Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə4/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   2   3   4   5   6   7   8   9   ...   42

 
 
15 
Fransada olarkən təsadüf nəticəsində  əlinə keçən həmin 
gündəlikdəki qız... Yox, Qüdrətovun xarakterində  təsadüflərə 
yer yox idi! Bəs indi?! Necə olur olsun, evə tez çatmaq, həmin 
gündəliyi tapmaq və o qadının miskin həyat səhifələrini bir 
daha diqqətlə  vərəqləmək lazım idi. Aytəkin, Ramil, 
Gülcahan, Kənan, Naxçıvandan gələn qoca nənə, tarix 
fakültəsi, illər... Yox, hər  şey bu qədər təsadüfi ola bilməzdi. 
Bir az əvvəl tədbirdə çıxış edib ürək ağrısı ilə zaldan çıxarılan 
Ramil müəllimin qismətsiz sevgilisinin – Aytəkinin gündəliyi 
idi o!.. Başqa cür ola bilməz..! 
 
*** *** *** 
   ...  Qüdrətov iş otağındakı kitabların arasında həmin 
gündəliyi axtarmağa başladı. Və sanki indi fikirlərindən ayrılıb 
evə  çatdığını hiss etdi. Maşını necə  sürdüyü, saxladığı, evə 
gəlməyi hamısı elə bil yuxu kimi keçmişdi.  İndi  bütün diqqəti 
həmin gündəliyin axtarışına hakim kəsilmişdi. Kitab rəfindən 
yerə tökdüyü kitabları bir tərəfə itələyib sanki qorxa-qorxa üz 
qabığı saralıb-solmuş  həmin dəftərçənin ilk səhifəsini açdı. 
Heyrətindən dodaqları qurumağa başlayırdı. Ona tanış  gələn 
bu sətirləri əzbərləyibmiş kimi sürətlə oxumağa başladı. Məxfi 
şöbənin gizli agenti həyatında  ən gözlənilməz təsadüflə 
rastlaşmışdı. Bəli, bir neçə il əvvəl Qüdrətovun əlinə keçmiş bu 
gündəliyi Aytəkin yazmışdı... 
 
    
 
 
 
 
 
 


 
 
16 
 
 
 
 
 
 
 
 
 
 
2. Girov qadının xatirələri... 
 
Kəşməkəşli bir ömür yolu keçmiş, həyatda təsəvvür belə 
edilməyəcək işgəncələr görmüş, dəfələrlə  ölümü yaşamaqdan 
üstün tutmasına baxmayaraq, bu həsrətdən məhrum olunmuş, 
səhrada günlərlə susuz qalmış bir insanın suya həsrət qaldığı 
kimi ölümə də beləcə həsrət qalan bir ananın göz yaşları içində 
yazmaq və ya yazmamaq fikirlərindən yazmaq istəyinin üstün 
olması oxuyacağınız bu gündəliyi ortaya çıxartdı.  
O günləri  ölə-ölə,  ət tökə-tökə xatırlamaq və ya xatırlaya-
xatırlaya ət tökmək, mənən ölmək yazmamağım üçün ən yaxşı 
bəhanədir. Amma çox düşündükdən sonra yazmaq qərarına 
gəldim. Və bir daha bu haqda düşünməmək  üçün  özümdən 
uzaqlaşmağıma ümid edərək yazıram. 
Ümid edirəm ki, yazdığımı bu gündəliyi elə bir zaman 
gələcək ki, özüm cıracağam, bəlkə  də, yox, cırmayacağam, 
cəmiyyətin  əllərinə  təqdim edəcəyəm.  Əslində bu gün bu 
dəftəri yazmağa imkanım varsa, gücüm, iradəm  çatırsa, yaza 
bilirəmsə, tanrıma şükür edirəm.  
Bu cümləni belə işlətdiyim zaman qəlbimdə özümə yazığım 
gəlir. Hətta nifrət edirəm desəm, bu qadının  ürək 
çırpıntılarının səmimiliyinə inanın. 


 
 
17 
 Gör mən nəyə şükür edirəm? ... 
Məsum bir qızkən, sevgilim (bizim elimizidə  qız sevgilim 
sözünü belə  işlətməyə utanardı) haqqında anama necə 
deyəcəyimi, söhbətin haradan başlayacağını  düşünəndə 
yanaqlarımın qızardığını, sinəmin həyəcanlı  döyüntüsünü, 
qulaqlarımın isti təndir  çörəyi qədər qızdığını hiss edən 
açılmamış bir qızılgülün təhqir olunmasına baxmayaraq 
yaşamasına... 
Bəlkə,  zorlandığı zaman bir müsəlman  qızı  üçün  ən 
toxunulmaz olan bakirəliyinin itirilməsini yox, elinin, 
yurdunun, təhqir olunmasına  şərait yaradan qadın cismimin 
yaşadığına?! 
Bəlkə, o günə ki, otağında hər hansı bir tanımadığı kişinin 
gələcəyinə, sahiblərimizin məni kimə təqdim edəcəyini qorxa-
qorxa gözlədiyimə şükür edirəm?  
Bəlkə, mənimlə yaşayan intiqama, ümidə? 
 Bu  xatirəmi oxuyandan sonra kiminsə  mənə haqq 
qazandırmasını  qətiyyən gözləmirəm, amma başa düşməsinə 
ümid edirəm. Necə ki bir gün sevdiyim oğlanı uzaqdan da 
olsa, 15 il boyunca  ləyaqətimin hər an tapdalanmasına 
baxmayaraq,  bir dəfə görməyimə hələ də ümid edirəm, necə ki 
özündən asılı olmayan, zorlanmanın bütün növlərini görən bir 
qızın hələ də tanıdıqlarının üzünə baxa biləcəyinə ümid etdiyi 
kimi, oxuyanların da məni başa düşəcəyinə ümid edirəm.  
İndi yadıma düşür ki, universitet auditoriyalarında 
repressiya dövründən danışan müəllimimizin:  “şairlərimizdən 
biri digərini niyə satırdı?” sualımıza verdiyi: -Gəlin onları 
başa düşək, amma haqq qazandırmasaq da olar” fikrinə ilk 
dəfə mən qarşı çıxmışdım. Hətta “necə başa düşək?” - sualını 
da vermişdim. Müəllim də demişdi ki, necə başa düşürsünüz 
düşün, amma başa düşməyə  çalışın.  İndi sizdən də ricam 
budur ki, əgər bu yazılarımı oxuyursunuzsa, başa düşməyə 


 
 
18 
çalışın, necə başa düşəcəksinizsə elə  də başa düşün. Bəli, 
bilirəm, bir türk-azərbaycanlı  qızının bunları  nəinki  öz 
yaxınlarına, hətta böyük bir insan kütləsinə danışmasına mən 
də razı olmazdım.  
Əziz həmvətənlərim,  əgər sizlər bunu oxuyacaqsınızsa, 
bağışlayın, mən artıq fahişəyəm, bizim eldə  də deyərdilər ki, 
fahişənin milliyyəti olmur. Amma yazmağa qərar verməyimin 
səbəbi erməniləri dünyaya,  ər oğullarımıza bir daha 
tanıtmaqdır. Bunu oxuyandan sonra bir qızın başına gələnləri 
danışdığı  üçün  əxlaqsız olduğuna qiymət verənlərin sayı, 
ermənilərin vəhşi, alçaq,  şərəfsiz, nacins, heyvan olduqlarına 
qiymət verənlərin sayından minlərlə az olacağına qəti olaraq 
inanıram. Qoy ər oğullarımız bunu oxuduqları zaman qınını 
yırtan qılınca  çevrilsin, dağları  lərzəyə salan vulkan olsun, 
qürurları  mənliyini silkələsin, silkələsin, bəlkə, mənim kimi 
yüzlərlə sadəcə cisim kimi yaşayan, hətta qisas üçün fürsət 
gözləyən qızlarımızın könlü, fürsət tapıb intihar edən 
qızlarımızın ruhu şad olsun.  
Amma  əmin olun ki, oxuduqca görəcəksiniz ki, 
ümidlərimin izi ilə yorulmadan gedirəm. Başıma nələrin 
gəldiyindən asılı olmayaraq, bu gün yaşayıram. Niyə 
yaşadığımı özüm belə bilmədiyim halda, yaşayıram... 
 
*** *** *** 
Gedin deyin xançobana, 
Bu il gəlməsin Muğana. 
Muğan batıb qızıl qana, 
Apardı sellər Saranı, 
Bir ala gözlü balanı. 
 
1992-ci ilin fevral ayı idi... Havalar da çox soyuq keçirdi. 
Bizim evimiz şəhərin kənarında yerləşirdi. Bu evə yeni 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə