Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   144
386 in.fealxh ders vesaiti

psixotrop maddələr
– BMT-nin 1971-ci il tarixli «Psixotrop 
maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik 
vasitələrin və psixotorp maddələrin qanunsuz dövryyəsinə qarşı 
mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Res-
publikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edil-
miş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır; 
– 
prekursorlar 
- narkotik vasitələrin və psixotrop maddələrin 
hazırlanması məqsədi ilə istifadə edilən kimyəvi maddələr və on-


92
ların duzları, habelə Azərbaycan Respublikasının qanunvericiliyi 
ilə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və idxalına, ix-
racına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi ra-
zılıq) tələb olunan kimyəvi maddələr və onların duzlarıdır; 
– 
narkomanlıq
– xroniki intokkasiya doğuran, narkotik vasi-
tələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaran-
mış narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və (və 
ya) fiziki asılılıqla, o cümlədən psixi və davranış pozuntuları ilə 
ifadə olunan xəstəlik vəziyyətidir
– 
narkomanlıq xəstəliyinə düçar olan şəxs
– narkotik vasitə-
lərin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində onlardan 
psixi və (və ya) fiziki asılılıq vəziyyətinə düşən, o cümlədən psixi 
və davranış pozuntuları ilə müşahidə olunan və barəsində Azər-
baycan Respublikasının qanunvericiliyi ilə müyyən edilmiş qay-
dada narkoloji-tibb müəssisəsi tərəfindən «narkomanlıq» diaqno-
zu təyin edilmiş şəxsdir. 
Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrinə 
və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi prakti-
kada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qar-
şısının alınması məqsədi ilə yol verilir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə