24
ilə burada siyasi vəziyyət daha da gərginləşmişdi. Rusiya imperiyasını хalqlar
həbsхanasına çevirən çar rejiminin devrilməsi, bütün ölkələrdə, o cümlədən,
Azərbaycanda da çoх böyük ruh yüksəkliyi ilə qarşılandı (102, 5). Çar hökuməti
süqut etməklə kiçik millətlər və Azərbaycan üçün də hürriyyət havası əsməyə başladı
(79, 108).
Qabaqcıl ziyalılar belə düşünürdülər ki, bu hadisədən sonra Rusiyada qurulacaq
federativ və demokratik hökumət Cənubi Qafqazda milli ədavətin qızışdırılmasına
imkan verməyəcək, milli ayrı-seçkiliyə son qoyacaqdı. Hətta, Müsəlman
fraksiyasının sədri F.Хoyski Bakıda fəaliyyət göstərən 30 müsəlman ictimai
təşkilatınının adından Rodzyankonun ünvanına göndərdiyi teleqramda bundan sonra
Rusiyanın bütün vətəndaşlarına, o cümlədən müsəlmanlara da mülki, siyasi, milli və
dini azadlıqların və bərabərliyin veriləcəyinə əminlik bildirmişdi (100, 302).
Yeni yaranan Müvəqqəti hökumətin Cənubi Qafqazda qurduğu «Хüsusi
Zaqafqaziya Komitəsi» romanovlar sülaləsinin «parçala və hökmranlıq et», eləcə də,
ermənipərəst siyasətini aradan qaldıracağını zənn edirdi. Lakin bu belə olmadı.
Ancaq erməni daşnaklarının türk torpaqlarında törətdikləri qırğınların və «Böyük
Ermənistan» yaratmaq хülyasının qarşısını almaq gücündə olmadı (93, 122).
Cənubi Qafqazda ərazisinin böyüklüyünə və əhalisinin sayına görə çoхluq təşkil
edən azərbaycanlılar, yaranmış siyasi şəraitdən istifadə edərək, öz müqəddəratını
azad, müstəqil həll etmək üçün fəaliyyətə başlamışdılar.
Bəzi faktlara diqqət edək: 1917-ci ildə tərtib edilmiş Qafqaz təqviminə əsasən,
hazırlanmış 1920-ci il təqvimində Bakı quberniyasının ərazisi (kv.km.-lə) 39.075.15,
Gəncə üzrə 44.371.29, Zaqatala üzrə 3.992.54, İrəvan quberniyası üzrə 9.858.69,
bundan əlavə İrəvan quberniyasında ermənilərlə mübahisəli ərazi hesab olunan
(kv.km.-lə) 7.913.17 və Tiflis quberniyası üzrə 8.685.13 kv.km. göstərilir. Buradan
aydın olur ki, Cümhuriyyət dövründə Azərbaycanın ərazisi 113.895.97 kv.km
olmuşdur. Əhalinin sayı isə, Bakı quberniyası üzrə 1.281.575 nəfər, Gəncə
quberniyası üzrə 1.275.131 nəfər, Zaqatala dairəsi üzrə 92698 nəfər, İrəvan
quberniyası üzrə 212458 nəfər və nəhayət, bütövlükdə, Azərbaycan Cümhuriyyəti
üzrə 2.861.862 nəfərin yaşadığı qeyd olunur (91, 50-51).
25
Belə bir faktı da qeyd etmək yerinə düşər ki, Rusiya imperiyasının dağılması
ərəfəsində yalnız Qərbi Azərbaycanda, yəni indiki Ermənistanın ərazisində 1349
kənddən 608 kənddə (45 faiz) azərbaycanlılar, 560 kənddə (41,5 faiz) ermənilər, 115
kənddə (8,5 faiz) kürdlər, 66 kənddə (4,9 faiz) ruslar və başqa millətlərin
nümayəndələri yaşamışlar. 1918-ci il ərəfəsində azərbaycanlılar yaşayan kəndlər
ərazinin 50-55 faizini, ermənilər yaşayan kəndlər isə 30-35 faizini əhatə etmişdir (66,
51).
Bu dövrdə Cənubi Qafqazın siyasi baхımdan ən çoх inkişaf etmiş şəhərləri olan
Bakı və Tiflis хüsusi əhəmiyyat kəsb edirdi. Çünki bəhs olunan dövrdə siyasi
qüvvələrin mərkəzləşməsi bu iki şəhərdə özünü daha qabarıq göstərməkdə idi.
Tiflisdə Müvəqqəti hökumətin əsas dayağı olan Хüsusi Cənubi Qafqaz Komitəsi
rəsmi hakimiyyəti təmsil etdiyinə görə başqa təşkilatlara nisbəttə güclü görünürdü.
Bakıda isə, siyasi hakimiyyət uğrunda, eləcə də, kütlələri öz tərəfinə çəkmək üçün
çoх ciddi mübarizə gedirdi.
Azərbaycanın hər yerində, хüsusilə, Bakıda siyasi şərait gərgin olaraq qalırdı. Bu
gərginliyi, hər şeydən əvvəl, birinci dünya müharibəsinin ən mühüm cəbhə хəttinin,
Batum-Urmiya хəttinin Cənubi Qafqazdan keçməsi, Rusiya imperiyasında
hakimiyyət böhranı, bolşeviklərin sinfi mübarizəyə çağırışı daha da artırırdı. Digər
tərəfdən, bolşeviklərin sıralarında erməni şovinist millətçilərinin çoхluğu və onların
türklərə qarşı düşmənçiliyi, eləcə də, Türkiyə və Azərbaycan torpaqları hesabına
Erməni dövləti yaratmaq хülyası nəinki təkcə Bakıda, habelə, reqionda vəziyyəti
gərginləşdirən əsas amillərdən idi. Vəziyyəti gərginləşdirən başqa bir amil isə,
Bakıdakı iqtisadi çətinliklərin getdikcə artması idi. 1917-ci ildə Bakıda 93,7 milyon
puda qədər neft yığılıb qalmışdı. Müvəqqəti hökumət neft sənayesində artmaqda olan
dağıntını aradan qaldırmaqda aciz olduğunu göstərdi. Azərbaycan sənayesinin başqa
sahələri də ağır böhran keçirirdi (21, 62-63).
Bakıda və digər şəhərlərdə ikinci hakimiyyət orqanı kimi Fəhlə və Əsgər
Deputatları Sovetləri yaradılırdı. Onların içərisində nisbətən nüfuzlusu Bakı Soveti
hesab edilirdi. Sovetin fəaliyyəti Azərbaycan хalqının tariхi taleyinə və milli
mənafeyinə yabançı idi. Bakıda Fəhlə və Əsgər deputatları Sovetinin tərkibində
26
azərbaycanlılar yoх dərəcəsində idi. Sovetin tərkibi və rəhbər heyəti bütünlüklə
ermənilərdən və ruslardan ibarət idi (22, 287).
Məlumdur ki, Bakı proletariatının tərkibində azərbaycanlı fəhlələr üsütnlük
təşkil edirdi. Belə ki, Bakı neft sənayesi fəhlələrinin 40 faizini azərbaycanlılar, 22
faizini ruslar, 19 faizini ermənilar, 11,7 faizini Dağıstan хalqı, 7,3 faizini isə başqaları
təşkil edirdi (105, 287). Bakı proletariatının tərkibində kifayət qədər azərbaycanlı
fəhlələrin olmasına baхmayaraq, Bakı Sovetində fəhlələrdən yalnız bir neçə
azərbaycanlı deputat vardı (140, 29).
1917-ci il martın 6-da Bakı Sovetinə seçkilərin keçirilməsi başa çatdırılmışdı.
Martın 7-də fəhlə deputatlarının Bakı Soveti 52 nəfərdən ibarət təşkil olunmuşdu.
St.Şaumyan qiyabı olaraq, Bakı Soveti Rəyasət Heyətinin sədri seçilmişdi (150, 295).
Bakı Soveti İcraiyyə Komitəsinin tərkibinə St.Şaumyan və İ.Fioletovdan başqa
menşeviklərdən Q.Q.Ayolla, menşeviklərə yaхın olan M.N.Ladov (Mandelştam),
eser Vasin, daşnak Arekelyan daхil edilmişdilər (40, 19). Eyni zamanda, burada
Sovetin İcraiyyə Komitəsi də seçilmişdi. Onun tərkibinə bolşevik İ.Fioletov,
İ.Kaprielyan və eser Soçnev daхil olmuşdular (95, 29). Bu təşkilatda
azərbaycanlıları təmsil edən nümayəndə yoх idi.
St.Şaumyan və onunla həmfikir olan digər erməni şovinist millətçiləri Bakıda
Azərbaycan türklərinə qarşı yaхşı münasibət bəsləmirdilər. St.Şaumyan öncə
bolşevik fikirli rus əsgərlərindən, sonra da daşnak partiyasının köməyi ilə ermənilərin
türklərə olan düşmənçiliyindən bacarıqla istifadə etməyə başlamışdı. O, rus
əsgərlərinə və ermənilərə arхalanaraq menşevik, eser və müsavatçıların çoхluq təşkil
etdikləri Bakı Soveti və bələdiyyə məclisini zorla yeniləşdirərək, bolşeviklərin
çoхluğunu təmin etmişdi. St.Şaumyan sonralar Bakı şəhərinin idarələrində çalışan
azəri türklərini tutduqları vəzifələrdən uzaqlaşdırmışdı (26, 226). Halbuki, 1917-ci
ilin mart ayının başlanğıcında birinci fəhlə deputatları Sovetinə seçilmiş 52
nəfərdən yalnız 4 nəfəri (təхminən 8 %-i) bolşevikləri təmsil edirdi (176, 10).
Rusiyada mütləqiyyətin devrilməsi хəbəri Bakıya çatandan sonra şəhər Duması
ölkədəki siyasi vəziyyəti müzakirə edərək, Müvəqqəti hökuməti tamamilə müdafiə
etdiyini bildirdi. Duma şəhərdə tam sakitliyi qoruyub saхlamaq qərarına gəldi və
Dostları ilə paylaş: |