Microsoft Word Vuqar ders vesaiti 2017


Ümummilli məlumat bankı aşağıdakı 3 bölmədən ibarət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   144
386 in.fealxh ders vesaiti

Ümummilli məlumat bankı aşağıdakı 3 bölmədən ibarət 
olur: 
– narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 
dövriyyəsinə və belə dövriyyədə iştirak edən şəxslərə dair məlu-
mat bölməsi; 
– narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 
qanunsuz dövriyyəsinə və belə dövriyyədə iştirak edən şəxslərə 
dair məlumat bölməsi; 
– narkomanlıq xəstəliyinə düçar olan, narkotik vasitələrdən və 


95
psixtrop maddələrdən sui-istifadə edən şəxslərə dair məlumat böl-
məsi. 
Ümummilli məlumat bankına göndərilən məlumatlar aşa-
ğıdakılardır: 
Daxili İşlər Nazirliyi tərəfindən: 
– narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 
dövriyyəsində iştirak etdiyinə görə cinayət və inzibati məsuliyyə-
tə cəlb edilmiş şəxslər barədə; 
– qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələr, psixot-
rop maddələr və prekursorlar barədəö 
Milli Təhlükəsizlik Nazirliyi və Respublika Baş Prokuror-
luğu tərəfindən: 
– narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etdiyinə 
görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər barədə
– qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələr, psixot-
rop maddələr və prekursorlar barədə. 
Ədliyyə Nazirliyinin müvafiq xidməti tərəfindən: 
– azadlıqdan məhrumetmə yerlərində narkomaniyaya qarşı müa-
licə keçən şəxslər, məcburi müalicənin tətbiq edilməsi, cəzanın 
müddəti və onun icra olunduğu yer, narkoloji xəstənin cəzanı icra 
edən müəssisədən azad olunması, habelə barəsində məcburi tədbirlə-
rin dayandırılması, təxirə salınması qərarı olan şəxslər haqqında. 
Dövlət Gömrük Komitəsinin müvafiq xidmətləri tərəfindən: 
– tibbi məqsədlərlə istifadə etmək üçün respublikaya gətirilən 
və gömrük qeydiyyatından keçmiş narkotik vasitələr, psixotrop 
maddələr və prekursorlar barədə
– qaçaqmalçılıq yolu ilə keçirilərkən gömrük orqanları tərəfin-
dən aşkar edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və 
prekursorların növü və miqdarı barədə; 
– narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 
qaçaqmalçılıq yolu ilə daşınması və gizlədilməsi üçün istifadə 
olunmuş nəqliyyat vasitələri barədə; 
– narkotik vasitələri, psixotrop maddələri və prekursorları qa-
çaqmalçılıq yolu ilə keçirərkən gömrük məntəqəsində saxlanılmış 
şəxslər barədə; 


96
– qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələr, psixot-
rop maddələr və prekursorlar barədə; 
–narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 
qanunsuz dövriyəsində iştirak etdiyinə görə cinayət məsuliyyətinə 
cəlb edilmiş şəxslər barədə. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə