149
Ümumiyyətlə Kainatda olan bütün planetlər yumru, kürəvari
(basıq) formalıdır. Bu kürəvi quruluşda, iki qütb arası planet qurşağında
(ekvator) nisbi nəm, temperaturlar hədlərini bərabərlik qədərində
bölüşdürüb, nizamlamaq funksiyası daşıyır. Beləliklə, qurşaq (ekvator)
yer kürəsinin iki qütb arası olan nəm, temperatur hədlərini və s.
nizamlama funksiyası daşıyıcısıdır. Bir hal da ondan ibarətdir ki, yer
kürəsinin mərkəzində yerləşən nüvə, Günəş ətrafında hərəkət sür`ətinə
mütənasib olaraq Yer kürəsində baş verəcək bütün proseslərə
uyğunlaşıb. Yer kürəsinin mərkəzində yerləşən nüvə Günəş ətrafında
hərəkət sür`ətinə mütənasib olaraq, fəsillər ardıcıllaşa bilir.
Balıq - su, müxtəlif təzyiqlər qatı arasında “nəfəs alır”, eyni
vaxtda o su hövzələrini qəlsəmələri vasitəsi ilə təmizləyir,
normallaşdırır. Sudan kənara çıxdıqda, çox təmizlənmiş “su əhatəsində”
olduğundan sanki hava miqdarı çatışmır, və ya əksinə insan su
dərinliyinə yenəndə, skafandırsız (yə`ni, o təmizlənmiş “su”- hava
miqdarı olmadan) nəfəs ala bilmir.
İnsan ana varlığında olduğu müddət ərzində, vücudda çox-çox
təmizlənmiş maye əhatəsində olduğundan (rüşeym, embrion) tədricən
böyüyür, bilinir, doğulur.
Ekologiya...
Ekologiyaya, Dünya ekoloqlarına bircə sual!
Bütün canlılar, bütün canlı aləm, "təbii ehtiyac"-adlı məvhun
qarşısında acizdir.
O "təbii ehtiyacı"- nə saxlaya bilər, nə də dayandıra bilər, o
məcburiyyət halı, bütün canlılar arasındadır!
Utanmaqdan, çəkinməkdən keçib (üzürlü sayın) bir sual da
ortaya çıxır onda!
Ölçü miqyasları qəbul edək!
150
Bir insan sutka ərzində orta hesabla 3 dəfə o, "təbii ehtiyac"-
qarşısında, aciz qalır.
Təbii ehtiyacın böyük-kiçik halı, sutka ərzində, orta hesabla 600
qr. olmasını qəbul edək.
Yeddi milyard əhalini gün ərzində, 600 qr-a vuraq!
Hansı rəqəm alınar? (tonla).
7.000.000.000 x 0,6 kq.= 4.200.000.000 kq.= 4.200.000 ton/gün
O, rəqəm tonu 10-gün ərzinə vuraq!
O, rəqəm tonu bir aya vuraq!
O, rəqəm tonu bir ilə vuraq!
100- il hesabatı hazırlayaq!
Yoldaş Dünya ekoloqları, bu təbii ehtiyaclar axıdılır, nəql
edilir, hara nəql edilir?
Yenə də, Yer üzünə!
Bu münvalla tək 10 - günün, təbii ehtiyaclarından, bəşəriyyəti
Yer üzündə əleyhiqaz da, maskalar da, o ağır iydən qorumaz!
O, o ağır iy qarşısında epidemik xəstəliklərin qarşısı da, heç cür
alına bilməz!
Ölmüş heyvanların, çürüyən tullantıların, hesabatını aparmasaq
da belə, yenə də, təbii ehtiyyaclar, təksib edilməz bir faktdır.
Yer üzündə, Yer kürəsində hansı təbii proses gedir ki, bu təbii
ehtiyacları neytrallaşdırır?
Düşünməyə dəyər!
Ağac əkməklə, ekologiyanı xilas edəcəyik, şüardır! O da,
lazımdır!
Amma, elmi yanaşmalarla, araşdırmalarla bu mühüm olan hal,
nələrdə olduğu, aydınlaşar?
Günəşin şüası, şüanın zərrə halı, planetin səmasının mavi rəngi
və atmosferin ultra bənövşəyi rəng çaları Yer üzündakı bütün ziyanlı
mikro orqanizmləri bərabər bölüşdürər, neytrallaşdırar!
Yer kürəsinin nüvəsi ona köməkçi olar!
151
Nənələrdən, babalardan qalma
Nənələrdən babalardan, böyük bir miras qalmışdı bizə!
Babalarımız yaz vaxtı, şum vaxtı, əkin-biçin vaxtı, kəli sürərdi əkin
sahəsinə!
Yol boyu yolu tə'rif edərdi, kəli tə'rif edərdi, yaz havasını
tə'rif edərdi!
Əkin sahəsinə çatıb, əkin sahəsini tə'rif edərdi başlayardı şuma!
Kəli tərifləyər, xışı tərifləyər, torpağı, şumu tərifləyərdi!
Torpağa əkin əkib, dəni-toxumu tərifləyərdi!
Su vurub, suyu tərifləyərdi, torpaqdan baş qaldıran bitkiləri
tərifləyərdi! Sevinərdi, sevincini tərifləyərdi.
Məhsul yığlb, o məhsulu tərifləyərdi!
Rahatçılıqdan başladığı işin, nəticəsini rahatçılıqla toplamağına sevinər,
məhsulu tərifləyərdi!
Təriflərindən, rahatçılıqlarından məhsulu birə-beş artardı!
Sevinərdi, sevincini tərifləyərdi!
Nənələrimiz yemək hazırlayardı, yeməyi zümzümə ilə
hazırlayardı.
Yun çırpardı, zümzümə edərdi, yorğan-döşək salardı, zümzümə
edərdi! Rahatçılığı çağırıb, rahatçılığın zümzüməsini edərdi!
Babalarımız ev tikərdi, xoş sözlərlə palçıq qarışdırıb, samanı
palçığa qatıb, xoş sözlər deyər, xoş düşüncələrlə, o evin him yerini
açardı!
Çağırılan bənnaya xoş söz deyib, o evin tikintisini də, o bənna
xoş niyyət, xoş fikirlərlə, inşa edərdi!
Nələr olardı onda?
Ev rahat, qida rahat, can rahat, mal-heyvan tövlədə rahat, qış
rahat, xanım rahat, oğul-uşaq rahat!
Ömür də, gün də, gecə də, can da, şirin rahat!
Yazın gəlməsini, gözləyərdi rahat!
152
"Elmin sərkərdəsi!"
Absurd bir fikir eşitdim, "Elmin sərkərdəsi!".
Elmin sərkərdəsi yox, elmin əskəri olmaq olar!
Çünki, elmin özü bir sərkərdədir!
Elmin araşdırıcıları, "o elmin" - əskərləridir!
Candan, can
Bu nə candır ki, candan can ayrılar?
Bu nə vücuddur ki, vücuddan vücud ayrılar?
Bala başı ağrıyar o an, ana başı ağrımaz.
Bala dişi ağrıyar o an, ana dişi ağrımaz!
Ana ayağı ağrıyar o an, bala ayağı ağrımaz.
Ana qolları yorular, bala qolları yorulmaz!
Hansı candan can ayrılar, hansı vücuddan vücud ayrılar?
Kainatdan can gələr, Kainata can qayıdar!
İşıqdan Ayrılar, Zərrədə can gələr, can olar!
Yer aləmindən ayrılar, İşıq payı ilə yerdən can ayrılar!
Hecə candan can ayrılar, necə gövdədən gövdə ayrılar?
Hecə ağacdan budaq ayrılar, necə budaqdan meyvə ayrılar? Nədən nə
ayrılar?
Hər biri, bir təkdir, ayrılan o təkdir!
"O" - təkə ayrılan can da təkdir!
Nəhayətsizlik?
Düz xətt sonsuz qədərində uzana bilmir, onun sınma nöqtəsi
olur! O sınma nöqtəsi, nəhayət nöqtəsi olur!
Çünki Kainat miqyasında, ölçülərə baxıldıqda nəhayətsizliklər kimi
Dostları ilə paylaş: |