncu 
səhifələrini açaraq yenicə oxuduğu sətirlərə bir daha nəzər 
saldı. Bütün diqqəti ilə  həmin müəmmalı  sətirlərə hakim 
kəsilmişdi. Aytəkinin öz dəftərçəsinin sonunda yazdığı həmin 
səhifələr mayor Qüdrətovu həmin universitet müəllimi Ramil 
haqqında daha dərindən düşünməyə vadar edirdi. Təcrübəli 
əməliyyatçı  əvvəlki  şöbədə olanda rəisi general-mayor Kamil 
Əzimovdan  çox tapşırıqlar almışdı. Bu tapşırıqlar  çətinliyinə 
və  kəskinliyinə  görə bir-birinə  çox bənzəyirdi. Məxfi  şöbəyə 
gələndən sonra isə sanki bu tapşırıqların sayı azalmışdı.  İndi 
Qüdrətovun  əvvəlkindən daha çox vaxtı olurdu. İndi də belə 
bir  şübhələrə qalib gələrək məsələnin  əsl tərəfini açıb 
göstərmək  üçün hər  şeyə hazır idi. Əgər o yanılmırdısa, 
deməli, Ermənistanın planı ilə göndərilmiş xain qüvvə Bakıda 
hansısa mühüm tapşırığı yerinə yetirməli idi. Bu isə 
miqyasından asılı olmayaraq dövlətimiz  üçün təhlükəli ola 
bilərdi. Oxuduqlarına inanmaq Qüdrətov üçün bir insan kimi 
çox çətin idi. Dəftərdəkilərdən belə bir nəticə çıxartmaq olardı 
ki, Aytəkin bunu edə bilməzdi, etməzdi də. Axı o, 
azərbaycanlı idi, vətəndaş idi, doğma  Azərbaycanının bir 
parçasını –Ramili sevirdi... O, buna necə razı ola bilərdi?! Bu 
kiçik dəftərdən onun ağıllı qız olduğunu da öyrənmişdi. Başqa 
bir yol da tapa bilərdi, yaşamaq və yaşatmaq üçün.  
Qüdrətov hiss etdi ki, artıq  çox yorulub. Düşünməsi  üçün 
həmişə yardımçı olan çay da indi öz təsirini itirmişdi. Odur ki, 
otağın işığını  söndürüb siqaret yandıraraq həyətə  düşdü. Bir 
az açıq havada gəzişərək tez də qayıdıb yatmaq qərarındaydı. 
Amma necə oldusa, Aytəkinin dəftərini ona verən Fransadakı 
restoran gözətçisi həmin qoca Vasya yadına düşdü. Yuxusuz 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə