93
bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir.
Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən
və barəsində narkomanlıq diaqnozu təyin edilmiş şəxsin ambula-
tor və ya stasionar şəraitdə müalicəyə ehtiyacı müəyyən edildik-
də, həkim-narkoloq həmin şəxsə könüllü
surətdə müalicə kursu
keçmyi təklif edir və buna razılıq verildikdə həmin şəxsə narkolo-
ji-tibb müəssisəsinə müalicə üçün göndəriş verir.
Cinayət törət-
miş narkomanlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada məcburi müadicə olunurlar.
İ
nzibati-hüquqi t
ə
dbirl
ə
r
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edil-
miş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələ-
rin və onların analoqlarının istehlakına narkotik vasitlərin, psixo-
torp maddələrin və onların analoqlarının satış məqsədi olmadan
şəxsi istehlak miqdarında hazırlanması,
əldə edilməsi, saxlanıl-
ması, daşınması və ya göndərilməsi,
habelə narkotik vasitələrin
və ya psixotrop maddələrin qanunsuz hazırlanması və ya emalın-
da istifadə etmək məqsədi ilə prekursorların satış məqsədi olma-
dan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxla-
nılması, daşınması və ya göndərilməsi;
narkotik vasitələrin, psi-
xotrop maddələrin və onların analoqlarının qanunsuz istehlakına
yol verilməsi; satış məqsədi olmadan
narkotik xassəli bitkilərin
şəxsi istehlak miqdarında əkilməsi, becərilməsi və ya yetişdiril-
məsi; narkotik vasitələrin, psixotrop maddələrin və onların ana-
loqlarının istehlakı və ya daşınması hallarının, habelə belə isteh-
lak nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilmə-
si məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırma inzibati
məsuliyyətin yaranmasına səbəb olur.
Dostları ilə paylaş: