Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə37/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   34   35   36   37   38   39   40   41   42

 
 
144 
Bu dəfə də yalvardı ki, o şeiri yadıva sal, bizə danış. 
Dedim: Ay Samirə, bizə şeir yaraşır?  
-Aytəkin, demirəm ki, məhəbbət  şeiri danış. Ermənilərin 
Naxçıvandan qovulması haqqında şeirin nəyi pisdir?! De, heç 
olmasa sözlə  özümüzə  təsəlli tapaq. Yadındadı, uşaqlar 
oxuyurdular ha.... 
Hava yaman bürküdü, 
Ermənilər tülküdü. 
-Sən de görək, nənəvin nehrəmliləri nə deyib? 
Əslində  şeiri tam bilmirdim, bir az da ona görə  söhbətdən 
yayınmaq istəyirdim. Samirə  də zarafatından qalmırdı. Hə 
Aytəkin, de görək,-deyə əl çəkmirdi. Həyatın hələ də dünənki 
şərəfsizlikdən sonra heç heyi qalmamışdı.  Ona baxdım. 
Gözlərində heç bir məna yox idi. Şeiri deməyimi istəyib 
istəməməyinə aid heç bir işarə  də yox idi. Amma ona təsəllli 
ola biləcəyini, fikrindən yayınacağını düşünüb şeiri dedim: 
 
Baqratın paslı zəngi vuruldu. 
Andranik qoşunu nizama durdu. 
Hücuma keçdilər Nehrəm üstünə. 
Cəmdək töküldü cəmdək üstünə. 
Yeri ha, yeri ha, köpək Andri, 
Nehrəmlilər quşu göydən endirir. 
 
Andranik qoşunu gəldi Tahar düzünə
Nehrəmlilər ölümü aldı gözünə, 
Qırdılar, tökdülər, Tahar düzünə. 
Yeri ha, yeri ha, köpək Andri, 
Nehrəmlilər quşu göydən endirir. 
 
Yavər də topunu durmadan atdı. 
Andranik qoşunu yan-yana yatdı. 
Hayına gəlmişdi, huyuna çatdı. 
Yeri ha, yeri ha, köpək Andri, 
Nehrəmlilər quşu göydən endirir. 
 


 
 
145 
Müslüm durub Hacəlinin bağında, 
Müseyib sağında, Sadıq solunda, 
Qırır, tökür imamzadə yolunda. 
Yeri ha, yeri ha, köpək Andri, 
Nehrəmlilər quşu göydən endirir. 
 
Ərəzində Səməd, Nehrəmdə Müslüm, 
Hücuma keçdilər hamıdan üstün, 
Andranik qoşunun etdilər təslim. 
Yeri ha, yeri ha, köpək Andri, 
Nehrəmlilər quşu göydən endirir. 
 
Sona xanım şeiri dedi özündən, 
Güllə dəysin Andranikin gözündən, 
Nehrəmlilər dönmədilər sözündən. 
Yeri ha, yeri ha, köpək Andri, 
Nehrəmlilər quşu göydən endirir. 
 
-Nə yazıb, allah köməyi olsun, qələminə  güc versin o Sona 
xanımın,- deyə Samirə dilləndi. 
Şeiri deyə-deyə gözucu Həyata baxırdım ki, mimikasından 
reaksiyasını anlayım. Amma heç  nə  görə bilmirdim, qız, elə 
bil, daşa dönmüşdü. Samirənin bu sözünə qeyri-ixtiyari 
gülümsündü. Niyə gülümsündüyünü mən də başa düşmüşdüm. 
Axı Sona xanım rəhmətə getmişdi. Nənəmin nənəsi yaşda olan 
qadın necə  hələ  də sağ qala bilərdi. Amma heç birimiz bunu 
onun üzünə vurmadıq.  
Mən məqsədimə  çatdığım  üçün bir anlıq sevindim də. 
Amma nə biləydim ki, elə bu axşam onu da itirəcəyik. Həmin 
axşam Həyat tualetə getmək üçün qapıçını çağırdı. 
Bir neçə həftə ərzində yan otaqlarda da girovların azalması 
hiss olunurdu. Çünki axşamlar yumruq zərbələrindən
inildəyən, qızıl dişləri mismarla çıxarıldığı  üçün zarıyan yox 
idi. Yəqin ki, orda da kişiləri qaytarmış, qadınlara isə  əzabı 
yataqlarında verirdilr. Bunun üçün də qapıçı oturduğu stolda 


 
 
146 
mürgüləmişdi. Onu qapının kiçik deşiyindən görmək olurdu. 
Həyatın səsindən dik atılan qapıçı qapını  açıb onu döyməyə 
başladı, erməni dilində  nəsə deyə-deyə onu söyürdü  ağzı, 
burnu qanamış Həyatdan rus dilində nə istədiyini, nəhayət ki, 
soruşdu. Həyat da tualetə getmək istədiyini dedi. Söyə-söyə 
qabağına salıb tualetə apardı. Tualet bizim otağa yaxın idi. 
Otağımızla tualet arasında cəmi bir otaq var idi. Bir xeyli vaxt 
keçdi, Həyat hələ  də gəlməmişdi. Erməninin qışqırığı, ratsiya 
ilə kimisə  çağırması diqqətimizi  çəkdi. O, rəhbərliyə  nə 
barəsindəsə məlumat verirdi. 
Çox keçmədən məlum oldu ki, Həyat tualetdə gördüyü şüşə 
parçası ilə venalarını  kəsib... Onu çıxaranda o, hələ  də 
çırpınırdı... Həmin gün Həyat da Andranikə qurban kəsilən 
türklər kimi qurban getdi. Əslində, o intihar etməklə yüksəldi
göylərə qalxdı.  Şərəfsizliklərə  dözə bilmədi. Deyirlər, 
şərəfsizlik ağır yükdür, o vaxta qədər ki, onun çiyinlərinə 
götürməmisən. Onu çiyinlərinə  götürdünsə, o, yüngülləşir. 
Həyat o yükü çiyinlərinə götürmədi, onu yüngülləşdirmədi. O, 
hər gün ondan zövq alanlara məhrum etdi özünü. Özünü azad 
etdi. Ondakı iradənin qarşısında baş əyirəm. Hər dəfə yadıma 
düşəndə girovluqda olan anasının da öldürüləcəyini bilə-bilə 
bu yolu seçdiyi  üçün ona qibtə edirəm. Bunu hər insan 
bacarmazdı, bu insanlardan biri də  mən idim. İntihar etmək 
üçün bir dəfə imkanım olsa da, bundan yararlanmamışdım. 
Yəqin ki, qorxmuşdum.  İnsanların itirəcəkləri  şeylərin dəyəri 
çox olduqca qorxusu da çoxalır, nəyisə itirmək qorxusu ilə 
daima hər  şeydən tərəddüd edir. Əgər itiriləsi  şeyi 
düşünmədən, qorxusuz yaşayan insan varsa, o, qəhrəman 
olur. Həyat da belə  qəhrəmanlardan oldu. Heç  nəyi 
itirməkdən qorxmadı. Halbuki biz onun anasını  nə  qədər 
sevdiyini yaxşı bilirdik. Onun üçün yaşamaq istədiyindən də 
xəbərdar idik.  


 
 
147 
Biz artıq iki nəfər qaldıq, bu isə o demək idi ki, qarşıda bizi 
böyük təhlükə  gözləyir. Qədim dayının getməsindən  13 gün 
keçsə  də, bizim qaytarılmağımız haqqında heç bir söhbət 
olmurdu... Amma buna baxmayaraq, mən hələ  də  lənətə 
gəlmiş ümidlə yaşayırdım... Ümidsiz ümidlə... 
 
 
 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə