Microsoft Word Vuqar ders vesaiti 2017


Alkoqolizmin simptomları aşağıdakılardır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   144
386 in.fealxh ders vesaiti

Alkoqolizmin simptomları aşağıdakılardır: 
1. Spirtli içkilərin yüksək dozalarda qəbulu (bir neçə ildən son-
ra həmin şəxsdə alkoqol sərxoşluğu az miqdarda da spirtli içki 
qəbul edəndən sonra yaranır). 
2. Spirtli içkilərə aludəçilik (spirtli içkilərin qəbul edilməsində 
uzunmüddətli fasilənin olmaması və bunun üçün şəxsdə iradəvi 
və fizioloji keyfiyyətlərin itirilməsi). 
3. İntellektual və mənəvi-etik tənəzzül. 
Sərxoşluq və alkoqolizm bir-biri ilə sıx bağlıdırlar. Alkoqoliz-
min ilkin məhələsi məhz sərxoşluqla başlayaraq, daha sonra şəxs-
də fiziki və psixi asılılıqla müşayiət olunur. 
DİO sərxoşluq və alkoqolizmə qarşı mübarizədə aşağıdakı və-
zifələri həyata keçirirlər: 
– alkoqolizmə və sərxoşluğa qarşı mübarizə ilə bağlı normativ-
hüquqi aktların tələblərinin pozulmasının qarşısının alınması; 
– mütəmadi olaraq spirtli içki qəbul edərək birgəyaşayış qay-
dalarını pozan şəxslərin aşkar edilməsi və onlarla profilaktik işlə-
rin aparılması; 
– sağlam həyat tərzinin keçirilməsi istiqamətində gənclər ara-
sında tərbiyəvi işin aparılması; 
– ictimai yerlərdə sərxoş vəziyyətdə olan və müstəqil hərəkət 
etmək qabiliyyətini itirən, özünə və ya ətrafdakılara zərər yetirə 
bilən şəxslərin xüsusi tibb müəssisələrinə gətirilməsi
– sərxoşluğun qarşısının alınmasında, müvafiq tədbirlərin işlə-
nib hazırlanmasında qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqə-
nin yaradılması; 
– inzibati qanunvericiliyin pozulması ilə əlaqədar tətbiq edilən 
tənbehlərin realizəsinin təmin edilməsi. 
Bu vəzifələrin həyata keçirilməsi zamanı DİO əməkdaşları 
aşağıdakı məlumat mənbələrindən istifadə edirlər: 
1) inzibati ərazidə şəxsi müşahidə
2) vətəndaşların şikayət və ərizələri; 
3) digər xidmətlərdən (əməliyyat axtarış və cinayət-prosessual 
fəaliyyət) alınan məlumatlar. 
İctimai qaydanın qorunması vəziyyətinə təsir edən sosial-neqa-


99
tiv təzahürlərdən biri də fahişəlikdir. Fahişəlik dedikdə mükafat 
müqabilində qabaqcadan mükafat barəsinə razılaşmaqla müxtəlif 
şəxslərlə mütəmadi olaraq cinsi əlaqəyə girmə başa düşülür. 
Ənənəvi olaraq fahişəliklə qadınların məşğul olması başa dü-
şülürdü. Lakin fahişəliyin subyekti həm qadın, həm də kişi cin-
sindən olan şəxslər də ola bilər. 
Fahişəliyə qarşı ilk tarixi təcrübə 1254-cü ilə təsadüf edir. 
Fransız kralı IX Lyüdovik fahişələri ölkədən qovmaq üçün göstə-
riş verir. Lakin bu addım o qədər də uğurlu olmadı. 
Keçmiş sovetlər ittifaqında isə hələ 1919-cu ildə Səhiyyə Xalq 
Komissarlığı nəzdində fahişəliyə qarşı mübarizə üzrə komissiya 
yaradılmışdı. Bu kommisyanın uğurlu fəaliyyəti nəticəsində 30-
cu illərdə artıq fahişəlik kəskin surətdə azalmışdı. 
Fahişəliklə məşğul olan şəxslər bir çox hallarda zöhrəvi xəstə-
liklərin, o cümlədən AİDS-in (QİÇS-in) daşıyıcılarına çevrilirlər. 
Hazırda tibb elminə 20-dən çox zöhrəvi xəstəlik məlumdur. 
Onlardan ən geniş yayılmış növləri siflis, süzənək, trixomonoz, 
xlamidioz və başqalarıdır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə