Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə9/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

 
 
35 
digər fədakar operatorlarımızın Qarabağda və Xocalıda 
çəkdiyi kadrları beynində canlandırırdı.  
   Ən dözülməzi isə girovluqda olub qayıdanların söhbəti 
idi. Xatirələri idi. Onlardan biri də  Qüdrətovun ruhunu zəbt 
etmiş Xədicənin xatirələri idi. Bir dəfə yazıçı Sabir Şahtaxtının 
“Xəzəl oldu Xocalının Xəzəngülü” kitabını  vərəqləyəndə 
diqqətini cəlb etmiş, oxumuşdu. O gündən də  hər il bu 
hadisənin anım mərasimlərində  Xədicənin dediklərini insan 
beyninə yazılmış səs kimi yenidən eşidirdi. Hər dəfə də qulaq 
asanda sonsuz bir hüznlə səsləndirilmiş bu səs onu məhv edir
qanının axınını birə-beş sürətləndirirdi... Nə qədər əzab çəksə 
də, qulaq asırdı bu səsə  məxfi agent. Həm də  məxfi  şəkildə 
qulaq asırdı. Qulaq asırdı,  çünki bu onun ruhuna yazılmışdı. 
Ata bilməzdi, atmazdı da. Daşımalı idi bu səsi. Hər dəfə qulaq 
asıb  əsəbiləşməli, xəcalət  çəkməli, düşmənə nifrət etməli
özündən utanmalı,  özünü    gücü  çatdığı  qədər qınamalı idi. 
Çünki  illər  ötüşsə  də, bir vətəndaş kimi təsəlliverici heç  nə 
etməmişdi.  İndi də qeyri-ixtiyari olaraq Xədicənin səsinə 
qulaq asırdı... 
 
*** *** *** 
Mən 1968-ci il dekabr ayının 2-də Xocalı şəhərində anadan 
olmuşam. Xocalı  şəhərini 23 yaşımda tərk etmişəm. Xocalı 
şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə saat 11:00-da 
erməni quldurları  tərəfindən mühasirəyə alındı. Yeddi-səkkiz 
ay idi ki, Xocalıda işıqlar yanmırdı.  İşıqları ermənilər 
kəsmişdi. Düşmənlər tank və zirehli döyüş maşınlarından 
şəhəri hər tərəfdən atəşə tuturdular. Şəhərdə  hərə bir yana 
qaçırdı. Arvad, uşaq, qoca – hamı çaşbaş qalmışdı. Canlarını 
qurtarmaq  üçün gizlənməyə yer axtarırdılar. Amma mümkün 
deyildi,  hər tərəfdən od yağırdı. Biz də evdən çıxıb qaçmağa 
başladıq. Qonşumuzda bir oğlan vardı, Milli Ordunun 
 


 
 
36 
döyüşçüsü idi. O gəlib bizə  xəbər verdi ki, ermənilər  şəhərə 
girib.  Şəhərdə  ağır döyüşlər gedir, gecikmədən meşəyə 
qaçmalısınız. Həmin gecə o oğlan ermənilərə  əsir düşdü. 
Sonrakı taleyindən isə  xəbərimiz olmadı. Bütün ailəmiz 
birlikdə meşəyə  tərəf qaçdıq. Xocalı  şəhəri ilə meşə arasında 
Qar-qar  çayı vardı.  Şaxtalı  qış gecəsində  çayı birtəhər keçib 
meşəyə  çatdıq. Ermənilər  əvvəlcədən planlaşdırdıqları kimi 
meşə yolunu da mühasirəyə almışdılar. Bu, biz çıxandan sonra 
olmuşdu. Onlar şəhərdən  çıxa bilməyənləri meşədə  əsir 
götürür,  öldürürdülər. Biz meşədə  üç  gün,  üç gecə yol getdik. 
Ermənilər bizi meşədə  əsir götürdülər. Bizi birinci dəfə girov 
götürəndə anamın  ürəyi elə yerindəcə partladı, orada öldü. 
Ermənilər iki nəfər idi. Hərbi forma geyinmiş ermənilər 
yekəqarın, saqqallı, dağ ayısını xatırladırdılar.  Üst-
başlarından gələn içki və siqaretlə qarışmış  tər iyi əsl  üfunət 
idi. Bizi təhqir etdikdən,  üstümüzdəki qiymətli  əşyaları 
götürdükdən sonra: “Onsuz da meşədə donub öləcəksiniz”,-
deyib getdilər. Onlar gedəndən sonra biz anamın meyidi 
başına yığışdıq. Sanki bayaqdan anamızın  ölümü yaddan 
çıxmışdı. Anamı qoyub gedə bilməzdik. Soyuqdan və 
yorğunluqdan anamı  özümüzlə apara da bilmirdik. Bir gecə 
anamın yanında qaldıq. Soyuqdan bir-birimizə  qısınmış, 
nəfəslərimizlə əllərimizi qızışdırır, göz yaşlarının yanaqlarında 
donmaması  üçün uşaqların  üzlərini ovuşdururduq. Səhərə 
yaxın ocaq yandıra bildik. Amma, kaş, ki bu ocağı 
yandırmaya idik. On altı yaşlı bacım Lətafət  özünü oda atıb 
öldürdü. Atam anam və bacımın dərdi ilə yaşaya bilmədi. 
Digər tərəfdən də kişilik qüruru onu yeyib dağıdırdı.  Çünki 
atam daima bizim yanımızda olub, heç bir problemə 
yenilməyimizə imkan verməmişdi. Həmişə qeyrətli türk kişisi 
kimi  şərəf və  ləyaqətimizi qorumuşdu.  İndi isə o, çarəsiz, 
əliyalın,  əlacsız idi. Bu vəziyyətdən  çıxmağımız  üçün heç bir 


 
 
37 
yol tapa bilmirdi. Bu səbəbdən onun da ürəyi partladı. 
Gözlərini kimsəsiz meşədə  əbədi olaraq yumdu. Üç bacı,  üç 
uşaqla meşədə tək-tənha qaldıq. Həm yuxusuzluq, həm soyuq, 
həm olduğunu bilirdik. Amma uşaqlara görə harasa getməli 
idik. Oturub erməniləri gözləyə bilməzdik. Gəlib bir kəndin 
qırağına  çıxdıq, buranı tanımırdıq. Bir az dincəlmək  üçün 
oturmaqla yuxunun bizi aparması bir olmuşdu. Səhər 
ayılanda gördük ki, erməni qəbiristanlığının yanındayıq. 
Böyük bacım dedi ki, tez olun oyanın, yolu səhv gəlmişik. 
Buradan qaçmalıyıq. Bu dəm  üç-dörd erməninin bizə  tərəf 
gəldiyini gördük. Qaçmaq istədiyimizi gördükdə atəş  açdılar.  
Onlar Azərbaycan dilində danışırdılar. Erməni olduqlarına 
əvvəlcə inanmadıq. Bizi tutub bir otağa apardılar.  
Bacımın qızının qulağında sırğa var idi. Ermənilərdən biri 
bıçağı çıxardaraq qızın qulağını kəsmək istəyirdi ki, bacım tez 
sırğanı  çıxardıb ona verdi. Onlardan başqa birisi bizim 
kimlərdən olduğumuzu soruşdu. “Şofer Həsənin uşaqlarıyıq” 
deyəndə həmin erməni atamı tanıdı. Amma sonra da dedi ki
heç  ümidlənməyin. Dəxli nədir, hamınız türksünüz. Bizi 
Ağdama gətirdilər. Xəstəxanaya yerləşdirdilər. Ayılandan 
sonra gördüm... Ayaqlarımın ikisini də kəsmişdilər... 
 
*** *** *** 
 
Heç vaxt hislərə qapılmağı sevməyən Qüdrətov  özündən 
asılı olmayaraq necə olurdusa, hərdən bu duyğunu da 
yaşayırdı. Sanki Qüdrətov vacib bir işi araşdırdığını indicə 
xatırladı. Dəftəri yenidən açıb oxumaq istəyərkən  özünə  çay 
süzməyi də unutmadı. Həmişəki kimi yenə təmkinlə çayı süzüb 
masanın üzərinə qoyduqdan sonra yerini rahatladı. Nə  qədər 
yorğun olmasına baxmayaraq, o, heç vaxt uzana-uzana, 
nəyəsə  söykənə-söykənə, dirsəklənə-dirsəklənə  kitab 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə