Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə41/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   34   35   36   37   38   39   40   41   42

 
 
160 
boğulacaq, o ala gözlərindən şəffaf bulaq suyu kimi axacaqdı 
yaşlar... 
 
Nəqarəti dəfələrlə təkrarlayacaqdı... 
Apardı ... sellər...  Saranı... 
Bir ala... gözlü ... balanı... 
Bunlar yadıma düşdükcə kövrəlmişdim, başımı enli sinəsinə 
qoyub ağlamaq  üçün Ramilimi hələ bu qədər arzulama 
mışdım. Bu səhnəni gözlərimin  önündə canlandırıb elə 
hönkürdüm ki, Qarabağ dağları belə  lərzəyə  gəldi. Girov 
düşəndən bu cür  ürəkdən ağlamamışdım. Bu cür  ürəyim 
əsməmişdi. Ağlamağın  ən yandırıcı,  ən təlatümlüsü idi bu. 
Bəzən adam özü  də bilmədən ağlamaq naminə  ağlayır. Məhz 
ağlamalı olduğu  üçün ağlayır.  Amma  bu  gün  öz-özümə elə 
ağlamışdım ki, elə bil bütün içimdəkiləri yaş edib gözümdən 
axıtmışdım. Turş dadı verən göz yaşlarım sanki zəhər idi. 
Hərdən dodaqlarıma dəyən göz yaşlarımın belə halına acıyır, 
yazığım gəlirdi... Artıq musiqi səsi də dayanmışdı. 
Vaskanyanın həmişəki kimi erməni ləhcəsi ilə: “Qancıq, nə 
vaxt duracaqsan? Təzə  gəlinlər kimi nə nazlanırsan?”-deyib 
qapını tələsik açıb təpiklə itələməsi məni məndən ayırdı... Bu, 
bir də fransızla tanışlığımda məni silkələyəcəkdi... 
 
 
 


 
 
161 
 
 
 
 
 
 
 
 
 
23. O gecəki əməliyyat 
 
– Ayağa qalx! – qaranlıq otaqda ayaq üstə dayanan adamın 
hökmedici səsi eşidildi. 
Bu, Tahir idi – leytenant Tahir Qurbanov. Bir aya yaxın 
apardığı axtarışdan sonra, nəhayət ki, axtardığı adamı tapa 
bilmişdi. Gecənin səssiz qaranlığında diqqəti  çəkməmək üçün 
xüsusi qara geyim və yumşaq idman ayaqqabılarından istifadə 
edərək rahat şəkildə bu həyətə girə bilmişdi. 
– Sən kimsən? Məndən nə istəyirsən?! – yerdə yataq paltarında 
əlləri bağlı  vəziyyətdə uzatdığı adamın zarıltılı  səsi eşidildi. 
Yaşı 40-45 arası olan bu adamın ləhcəsindəki rus üslubu 
yuxulu vəziyyətində açıq-aşkar hiss olunurdu. 
– Aleksey, mən  çox sual verən adamları sevmirəm! – Tahir 
əlindəki yapışqanlı parçanı onun ağzına yapışdırıb cəld 
hərəkətlə yaxasından tutaraq ayağa qaldırdı: 
– Gedirik, cəld ol! Vaxtım yoxdur. 
Həmin adam onun əlində  çırpınmağa başladı. Hiss 
olunurdu ki, Tahir onu qapıya tərəf  çəkdikcə başı ilə qonşu 
otağı göstərib nə isə demək istəyir. Leytenant bilirdi ki, həmin 
otaqda Alekseyin anası Motya qalır. Odur ki, qapıdan 
çıxartmaq üzrə olduğu adamın qulağına pıçıldadı: 


 
 
162 
– İstəyirsən ananı da aparaq, tək qalıb darıxmasın. Bu sözlər 
gecənin qaranlığında o qədər vahiməli səsləndi ki, Aleksey  
udqunub gözlərini bərəltdi. 
 
 
 
Köhnə  həyət evinin paslı darvazasının cırıltısı  eşidildi. Bu 
darvazadan  çox həbsxana barmaqlıqlarına bənzəyirdi. Tahir 
özü ilə apardığı adamı  tələsdirərək yaxınlıqda saxladığı 
maşınına tərəf getməsini bildirdi. Gəncənin köhnə  məhəllələr 
adlanan kiçik hissəsindəki bu həyət evindən gələn qəribə qoxu 
küçəyə  çıxmalarına baxmayaraq hələ  də  dözülməz təsirini 
itirməmişdi. Yaxınlıqdakı köhnə uçuq daxmadan gələn donuz 
səsləri bu vəziyyəti sona qədər tamamlayırdı. Heyvanlar 
hənirtini eşidib oyanmış, indi də sanki öz dillərində üzrxahlıq 
edirdilər. Motyanın bu həyatda oğlundan sonra ən çox sevdiyi 
varlıqları olan  bu xoşagəlməz heyvanlar müsəlman adət-
ənənələrinə görə bəyənilməsə də, qadın uzun illərdir ki, onları 
saxlayır, artırır və qulluq etməkdən də bezmirdi. İndi 
köməksiz olduğu üçün heyvanların peyini həyətin kənarlarına 


 
 
163 
qədər gəlib çıxaraq burun göynədən üfunət qoxusu yaradırdı. 
Hətta arvadın gəlir mənbəyi olan həyətdə əkdiyi güllərin gözəl 
qoxusu da bu peyinin iyinə qarışaraq itib getmişdi. Bəlkə də
belə bir natəmiz həyətdə becərildiklərinə görə bütün tülpanlar 
etiraz olaraq öz sahiblərini gözəl qoxularından məhrum 
etmişdilər. Hər gün bu həyətdən gül-çiçək almağa gələn 
adamların sayı da get-gedə azalır, qoca qarı isə bundan məyus 
halda işəyaramaz oğluna və sevimli donuzlarına baxıb köks 
ötürməkdən daha da tükənirdi. Sonuna yaxınlaşmaqda olan 
gecənin səhərini isə o tək qarşılayacaqdı... Alekseysiz... Yəqin 
ki, oyanarkən oğlunun yoxa çıxdığını  görəndə heç sevimli 
donuzları da onun köməyinə  çata bilməyəcəkdi.  Əvvəllər 
narkoman oğlunun son illərdə  əyyaşlığa qurşanması onu nə 
qədər bezdirirdisə, sabah açılanda oğlunu evdə  görməyəndə 
daha  çox məyus olacaqdı... Hər gün onu söyüb lənətlədiyinə 
görə min dəfə peşmançılıq hissi keçirəcəkdi... Axı o da ana idi. 
Qərib məmləkətdə kimsəsiz keçən  ömrünün yetmiş ilini 
haqlamışdı bu qadın... 
 
*** *** *** 
– Cənab mayor, mən iki-üç saata Bakıya  çataram. Harada 
görüşəcəyik? – səhərə yaxın  çalınan telefon zəngində Tahirin 
yorğun səsi eşidildi. 
– Sənin evində - telefonun o biri tərəfindən Qüdrətovun qəti 
fikri eşidildi. O, Bakı  kəndlərindən birində yerləşən həmin 
gizli görüş yerini nəzərdə tuturdu. Bura Tahirin əlavə evi 
olduğu  üçün onlardan başqa heç  kəs evin ünvanını bilmirdi. 
Hətta Salah və Zaur da bu evin varlığından xəbərsiz idilər. 
Qüdrətov qısa telefon danışığını bitirib həyətə  düşdü. 
İmkan tapıb ənənəsinə uyğun olaraq təmiz havada bir az vaxt 
keçirmək istəyirdi.  Çünki bir azdan yenə  də gecədən yatan 
insanlar ayılacaq, maşınlar işə  düşəcək, küçələrdə  səs səsə 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə