Microsoft Word Vuqar ders vesaiti 2017


Yetkinlik yaşına çatmayanlar arasında nəzarətsizlik və hü-



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   144
386 in.fealxh ders vesaiti

Yetkinlik yaşına çatmayanlar arasında nəzarətsizlik və hü-
quqpozmaların profilaktikası üzrə DİO-nun əsas funksiyaları: 
– yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpoz-
maların qarşısının alınması məqsədi ilə ümumi və fərdi profilak-
tik tədbirlərin həyata keçirilməsi
– yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlə-
rin aşkar edilməsi və onların səbəblərinin araşdırılması; 
– ailə və təlim-tərbiyə müəssisələrinin nəzarətindən kənarda 
qalmaqla dövlətin köməyinə və qayğısına ehtiyacı olanların uşaq 
müəssisələrinə yerləşdirilməsi; 
– azmış, atılmış, imtina edilmiş uşaqların dövlət və qeyri-döv-
lət uşaq sığınacaqlarına və ya evlərinə göndərilməsi
– müvafiq dövlət təşkilatlarına yardım, himayə, qayğı və s. zə-
ruri tədbirlərin görülməsi üçün məlumat göndərilməsi; 
– yetkinlik yaşına çatmayanlar arasında nəzarətsizlik və hü-
quqpozmaların profilaktikası məqsədi ilə dövlət orqanlarına və 
ictimai birliklərə təqdimat və təkliflərin verilməsi. 
 


107
§
 
2. Yetkinlik ya
ş
ı
na çatmayanlarla 
profilaktiki i
ş
in t
əş
kili 
Daxii işlər orqanlarında profilaktiki qeydiyyata götürülən yet-
kinlik yaşına çatmayanalara və valideynlərə fərdi profilaktik iş 
tərtib edilir. 
Yetkinlik yaşına çatmayanlar 11-yaşdan 18 yaşadək profilaktik 
qeydiyyata götürülür. Valideynlər üçün yaş həddi müəyyən edil-
mir. 
Haqqında FPİ açılan yetkinlik yaşına çatmayanlar aşağı-
dakılardır: 
– azadlıqdan məhruetmə yerlərindən buraxılanlar, amnistiya 
və ya əfvetmə aktı əsasında, yaxud şərti olaraq vaxtından əvvəl 
cəzadan və cinayət məsuliyyətindən azad olunanlar
– müəyyən müddətə azadlıqdan məhrumetmə istisna olmaqla, 
digər cəza növlərinə məhkum olunanlar; 
– qəsdən törədilmiş ictimai təhlükəli əmələ görə haqqında ci-
nayət işinin başlanması rədd edilmiş və ya başlanmış cinayət işi-
nə xitam verilmişlər; 
– tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilərək, islah 
olunması mümkün hesab olunmaqla cinayət məsuliyyətindən və 
ya cəzadan azad edilənlər; 
– cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin 
cinayət məsuliyyətinə cəlb olunması üçün qanunvericiliklə müəy-
yən edilmiş yaş həddinə çatmayanlar; 
– inzibati tənbeh tədbirlərinin tətbiqinə səbəb olmuş hüquq po-
zuntuları törətmiş 16 yaşı tamam olanlar
– inzibati tənbeh tədbirlərinin tətbiqinə səbəb olmuş hüquq po-
zuntuları törətmiş, lakin inzibati məsuliyyətə cəlb olunması üçün 
qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatmayanlar; 
– tibbi göstəriş və həkim təyinatı olmadan narkotik vasitələr və 
psixotrop maddələr qəbul edənlər, səhiyyə orqanları tərəfindən 
“narkoman” diaqnozu təyin olunanlar, narkoloji dispanserlərdə və 
xəstəxanalarda ambulator və stasionar müalicəyə cəlb olunmaqla 
qeydiyyata götürülənlər; 


108
– çətin tərbiyə olunanlar, avaralıqla və dilənçiliklə məşğul 
olanlar, əxlaqsız həyat tərzi sürənlər, ümumi orta təhsildən qərəzli 
şəkildə yayınanlar; 
– 16 yaşına qədər özbaşına və qərəzli şəkildə evdən, təlim-tər-
biyə və digər uşaq müəssisələrindən gedənlər. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə