Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə10/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

 
 
38 
oxumazdı. Bu dəfə  də adəti  üzrə stulda düz oturaraq dəftəri 
vərəqləməyə başladı... 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
39 
 
 
 
 
 
 
 
 
 
 
4. Şirin günlərin acı xatirəsi 
 
Hər görəni ilk dəfə valeh edən qəhvəyi rəngli iri gözlərindir. 
Gözlərinin daima bulaq suyu kimi şəffaf,  şən, hərəkətli olması 
insanı  günlərin susuz yolçusu kimi yoldan çıxardır. Heç bir 
sürməyə ehtiyacı olmayan qara uzun kirpiklərin bu gözəlliyi 
tamamlayır. Təbiətin yaz aylarının yaşıllıqları bulağın 
əsrarəngizliyini tamamladığı kimi. Qaşlarınsa  üçgünlük ayın 
parıldayan ulduzları yarımçevrəsinə aldığı kimi gözlərinə 
nəzarət edir elə bil.  
 Yanaqlarına gəldikdə almacıqlarının qabarıq olması  gülən 
gözlərinin aynasıdır sanki. Ağzının böyüklüyü, dodaqlarının 
qalınlığı isə cizgilərindəki cazibədarlığı bir az da artırır. Elə 
məni öp deyir, sev deyir. Gözlərin kimi gah qara, gah da qəhvəyi 
rəngdə görünən saçların lap tanrının möcüzəsidir.  Sanki Tanrı 
gözlərin ilə saçlarını eyni rəngdən istifadə edərək boyamışdır. 
Saçlarını arxadan yığaraq, bir az da boş buraxanda heç bir 
varlıq bu gözəlliyin qarşısında tab gətirə bilməz, ruhunu belə 
bilmədən satar. Doğru sözümdür, yaradan sənə  nə  gözəllik 
vardısa, onu da verib. Boynunun uzunluğu,  çiyinlərinin enli 
olması, sinənin meydan kimi genişliyi, belinin incəliyi səni bir 
qadın kimi çox ecazkar edir. Sənin simanda məsumluqla 


 
 
40 
cazibədarlıq vəhdətdədir. Bir kişi kimi sənə baxdıqda həm 
qəlbinə, həm də təninə hakim olmaq arzusu adamın ağlını alır. 
Belə bir məktubu Ramil səkkiz mart qadınlar bayramında 
yazmışdı. Hə, indiki kimi yadımdadır – 1991-ci ildə. Və 
tapşırmışdı ki, evdə  tək olanda oxuyum. Bunları oxuyanda 
çox gülmüşdüm Ramilimə. Nə  qədər  çox sevsə  də,  məni, söz 
ehtiyatının azlığındanmı, böyüyüb-başa  çatdığı yerin 
əxlaqındanmı, ya da ki az mütaliə etməyindənmi, o, heç vaxt 
məni  ürəyi istədiyi kimi tərifləyə bilmirdi. Əsl Azərbaycan 
kişisiydi. Amma mən ona belə deyəndə acığına gəlirdi. 
Azərbaycan kişisinə  nə olub,-deyə,- “Dədə Qorqud” 
dastanındakı kişilərin qadınlarına dediyi gözəlləmələri misal 
çəkirdi: 
Par-par  yanan, parıldayan incə donlum, 
Yeriyəndə yerə qədəm basmayan, 
Qar üstünə qan dammış tək al yanaqlım! 
Qoşa badam sığmayan dar ağızlım, 
Qələm ilə rəssam çəkən qara qaşlım, 
Hörükləri qırx tutamlıq qara saçlım! 
Sonra da deyirdi ki, görürsən Azərbaycan kişiləri necə 
olub?! “Yeriyəndə yerə  qədəm basmayan” bunu hansı xalqın 
romantik kişisi deyə bilərdi?  
Mən başa düşürdüm ki, o, məni tərif edəndə  Füzulinin 
Leyli  üçün yazdığı  ən gözəl sözləri demək istəyir. Bunu 
deməsəydi də, başa düşürdüm. Amma ondan eşitmək daha 
çox ürəyimə yatırdı...  
Doğrudan da, bir qadın kimi çox gözəl idim. Hələ 
məktəbdə oxuyarkən bu gözəlliyimi dərk etmişdim. 
Məhəlləmizdəki oğlanların gizlin-aşkar mənə  göz qoyması, 
paralel sinifdəki oğlanların dəfələrlə  mənə  görə dava-dalaşı, 
rəfiqələrimin hərdən məni qısqanması  məni bir az da 
nazlandırırdı. Sanki gözəlliyimlə 
hər kəsə meydan 


 
 
41 
oxuyurdum. Gözəlliyimin dəyərini artıran da özümə verdiyim 
qiymət idi. Bu gözəlliyi, yaraşığı heç vaxt yerlərdə 
süründürməzdim. Heç kimdən çəkinməz, yeri gələndə arxamca 
düşüb yerli-yersiz danışan oğlanları geri qaytarmağı bacaran 
bir qız idim. Şıltaqlığım da ki öz yerində. Atamın məni  çox 
istəməsi, ailənin ilk övladı olmağım, bəlkə, məni belə 
böyütmüşdü. Atam mənə “Xınalı  kəklik” deyərdi.  Çox az 
atalar olardı ki, atamın məni  əzizləməsi kimi əzizləsin. Bütün 
nazımla oynayardı. Böyük qız olandan sonra da saçımı 
darayar, bantlarımı vurar, sonra da gözlərimdən öpərdi. Hətta 
bir dəfə  dırnaqlarımı da laklamışdı. Bunu anam hər gələnə 
danışardı. Atamdan bir dəfə niyə  mənə “xınalı  kəklik” 
dediyini soruşduqda, o kəkliyin ən gözəl quşlardan olduğunu 
dedi. Dedim ki, kəklik niyə belə  gözəl olub? Sualıma cavab 
olaraq “Xınalı  kəklik”  əfsanəsini danışdı. O əfsanə heç vaxt 
yadımdan çıxmır, həmişə güzgünün qarşısına keçəndə o qızın 
gözəlliyini yadıma salırdım. Atamın mənə verdiyi “Xınalı 
kəklik” adının mənə yaraşdığını təsdiqləyirdim.  
Universitetdə  də  məni bəyənən  çox idi. Ramil təzə-təzə 
məni sevəndə nə qədər oğlanla üz-üzə gəlmişdi. Ta ki mən ona 
razılıq verib, birlikdə  gəlib-gedənə  qədər. Hətta Ramilin 
mənim yanımda gedəndə kiminsə  mənə baxmaması  üçün 
gözlərinin daima axtarışda olduğunu görmək məni 
gözəlliyimlə bir az da fəxr etməyə, qürrələnməyə  sövq edirdi. 
Çünki məni sevən var idi, məni qoruyan var idi. Mənimlə bir 
yerdə olmaqdan xoşbəxt olan var idi. Güzgüyə baxanda 
ayrılarkən bir sözü  həmişə  təkrarlayırdım: “Dünyanı  gözəllik 
xilas edəcək...” 
Amma nə biləydim ki, bir zaman gözəlliyim məni xilas 
etmək əvəzinə məhv edəcək, içimdən əridəcəkdi, həm də asta-
asta. Elə  əridəcək, yandıracaqdı ki, tüstümü yalnız  özüm 
görəcək, yalnız özüm udacaq, səsimi yalnız özüm eşidəcəkdim. 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə