Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə8/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

 
 
31 
bilmirdi. Bilirdi ki, tam sağalan kimi o da döyüş  bölgəsinə 
qayıdacaq. Ona görə  də fikrini yarımçıq qoyub susdu və evə 
girdi. 
     Ramil  yalnız həmin gün bildi ki, xətrini  çox istədiyi 
dostu ondan inciyib. Əvvəlcə məktub yazmaq istəsə də, bunun 
işə yaramayacağını  düşünüb fikrindən daşındı. Adilə  zəng 
etmək, səsini eşitmək, könlünü almaq isə mümkün deyildi. Ən 
azından indi bu dəqiqə harada olduğunu bilmirdi. Düşündü 
ki, bir-iki gün səbr eləsin. Necə olsa, Adil ailəsi ilə  əlaqə 
saxlayanda hərbi hissənin telefon  nömrəsini birtəhər öyrənib 
onunla danışa bilər.  İki gün sonra Adildən xəbər gəldi... 
Amma bu xəbər... O aprelin birinə keçən gecə  Kəlbəcər 
uğrunda gedən döyüşlərdə minaya düşərək şəhid olmuşdu... 
... ... ... 
     Əlindəki siqaretin közü barmaqlarını yandıranda Ramil 
sanki yuxudan ayıldı. Siqaret yanaraq filtirinə  qədər gəlib 
çatmışdı. Kötüyü yerə ataraq stuldan qalxdı  və  növbəti 
siqareti yandırıb həyətdəki evin arxa tərəfində heç kəsin görə 
bilməyəcəyi yerə tərəf getdi... 
...  İndi o, on səkkiz il əvvəl baş vermiş bu hadisəni 
xatırlayaraq için-için ağlayırdı... 
 
*** *** *** 
     Əl telefonuna gələn zəng mayor Qüdrətovu oxuduğu 
qara cildli kitabdan bir anlıq ayrılmağa məcbur etdi. Gələn 
zəngə cavab vermək üçün telefonu qulağına apardı: 
– Eşidirəm. 
Cənab mayor, həmin müəllimlə bağlı yeni məlumatlar 
əldə eləmişəm, – zəng edənin səsi eşidildi. 
– Dünən axşam verdiyin məlumatlarla ziddiyyətli olanı 
var? 
– Hələ ki xeyr. 


 
 
32 
– Yeni məlumatları sənəd şəklində elektron poçt ünvanıma 
göndər. Bir azdan baxacağam. 
– Oldu, cənab mayor! 
 
 
*** *** *** 
 Telefon 
danışığından sonra Qüdrətov  əlinin altındakı 
qara cildli kitabı yenidən götürdü. Kitabın qara rəngdə 
olmasını, elə bil indi görürdü. Bəlkə  də, ondan soruşsaydılar, 
oxuduğun kitabın cildinin rəngi necədir, yadına sala bilməzdi. 
Yox, Qüdrətov bu qədər diqqətsiz ola bilməzdi. Amma, 
doğrudan da, kitabın rəngi onun diqqətini cəlb etməmişdi. 
Axı bu detektiv üçün xoş olan hal deyildi. O, kitabın rəngini 
görmüşdü, bilirdi də, sadəcə indiyə kimi nə əvvəllər, nə də indi 
oxuduğu kitabın rəngi ilə qara bəxtləri, qara talelələri bir yerə 
qoymamışdı. Qarabağın qara bəxtini müqayisə etməmişdi. 
Kitabı yazan şəxs də, yəqin ki, bilərəkdən bu rəngi seçmişdir. 
Qüdrətov sonuncu əməliyyatdan sonra Qarabağ hadisələri ilə 
bağlı  çoxlu sənədli materiallarla, kitablarla tanış olmuşdu. 
Amma, deyəsən, məhz indi əlində olan bu kitab onun 
diqqətini daha çox cəlb etmişdi. Yəqin, bu, son iki gündə bu 
kitabla yanaşı oxuduğu həmin girov qızın gündəliyinin 
təsirindən idi – Aytəkinin... 
 Bayaqdan 
özü ilə danışan Qüdrətov  özünə haqq 
qazandıra bildiyi üçün bir az rahatladı, hətta  üz cizgilərinə 
diqqətlə baxan olsaydı,  özü ilə  qürur duyduğunu da görə 
bilərdi. Qüdrətov öz hisslərini heç zaman biruzə verməyən bir 
insan olsa da, sonunda insan idi. O da sevinə, kədərlənə, 
hirslənə, hətta ağlaya bilirdi. Bu dəfə məxfi agent öz diqqətini 
bir anlıq sorğu-sual edəndə  özünə vurğunluğunu gizlədə 
bilmədi. Amma yox, o, hər zaman vətəninə xidmət etməyi özü 
üçün müqəddəs borc bilmişdi. Elə indi də belə idi. Əslində 


 
 
33 
Qudrətovun qürrələnəcək, fərəhlənəcək,  özü ilə  sözün  əsl 
mənasında fəxr edəcək o qədər işləri olmuşdu ki... 
Qüdrətovun Aytəkinin dəftərini oxumağa marağı olsaydı 
da, bundan qaçmaq istəyirdi.  Çünki o, müharibənin 
dəhşətlərini dərindən araşdırmış, akademiyada təhsil aldığı 
dövrlərdə  və sonradan milli təhlükəsizlik sistemində  işlədiyi 
vaxtlarda bu hadisələri dərk etməyə  çalışmışdı. Orta yaş 
dövrünə yeni qədəm qoyan təcrübəli əməliyyatçı öz dövlətinin 
təhlükəsizliyi naminə az işlər görməmişdi.  İndi isə xatirələri 
andıran həmin dəftəri oxuyub Aytəkinin taleyini araşdırmaq 
hissi ilə, müharibə  dəhşətlərini yenidən xatırlamaq hissi bir-
birinə zidd idi.  
 
Hələ dəftərin ilk səhifələri ona bu qədər əziyyət verirdi. 
Yadına bir anlıq 1990-cı illərin  əvvəlindəki ictimai-siyasi 
vəziyyət düşdü...  
 O  zaman  Azərbaycan SSRİ-nin tərkibindən  ayrılıb  öz 
müstəqilliyini yenicə elan etmişdi.  İqtisadi vəziyyət  çox çətin 
idi. Hakimiyyətə  gələnlər nə  qədər vətənpərvər olsalar da, 
səriştəsiz olduqları  üçün  çoxlu siyasi problemlər yaşanırdı. 
Digər bir tərəfdən Rusiya Azərbaycanın müsətqilliyinə razı 
ola bilmədiyi üçün əlində olan bütün imkanlardan istifadə edib 
ölkəyə  təzyiqlər edir, Sovet hərbi qüvvələrini  ölkədən 
çıxartmaq istəmirdi. Bu da Azərbaycanın müstəqilliyinə açıq-
aşkar təhlükə idi. Eyni zamanda 1980-ci illərin sonundan 
aşkarcasına  havadarlıq etdiyi ermənilərin Azərbaycan 
torpaqlarına hücumuna yardım edir, onları  silah-sursatla 
təmin edirdi. Hətta münaqişənin  əvvələrində uzaqgörənlik 
edib bütün azərbaycanlılardan ov tüfənglərini belə 
yığmışdılar. Guya ki, xalqlar arasında  dostluq yaratmaq 
istəyirdilər. Sonralar isə məlum oldu ki, ermənilərdən heç bir 
silah alınmamışdır. Bunu iki ildə ermənilərin Azərbaycanın 
bir neçə rayonunu asanlıqla işğal etməsi sübut edirdi. Erməni 


 
 
34 
tərəfi o dövrün bütün müasir rus silahları ilə silahlandığı 
halda, azərbaycanlılar  dayandolduruma, ov tüfənginə belə 
həsrət idilər.  
1992-ci ildə Xocalı faciəsinin də baş verməsinə  səbəb belə 
irili-xırdalı məsələlər idi. Xocalını sadəcə şəhərin özündən olan 
heç bir zirehli texnika ilə silahlanmayan özünümüdafiə 
batalyonu qoruyurdu. Həmin batalyona cəmi iyirmi nəfərdən 
ibarət olan minaatanlar briqadası  kömək edirdi. Ermənilər 
düşmən Rusiya ordusunun Xankəndindəki 366-cı 
mexanikləşdirilmiş atıcı alayı ilə birgə fevralın 25-dən 26-na 
keçən gecə  mühasirədə olan şəhərə  hücum etdi. Qısa bir 
zamanda düşmən tankları, zirehli maşınlar  şəhərə girdi. 
Şəhərdə  küçə  döyüşləri başladı. Cəsur komandir, Milli 
qəhrəman Tofiq Hüseynovun başçılıq etdiyi batalyonun sayca 
xeyli az döyüşçüsü yağı düşmənlə mərdliklə döyüşdü. Düşmənə 
mane olub çoxlu insanın mühasirədən  çıxmasına imkan 
yaratdı. Sonra isə komandir əsir düşməmək  üçün  özünü 
güllələdi.  
Sözsüz ki, Aytəkinin bunlardan xəbəri olmamışdı...  Çox 
güman evlərində kişi olmayan Aytəkinin ailəsi evlərinə girib, 
qapı-bacanı bağlayıb ya düşmənin gəlməsini gözləyirdi, ya da 
Bakıdan gələcək köməyi. Amma birinci baş verdi. Həm də 
qəfildən,- deyə  düşündü  Qüdrətov. Aytəkinlərin taleyi həmin 
gecə  ayı batmış gecəyə döndü. 
 
*** *** *** 
   Hər bir azərbaycanlı kimi Qüdrətovun da yaralı yeri olan 
bu mövzu nə vaxt yadına düşürdü, beləcə o illərə dalır, 
prosesləri xatırlayırdı. Gördükləri, əsirlərdən və döyüşçülərdən 
eşitdikləri  ən ağrılı hadisələr gözlərinin  önündən getmirdi. 
Milli qəhrəman  Çingiz Mustafayevin, Şamil Sabiroğlunun  və 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə