Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə5/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   2   3   4   5   6   7   8   9   ...   42

 
 
19 
köçmüşdük. Təzə ev olduğu  üçün işıqların tez-tez sönməsi, 
qazların kəsilməsi evi qızmağa qoymurdu. Bu qış  nənəm də 
bizdə idi xoşbəxtlikdən. Amma, sən demə, Naxçıvandan olan 
nənəmin bizdə olması  əslində  bədbəxtlikdən imiş. Bir də ki 
nənəm bizə  qışda qalmaq üçün gəlməmişdi, yayı qalıb 
qayıtmalı idi. Atam şəhid olandan sonra bizi başsız qoymaq 
istəmirdi. Amma ermənilərin Qarabağa hücumunun 
şiddətlənməsi nəticəsində Xocalı neçə ay idi ki, mühasirədə 
idi. Bunun üçün də  nənəmin dayımgilin yanına qayıtması 
müşkül məsələyə  çevrilmişdi. Havanın soyuqluğundan 
şikayətlənəndə arvad tez-tez bizə  öz kəndlərinin soyuğunu 
misal  çəkirdi - “bala, siz hələ  nə  görmüsünüz, Naxçıvanda 
“tu” deyirsən, göydə donur”. Bu söz də 6 yaşlı qardaşım 
Kənanın ağzına düşmüşdü.  Çölə  çıxırdı, içəri girirdi “tu 
deyiysən, göydə donuy, ee, nənə”,-deyirdi. Bizim 
gülüşməyimiz isə  nənəmi acıqlandırırdı, hətta uşaq kimi 
küsürdü  də: “Qoy yollar açılsın, gedəcəyəm, bir də buralara 
gəlməyəcəyəm. Rəhmətlik kişi deyirdi axı, allah bizi uşaqların 
umidinə qoymasın”. Anam birtəhər könlünü alırdı. Hər şey də 
tez yadından  çıxırdı. Nənəm bir kitab idi sanki. Hər yadıma 
düşəndə elə hey ondan danışmaq istəyirəm. 
     O  sıxıntılı  günlərdə, hər an qaçmağa hazır olduğumuz 
bir zamanda, atəş  səslərinin bizi müşayiət etdiyi bir vaxtda, 
qorxumuzdan zirzəmi məqsədilə tikilmiş birinci mərtəbə 
adlandırdığımız balaca, həyətə baxan, kiçik pəncərəsi olan, 
nənəmin “əldamı” adlandırdığı,  əslində isə  mətbəx funksiyası 
daşıyan otağa sığışdığımız  ərəfədə evimizi şənləndirən bir 
nənəm, bir də qardaşım Kənan idi. Yəqin ki, bu da nənəmin 
dünyagörmüş bir qoca olması, qardaşımın isə  uşaq olub ağlı 
kəsməməsi səbəbindən idi. Məhz bunlar bizi qorxudan
təhlükənin ciddilyindən uzaqlaşmağa kömək edirdi.  


 
 
20 
Anamın müharibənin  ilk günlərində  döyüşdə  şəhid olan 
atamdan sonra heç eyni açılmazdı. Gözlərində bir kədər var 
idi. Həmişə əlləri qoynunda oturar, bizi seyr edər, elə bilərdik 
bizə baxır, amma bir şey soruşanda diksinərək hövlnak 
yuxudan duran adamlar kimi, “-hə, nə olub, nə deyirsiz?”- 
deyərdi. Eşqin nə olduğunu başa düşmədiyi üçün qardaşımdan 
başqa, hamımız anamın halını anlayırdıq. Çünki atamla anam 
bir-birlərini sevib evlənmişdilər. Ona görə də bu ayrılıq anama 
ağır gəlirdi. Üstəlik o, Naxçıvan kimi ənənələrə bağlı olan bir 
yerdən ata-anasına qarşı  çıxaraq atamla evlənmişdi. Hətta 
nənəm deyir ki, babam bir dəfə hirslənib demişdi ki, əgər 
Soltanla evlənib, Xocalıya getsən səni qızlıqdan çıxaracağam. 
Ailəmizin ilk övladı 8 ildən sonra olmasına baxmayaraq, onlar 
bir-birlərindən sarmaşıq kimi yapışmışlar. Bunun üçün də 
anam sevginin də, həsrətin də nə olduğunu yaxşı bilirdi. Hətta 
mənə elə  gəlirdi ki, anam kimi heç kim həsrət  çəkə bilməz. 
Onun həsrət çəkən gözlərində həmişə bir ümid var idi. Həmişə 
bu həsrətin vüsalla bitəcəyindən xəbər verirdi. Bəlkə də, anam 
həsrət çəkəndə xoş günlərini xatırlayıb sevgi ilə kədəri o qara 
gözlərində birləşdirirdi, qovuşdururdu. Onun üçün də  həsrət 
anama belə qəşəng yaraşırdı... 
Al ələ darağı dara saçları, 
Tökülüb gedirlər hara saçları, 
Xınayla boyanmış qara saçları, 
Xəlvətcə ağardı, anam bilmədən, 
Anam da qocaldı, zaman bilmədən. 
     Son zamanlar da camaat arasında gəzən  şayiələr onu 
yaman narahat edirdi. Tez-tez dili ilə dodağı arasında, 
“görəsən, bu işlərin axırı necə olacaq? Bizə sahib çıxan 
olacaqmı? Allah, sən  özün kömək ol! Bu qızları sağ-salamat 
burdan  çıxarım,  Əshabul-kəfdə bir qurban kəsəcəyəm”,-
deyərdi.  


 
 
21 
Yazıq anam neyləsin? Gündə bir xəbər gəlirdi, hərə bir şey 
deyirdi:  
Biri deyirdi,- Xocalını satıblar. 
Biri deyirdi,- Ordumuz mühasirəni yarmaq üzrədir. 
Biri deyirdi,- Bakıda elə bilirlər artıq Xocalı işğal olunub. 
Biri deyirdi,- Ruslar yenidən gəlir.  
Bu söhbətlərdə sanki bir ümid var idi,  özümüzü  təsəlli 
edəcək nəsə axtarırdıq. Onun üçün də anam və nənəm hey bu 
barədə düşünürdü.  
Bir tərəfdən  ölüm qorxusu, bir tərəfdən havanın kəskin 
soyuqluğu, bir tərəfdən də  ərzaq qıtlığı hamı kimi bizim də 
başsız ailəmizi yumaq kimi bir yerə yığmışdı. Doğrusu, bütün 
qəsəbə bizim kimi idi.  
Məndən kiçik bacım Gülcahan isə 13 yaşına təzəcə 
girmişdi. Bizim nə  düşündüyümüzdən asılı olmayaraq, o 
güzgünün qabağından çəkilmir, sarışın uzun saçlarını darayır, 
sığal  çəkir, göz-gözə vurub biz görməyəndə  öz  əndamına 
baxırdı. Düzü,  çox qəşəng idi. Yaraşığı  göz oxşayırdı. Atam 
həmişə bizə deyirdi ki, ananıza heç oxşamamısınız. Bu 
gözəlliyi kimdən almısınız bilmirəm. Bizi tərifləməsi xoşumuza 
gəlsə  də, anamızı  müdafiəyə keçərək, -nə olub ki, anamıza, 
deyərdik. Bəzən bu xor halında  çıxardı. Amma Gülcahan, 
doğrudan da, çox gözəl idi. Gözəlliyi ilə bərabər cazibədarlığı 
da var idi. Amma çox heyf... 
     Mən isə bilmirdim, altı aydır üzünü görmədiyim Ramili 
düşünüm, yoxsa anama təsəlli verim, darıxmaması  üçün 
nənəmlə  söhbət edim, ya Kənanla oynayım. Düzdür, anam 
ailənin bütün yükünü  çiynində daşıyırdı, amma bu, yorulmuş 
bir adamın ayaqlarını  sürüyərək yeriməsinə  bənzəyirdi. Hər 
şeyə  rəğmən getməli idi, amma çiynindəki yükü yerə 
qoymadan, dayanmadan getməli idi. Mənsə anamın yanında 
ona kömək etməyə  gücü  çatmayan, nə isə etmək istəyən bir 


 
 
22 
susuz köməkçi idim. Mən anamla getməli idim, ona kömək 
etməli idim. Amma fikrim mənimlə deyildi. Ruhum tez-tez 
məndən uzaqlaşırdı. Müharibənin nə olduğunu bilsəm də, 
bundan ağır olacağını 
ağılıma gətirmədən Ramili 
düşünürdüm. Heç atamı, deyəsən, xatırlamırdım da. Ramil 
sanki mənim ikinci mənim olmuşdu. Axı o, mərdliyinə, 
qüruruna və  əsl Azərbaycan kişisinə layiq xüsusiyyətlərinə görə 
rəhmətlik atama çox bənzəyirdi...  Neçə ay idi ki, ondan nə 
məktub ala bilirdim, nə  də danışa bilirdim. Qəlbimi gizlin-
gizlin saxladığım  şəklinə baxmaqla, bir də axırıncı  məktubu 
ilə ovudurdum. O şəkli də anamdan gizlətmək  üçün  
qoymadığım palaz altı, yük altı,  şkaf  üstü, kitab arası 
qalmamışdı.  
Sanki bizi, bu eli, Xocalını elə Ramil qurtaracaqdı. Onu bir 
dəfə görsə idim, hadisələri danışsa idim, hökmən bizə köməyə 
gələcəkdi, məncə... Amma çox gözlədim...  
Gecələr silah səsləri ilə yuxuya gedir, səhərlər Ramillə 
söhbətlə ayılırdım. Hər dəfə yadıma düşəndə həyəcanlanır, ilk 
dəfə  əlimdən tutmasını, qəfildən yanağımdan  öpüb “səni 
sevirəm” deməsini və bu hərəkətindən necə qızardığını unuda 
bilmirəm. Həmin gün mən də çox həyəcanlanmışdım, amma o, 
o qədər abırlı  oğlan idi ki, onun utanması, sanki böyük bir 
qəbahət işləməsi kimi özünü aparması  mənim qəlbimin 
titrəyişinin, yanağımın al laləyə  dönməsinin qarşısını aldı. 
Həmin gün bir birimizə heç  nə demədən ayrılmışdıq. Sanki 
böyük günah işlətmişdik. Günahkarın kim olduğunu da 
bilmirdik. Mən yataqxanaya çatana qədər  əlimi yanağımdan 
çəkməmişdim. Elə bilirdim hamı  mənə baxır, onlar məni 
görüblər.  İndi kimsə  nəsə deyəcək. Sabahı  gün məni 
kitabxanada tapması, söhbət etmək  üçün yanımda oturmaq 
istəməsi, kitabxanaçı qadının da onun başqa yerdə oturmasını 
tələb etməsi, bu həngamədə kiçik bir məktub yazıb dünənki 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə