Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə6/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   2   3   4   5   6   7   8   9   ...   42

 
 
23 
hərəkətinə  görə  üzr istəməsi məni ona bir daha bağlamışdı. 
Özünü o qədər itirmişdi ki, Cəbhəçilərin tüğyan etdiyi 
vətənpərvərlik hislərinin yüksək olduğu bir zamanda dilinin 
əzbəri olan “rədd olsun SSRİ!”  şüarını unutmayan Ramilin 
oxumaq üçün götürdüyü Marksizim və Leninizm fəlsəfəsindən 
bəhs edən hansısa bir kitab idi. Bu hadisə yadıma nə vaxt 
düşürdü, gülümsəməyə bilmirdim. Bir neçə dəfə də anam buna 
görə danlamışdı ki, niyə gülürsən öz-özünə.  
Bütün bu düşündüklərimi elə  həmin gecə basdırdım 
Xocalıda. Neçə illərdi, bu danışdıqlarım yadıma düşəndə 
sinəm həyacanla qalxıb enmir, gülümsünə bilmirəm, elə bil 
yadıma düşdüyü zaman unutmağa  çalışıram. O, mən deyiləm 
demək istəyirəm. Amma nə edək ki, insan özündən qaça 
bilmir, uzaqlaşa bilmir. Nə olaydı ki, Tanrı bizə bu lütfü  də 
verəydi. Necə ki bəyənmədiyimiz hər  şeyi ata, unuda bilirik, 
kaş ki özümüzdə  də xoşagəlməz, xatırlamaq istəmədiyimiz 
hisləri kəsib ata biləydik...  
Saf, məsum, pak gülüşümün donduğu o gecə  səbəbkar idi 
buna. Həmin gecə ki, camaatın niyə  çığırışdığını, hara 
qaçdığını, sanki yuxuda görmüşəm. Nə tam xatırlaya bilirəm, 
nə də unuda... Amma xatırlamaq istəmədiyim kimi, unuda da 
bilmirəm.  
*** *** *** 
     .... Nənəmin ayaqlarını ovurdum. Birdən odun gətirmək 
üçün həyətə  çıxan anamın pəncərədən: “qaçın”,- deməsi ilə 
atəş  səsinin açılması bir oldu. Anam susdu... Üzümüzə baxa-
baxa susdu. Gözləri ilə “məni bağışlayın” deyə-deyə susdu... 
Sanki anam ölümlə  həyat arasındakı bir anlıq baxışında bizə 
kömək edə bilməyəcəyi  üçün narahat idi. Sanki başımıza 
nələrin gələcəyini bilirdi. Bizi başsız gördüyü  üçün  ürəyi 
ağrıyır, gücsüz olduğu üçün əzab çəkirdi...   


 
 
24 
 O 
zaman 
anamın o cür qəddarcasına öldürülməsinə nə 
qədər kədərlənmişdimsə, sonralar Tanrıya anamı bu cür 
ölümlə  mükafatlandırdığına görə  dəfələrlə  şükür etmişdim. 
Sözsüz ki, anam onun ölümü  üçün Tanrıya  şükür etməyimi 
eşidə, görə bilsəydi, məni  ömrü boyu bağışlamazdı. Amma 
yazıq anam, nə biləydi ki, 6 yaşlı  körpəsinin cinsiyyət 
orqanından gülələnməsini,  əzablar içində  qıvrınmasını, mənə 
sığınmaq istəməsini, qışqırtısını, fəryadını  görmədiyi, 
eşitmədiyi  üçün Tanrıya  şükür etmişəm?! Nə biləydi ki, bir 
zamanlar  əlinə keçəni cehizləri  üçün aldığı, telli-duvağlı  gəlin 
köçəcəyini  ümid edən qızları  ömürlərinin bahar çağında  üç 
erməni dığası və ruslar tərəfindən nənələrinin gözü qabağında 
zorlandığını  görməməsi  üçün Tanrıya  şükür etmişəm! Nə 
biləydi ki, insan övladına xas olmayan hərəkətlərlə zorlandığı 
anda gözlərini analarına dikən, fəryad qoparan, nalə  çəkən, 
inildəyən qızlarının pəncərədən bütün bu hadisələri sadəcə daş 
olmuş, donmuş, lal olmuş kimi baxan analarından kömək 
istədiyini eşitməməsi  üçün Tanrıya  şükür etmişəm?! Nə 
biləydi?! Nə biləydi ki, qoca anasının ermənilər tərəfindən 
alçaldılacağını, “hə, nə deyirsən, qoca, birdən tamahın düşər 
ha, könlündən keçir, sənin də, a kaftar?”-deyilərək heysiyyəti 
tapdalanacağını, sonra da nəvələrini müdafiə  üçün  özünü 
qabağa atan bir qocanın sinəsinə kalaşnikovun 
doldurulmasını görmədiyi üçün Tanrıya şükür etmişəm! 
O Tanrıya ki, yaratdığı bu dünyada şər qüvvələrə bu qədər 
imkan verdiyi üçün onu dəfələrlə lənətləmişəm də. Dünyasına 
sahib  çıxa bilmədiyi  üçün qınamışam, daim şərin  əməllərinə 
göz yumduğu üçün dünyasına da, özünə də yox demişəm, rədd 
etmişəm. Zalımın zəifə verdiyi işgəncələrdən zövq almasına 
qapı  açan bizi yaradan ola bilməz dediyim Tanrıya bir neçə 
saatdan sonra da şükür etmişəm. Çox qəribədir... 


 
 
25 
Özü kimi yaratdıqları da ziddiyyətlidir. Mən ateist 
olmasam da, hərdən üsyankar fikirlər söylədiyim zamanlarda 
zalımın zülmünə qurban gedən,  ömrünün sonuna qədər 
tanrısına tapınan, daima “o bilən məsləhətdir” deyən 
rəhmətlik nənəm həmişə deyərdi ki, Tanrı öz sevdiklərini daha 
çətin imtahanlara çəkər. Mənsə bu cür sevgini istəmirdim 
mənim tanrımdan... Kaş ki məni sevməyəydi... Heç nifrət də 
etməyəydi. Heç yaratmayaydı da... 
Bu sanki bir aşiqin öz sevgilisini sınamaq üçün soyundurub 
başqa bir kişiyə  təqdim etməsinə  bənzəyir. Və  həmin aşiq 
bununla da sevgilisinin ona olan sədaqətini görmək istəyir. 
Əzmlə  mübarizə apardığını  görmək istəyir, qısqanclığını 
ovundurmaq istəyir.  Sonra da iş-işdən keçir. Sədaqətini 
yoxlamaq istədiyi sevgilsi ona da, sevgisinə də nifrət edir. Bu 
da sevginin sonu olur, nifrətin əvvəli... 
Ümid edirəm ki, gördüklərimdən sonra ölümümə belə razı 
olmayan Tanrı  nənəmin dediyi kimi, hələ  də  məni imtahana 
çəkir...  
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
26 
 
 
 
 
 
 
 
 
 
3. Acı peşmançılıq 
 
     Xəfif  əsən qış  küləyi azacıq aralı qalan qapıdan  özünə 
yol tapıb nəhayət ki, içəri keçərək  özü ilə bayırdakı soyuq 
havanı da içəri gətirdi. Sanki gecədən bəri apardığı 
mübarizədən sonra qapıya qalib gələn külək indilərdə bir-bir 
otaqları  gəzirdi. Dəhlizdən  baxdıqda qarşı  tərəfdə bir geniş 
otaq, sol tərəfdə isə  ümumi giriş qapısı ilə  əlaqələnən zalın 
kənarlarında daha iki otağın qapılarının bağlı olduğu diqqəti 
çəkirdi. Hava artıq  çoxdan işıqlanmışdı. Bazar günü olduğu 
üçün ev sakinləri hələ ki, səssizcə yatırdılar. Təzəcə işıqlanmış 
mənzilə nəzər saldıqda zalın sonundakı divanda gecədən yatıb 
qalmış yorğun ev sahibini görmək olardı. Üstü qalın yorğanla 
örtülsə də, paltarlarını soyunmadığı, işdən gəldiyi kostyumda 
yatdığı aydın görünürdü. 
     Qonşu otağın qapısı  açıldı. Otaqdan çıxan qadın  ərini 
oyatmamaq  üçün barmaqlarının ucunda koridora keçib 
mətbəxə  tərəf getdi. Çaydanı  təzəcə  dəmə qoymuşdu ki, 
kiminsə koridora çıxdığını görüb geri çevrildi. 
– Sabahın xeyir, Ramil! Allah məni öldürsün, oyatdım səni 
hə?! Nərminə özünəməxsus ahənglə ərinə səsləndi. 
–  Çoxdan oyanmışdım, gedəcək yerim var. Mənim  üçün 
çay qoy, çıxmalıyam bir azdan. 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə