Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə3/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   2   3   4   5   6   7   8   9   ...   42

 
 
11 
oturan bütün insanların diqqətini  özünə  çəkdi. Hətta  çıxışına 
başlayarkən dediyi bu iki cümlədən sonra qəhərləndi də. 
Kürsünün küncünə qoyulmuş stəkandakı sudan bir qurtum içib 
sözə başladı. 
 
*** *** *** 
   1992-ci  ildə ermənilərin Xocalıda azərbaycanlılara qarşı 
törətdiyi həmin qanlı  gün hamı kimi məni də sarsıtdı.  Çox 
sarsıldım... Həmin gün sevimli tələbəlik illərimin  ən  şirin 
xatirəsini – Aytəkinimi itirdim... 
   Onunla  1990-cı ildə elə universitetdə tanış olmuşduq. 
İkimiz də eyni fakültədə oxuyurduq. Tarix fakültəsində. Mən 
üçüncü, o isə birinci kursda idi. Bir-birimizi çox sevirdik. Bu, 
bəlkə  də, xarakterlərimizin oxşar olmasından doğurdu. 
Aytəkin vətənini həmişə əziz tuturdu. Vətən haqqında özünün 
gözəl fikirləri olurdu həmişə. Hərdən onun belə  söhbətlərinə 
qulaq asanda qeyri-ixtiyari olaraq özümü tarix dərsindəymiş 
kimi hiss edirdim. Bəzən ona zarafatca “ay qız, sən lap canlı 
vətənpərvərlik dastanısan ki!” deyərdim. Elə vaxtlar olurdu ki, 
bu söhbətlərdə  mübahisəmiz də yaranırdı. Hətta bir dəfə 
bilərəkdən dediyim “vətənin dərdi sənə qalıb?!” sözündən 
sonra bir həftə məni danışdırmadı. Bu sözə görə məndən bərk 
incimişdi. Onda hələ beş-altı ay idi ki, tanış olmuşduq. 
Sonradan mənim bu sözləri  ürəkdən demədiyimi anladı  və 
mənə inandı. O vaxt biz bir-birimizi dəlicəsinə sevirdik. Öz 
aramızda saf gənc qəlbimizin  ölənə  qədər bir olacağına and 
içib  əhdü-peyman bağlamışdıq. Amma evlərində deməmişdi. 
Həmin yay Xocalıya – öz yurduna yay tətilinə gedəndə  söz 
vermişdi ki, anasına deyəcək. Ancaq.... Məni qoyub getdi! 
Əhdinə sadiq qaldı. Mən isə bunu bacarmadım. Ailə  həyatı 
qurdum, işlədim,  övlad sahibi oldum... Qızıma onun adını 
verdim. Beşinci  sinifdə oxuyur. Tarix dərslərini  çox sevir... 


 
 
12 
Aytəkin kimi... Ona baxanda 19 il əvvəli və sonranı 
düşünürəm həmişə. Neçə-neçə talesiz insanlarımız gözlərimin 
önündə canlanır. Qarabağdakı  döyüşlərimizi xatırlayıram. 
Gecə də, gündüz də bu fikirlərimlə yatıb qalxıram. Fikirlərim 
isə  ümidli olmağa  çağırır məni.  Ümidlərimin izinə  düşüb 
dünyanı qarış-qarış  gəzib Aytəkinimi axtarmaq istəyirəm... 
Qardaşı  Kənanı, bacısı  Gülcahanı, həmin yay Naxçıvandan 
onlara qonaq gəlmiş qoca nənəsini, namusu tapdalanmış 
analarımızı, bacılarımızı, gəlinlərimizi, qocalıq ixtiyarları 
əlindən alınmış ata-babalarımızı, uşaqlıq sevincləri gözlərində 
qalmış  körpələrimizi, qisas almaq atəşi ilə dişi bağırsaqlarını 
kəsən cavan oğullarımızı haraylamaq istəyirəm... Və bir də... 
Bir də  həmin məktubu oxumaq istəyirəm. Sonuncu 
məktubuma Aytəkinimin yazdığı  şad xəbər dolu cavab 
məktubunu. Demişdi ki, aramızdakı  münasibəti, bir-birimizi 
sevdiyimizi anama deyən kimi sənə  məktub yazacağam. 
Görəsən, demişdimi?! 
Əgər demişdisə, məktub da 
yazmışdımı?!... 
 
*** *** *** 
      Universitet müəlliminin çıxışı yarımçıq qaldı. Ola bilsin 
ki, fikirlərini tamamlamışdı. Onsuz da deyəcəyini deyib 
hamını xeyli kövrəltmişdi. Rektorun işarəsi onun halının 
pisləşdiyini göstərirdi. İki nəfər tələbə gənc kürsüyə yaxınlaşıb 
onun düşməsinə kömək etdilər. Deyəsən, zaldan çıxarırdılar. 
      Sevgilisini  itirəndən sonra ali təhsilini yarımçıq qoyub 
müharibəyə yollanan Ramil müəllim ətrafında olanları heyrətə 
gətirən yüksək  şücaətlə Qarabağdakı qanlı  döyüşlərdə  iştirak 
etmişdi. Dəfələrlə ölümlə üz-üzə gəlmişdi. 1993-cü ildə Ağdam 
rayonu uğrunda gedən döyüşlərdə başından ağır yaralanmış, 
iki ilə  qədər müalicə alsa da, hərdən səhhətində belə 
çətinliklərlə  üzləşirdi. Həkim həyəcanlanmağın ona çox pis 


 
 
13 
təsir etdiyini dəfələrlə demişdisə  də, Ramil müəllim buna 
məhəl qoymurdu. 
 
*** *** *** 
     Mayor  Qüdrətov tədbir yekunlaşan kimi ayağa qalxıb 
arxa qapı tərəfdən çıxışa yaxınlaşdı. Sürətlə pilləkənləri aşağı 
düşüb universitetin həyətinə çıxdı. Ətrafda bayaqkından daha 
çox adam gözə  dəyirdi. Təxminən saat yarımlıq tədbirdən 
sonra sanki bu insanlar daha qayğısız görünürdülər. Elə bil 
ildə bir dəfə verməli olduqları danışmaq borclarını yerinə 
yetirib rahatlamışdılar. Bunu Qüdrətov görə bilirdi. Amma 
nədənsə çox fikirli idi. Siqaret yandırıb özünəməxsus ustalıqla 
ətrafa göz gəzdirdi. Baxışlarından bu dəqiqələrdə kimisə 
axtardığı  aşkar hiss olunurdu. Bu baxışlarda maraq, təəccüb 
və  hətta, heyrətdən doğan qəribə bir ahəng var idi. Məxfi 
şöbənin gizli agentinin bu qədər böyük istəklə  həyətdə 
görməyə çalışdığı adam, görəsən, kim idi?!. Bəlkə, bir az əvvəl 
tədbirdə  çıxış edərək hamını  kövrəldən həmin o Ramil 
müəllim?! Bəlkə, tədbiri giriş  sözü ilə  açan rektor?! Yox, 
deyəsən, birinci idi. Çünki elə bu saniyələrdə rektor onun üçün 
açılmış arxa sağ qapıdan dövlət nömrə nişanlı qara maşına 
oturaraq oradan uzaqlaşdı. Sürücünün idarə etdiyi maşın 
hətta Qüdrətovun iki addımlığından keçib getsə  də, bu 
mayorun diqqətini  çəkmədi. Deməli, o, həqiqətən də, Ramil 
haqqında düşünürdü. Kəskin baxışlarında qətiyyət hiss 
olunurdu. Bu, adətən, o hansısa bir əməliyyata başladıqda, 
yaxud nəyinsə  üstünü  açdıqda daha çox biruzə verirdi. 
Görəsən, Ramil müəllimlə bağlı mayorun kəskin marağına 
səbəb olan nə idi?! 
*** *** *** 
       Qüdrətov arxa həyətdə saxladığı maşınına  çatar-
çatmaz pultu işə saldı. Qapını  açıb  əlindəki qara cildli kitabı 


 
 
14 
və paltosunu soyunub arxa oturacağa qoyaraq tərəddüd 
etmədən mühərriki işə saldı, onun üçün açılmış darvazadan 
çıxaraq oradan uzaqlaşdı. 
– Universitetin tarix fakültəsində yaşı 40-42 arası olan 
Ramil adlı  müəllim haqqında bu gün axşama qədər  ətraflı 
məlumat istəyirəm. Bu gün tədbirdə çıxış edib, baş müəllimdir.  
Zəng etdiyi adama bunları tapşırıb telefon əlaqəsini kəsdi. 
İndi onun idarə etdiyi tünd göy rəngli “BMW” markalı maşın 
Mətbuat prospektindən Badamdar qəsəbəsi istiqamətində 
sürətlə irəliləyirdi. Evə  tələsirdi. Deyəsən, axtardığı  öz iş 
otağında kitablarının, yaxud da sənədlərinin içərisində olmalı 
idi. 
 
 
Həmin gündəlik... Qüdrətov onu axıra qədər 
oxumuşdumu?! Bir-neçə  dəfə  cəhd etmişdi, alınmamışdı. 
Amma sonra hansısa araşdırma zamanı  əməliyyata gərəkli 
materiallar toplaması  üçün bir dəfə axıra qədər oxumuşdu, 
deyəsən.  İnsanın qanını damarda dondururdu orada 
yazılanlar. Bəs indi təcrübəli təhlükəsizlik işçisini həmin 
dəftərçəni yenidən oxumağa sövq edən nə idi?! Doğrudanmı, 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə