91
IX Fəsil.
NARKOTİK VASİTƏLƏRLƏ BAĞLI VƏ İCTİMAİ
MƏNƏVİYYAT ƏLEYHİNƏ OLAN XƏTALARIN
XƏBƏRDAR EDİLMƏSİ VƏ QARŞISININ ALINMASI
§ 1. Narkotik vasit
ə
l
ə
rl
ə
ba
ğ
l
ı
x
ə
talar
ı
n x
ə
b
ə
rdar edilm
ə
si v
ə
qar
ş
ı
s
ı
n
ı
n al
ı
nmas
ı
Cəmiyyəti sosial tənəzzülə sürükləyən neqativ təzahürlərdən
biri də narkomanlıqdır. Narkomanlıq artıq
bütün sivil dövlətləri
narahat edən qlobal problemə çevrilmişdir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekur-
sorlarının dövriyyəsi ilə əlaqədar yaranan
ictimai münasibətlər
«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursor-
larının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbay-
can Respublikasının Qanunu ilə tənzimlənir.
Narkotik vasitələrlə bağlı istifadə edilən əsas anlayışlar aşağı-
dakılardır:
–
narkotik vasitələr
– BMT-nin 1961-ci il tarixli «Narkotik
vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci
il tarixli
«Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il ta-
rixli «Narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə
Azərbaycan Respublikasının qanun ilə təsdiq olunmuş siyahılarda
belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların
preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitki-
lərdir;
–
Dostları ilə paylaş: