Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   144
386 in.fealxh ders vesaiti

 
§ 2. 
İ
dar
ə
etm
ə
 qaydas
ı
na q
ə
sd ed
ə
n x
ə
talar
ı
n x
ə
b
ə
rdar
edilm
ə
si v
ə
 qar
ş
ı
s
ı
n
ı
n al
ı
nmas
ı
 
 
İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar idarəçilik fəa-
liyyəti prosesində yaranan ictimai münasibətlərə qəsd edərək idarə, 
müəssisə və təşkilatların normal fəaliyyətini pozur. İdarəçilik qay-


89
daları əleyhinə olan inzibati xətaların aşağıdakı növləri vardır: 
– Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti or-
qanlarının (vəzifəli şəxslərin) tələblərinin yerinə yetirilməsi əley-
hinə olan inzibati xətalar; 
– məhkəmə fəaliyyəti əleyhinə olan inzibati xətalar; 
– pasport qaydaları əleyhinə olan inzibati xətalar
– dövlət sərhəddi rejimi əleyhinə olan inzibati xətalar; 
– dövlət təltifləri barəsində və beynəlxalq nişanlar və fərqləndiri-
ci siqnallardan qanunsuz istifadə edilməsi ilə balğlı inzibati xətalar; 
– xüsusi icazə sistemi əleyhinə olan inzibati xətalar. 
İdarəçilik qaydaları əleyhinə olan inzibati xətaların obyekti 
idarəçilik fəaliyyəti və dövlət intizamıdır. 
Obyektiv tərəfdən aktiv və passiv hərəkətlərlə törədilir. 
Subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxslər, vəzifəli şəxs-
lər, hüquqi şəxslər ola bilərlər. İdarəçilik qaydaları əleyhinə olan 
xətalar subyektiv tərəfdən qəsd və ya ehtiyatsızlıqla törədilə bilər. 
Polis əməkdaşlarının təcrübi fəaliyyəti zamanı daha çox təsa-
düf edilən xətalardan biri polis işçisinin və ya hərbi qulluqçunun 
qanuni tələbinə qəsdən tabe olmamadır. 
Polis əməkdaşı ictimai qaydanın mühafizə vəzifələrini icra 
edərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir və 
onun qanuni tələblərini Azərbaycan Respublikasının ərazisində 
olan bütün hüquqi və fiziki şəxslər icra etməlidirlər («Polis haq-
qında» Azərbaycan Respublikasının Qanunu, maddə 7). 
Polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra 
edərkən qanuni tələblərinə qəsdən tabe olmama kimi inzibati xə-
tanın qarşısı alınan zaman aşağıdakı amillər nəzərə alınmalıdır: 
– xəta müqavimət göstərmə və ya zor tətbiq etmə ilə müşayiət 
edilmişdirmi; 
– şahidlərin və zərərçəkmişlərin dairəsi dəqiqləşdirilməlidir
– polis işçisinin qanuni tələblərinə tabe olmama hər hansı inzi-
bati xətanın davamı olaraq baş vermişdirmi. 
Polis əməkdaşının ictimai qaydanın qorunması və ictimai təh-
lükəsizliyin təmin edilməsi sahəsində vəzifələrinin dairəsi «Polis 
haqqında» Azərbaycan Respublikasının Qanununun 14-cü mad-


90
dəsində müəyyənləşdirilmişdir. Onlar aşağıdakılardır: 
– hər bir şəxsin təhlükəsizliyini təmin etmək; 
– Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlə-
rinə aid edilmiş inzibati xətalara dair işlər üzrə məhkəmələrin qə-
rarlarını icra etmək; 
– qanunla müəyyənləşdirilmiş qaydada tutulan şəxsi müvafiq 
qanunlara təhvil verilənədək saxlamaq;
– Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tu-
tulmuş əşyaların, o cümlədən odlu silahın, döyüş sursatının, zə-
hərli maddələrin və sair zərərli materialların əldə edilməsi, sax-
lanması, gəzdirilməsi, daşınması üçün müəyyənləşdirilmiş qayda-
da icazə vermək, dövriyyəsinə nəzarət etmək, çoxaldıcı rəngli 
qurğuların (kseroksların) qeydiyyatını aparmaq; 
– Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı 
yerlərində tətbiq edilən fövqəladə və ya hərbi vəziyyət rejimini 
təmin etmək, epidemiya və epizootiya zamanı karantin tədbirləri-
nin həyata keçirilməsində iştirak etmək
– kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək
– müvafiq dövlət orqanlarına və vəzifəli şəxslərə, yaxud qanu-
ni sahiblərinə təhvil verilənədək sahibsiz əmlakın və dəfinələrin, 
habelə tapılmış və polis təhvil verilmiş sənədlərin, əşyaların və 
digər əmlakın saxlanılmasını və mühafizəsini təmin etmək; 
– Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tu-
tulmuş hallarda qeydiyyat və uçot işlərini aparmaq; 
– digər dövlət orqanları və ictimai təşkilatlarla birlikdə azyaşlı-
lar arasında hüquq qaydasının pozulmasının və nəzarətsizliyin 
qarşısının alınmasında iştirak etmək; 
– cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsini 
təmin etmək; 
– hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən 
qorumaq; 
– Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tu-
tulmuş digər vəzifələri yerinə yetirmək.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə