— 3 —
olunur. Sənətkarın poetik irsinin geniş elmi əsaslarla
araşdırıldığı bu tədqiqat həm uyğun sahə mütəxəs-
sisləri, həm də aşıq sənəti və yaradıcılığı ilə maraq-
lanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN 978-9952-27-164-5
©Yaqut Əşrəfova, 2009
— 4 —
ŞİRVAN AŞIQ YARADICILIĞININ
YORULMAZ VƏ CƏFAKEŞ TƏDQİQATÇISI
Azərbaycan folklorşünaslığının xüsusi tədqiqat obyektlə-
rindən biri olan aşıq sənətinin, aşıq mühitləri və bu mühitləri
təmsil edən ayrı-ayrı sənətkarların yaradıcılığının öyrənilməsi
həm sənətin təşəkkülü və inkişafı baxımından, həm də xalq ya-
radıcılığının bir çox xüsusiyyətlərini özündə ehtiva edən, onu
şifahi ənənədə yaşadan peşəkar söyləyici və ifaçıların sənət ir-
si vasitəsilə xalqın mənəvi ehtiyatlarının elmi şəkildə təhlili ba-
xımından olduqca aktualdır. Bu baxımdan, Şirvan aşıq mühi-
tinə mənsub olan görkəmli sənətkarlardan biri Aşıq Əhmədin
yaradıcılığının tədqiqi çoxdan öz elmi həllini gözləyən məsələ
idi.
Şirvan aşıq mühitinin zəngin sənət ənənələrini öz yaradıcı-
lığında ehtiva edən Aşıq Əhmədin irsi indiyə qədər müstəqil
bir tədqiqat mövzusu kimi işlənməmişdir. Şirvan folklorundan,
aşıq yaradıcılığından bəhs edən müxtəlif səpki və formalı araş-
dırmalarda Aşıq Əhməd poeziyasına müraciət olunsa da, onun
yaradıcılığı sistemli şəkildə tədqiq olunmamışdır.
Şirvan aşıq mühitinə məxsus sənət və yaradıcılıq spesifika-
sını öz yaradıcılığında parlaq şəkildə əks etdirən, şeirləri və
mahnıları dillər əzbəri olan, ən başlıcası, sazı, sözü və sənəti ilə
xalqın qəlbində yaşayan ustad aşığın yaradıcılıq irsinin çağdaş
folklorşünaslığın nəzəri-metodoloji prinsipləri ilə peşəkar sə-
viyyədə tədqiqi folklorşünaslıq elminin təxirəsalınmaz məsələ-
lərindəndir. Belə ki, mühit sənətkarlardan yaranır: sənət və sə-
nətkar olmasa, heç bir mühit hadisəsindən söhbət gedə bilməz.
— 5 —
Bu cəhətdən Şirvan aşıq mühitini (o cümlədən Azərbaycan aşıq
sənətini) Aşıq Mirzə Bilalsız, Aşıq Şakirsiz və Aşıq Əhmədsiz
təsəvvür etmək olmaz. Necə ki, Göyçə aşıq mühiti və bütövlük-
də aşıq sənəti və yaradıcılığını Ağ Aşıqsız, Aşıq Alısız və Aşıq
Ələsgərsiz təsəvvür etmək mümkün deyildir. Bu sənətkarların
hər biri məhəlli mühitin parlaq simaları olmaqla yanaşı, həmin
mühiti Azərbaycan aşıq sənəti və yaradıcılığı səviyyəsinə qal-
dırmaqla ümumi aşıq sənətini həmin səviyyədə təşkil edən da-
nılmaz yaradıcı simalardır. Belə sənətkarların ayrıca monoqra-
fiyada öyrənilməsi, əslində, Azərbaycan aşıq sənətinin onun
mənalı struktur vahidləri səviyyəsində tədqiqi deməkdir. Bu ba-
xımdan, Şirvan aşıq mühitinə mənsub olan sənətkarların yaradı-
cılığının öyrənilməsi və təbliği sahəsində diqqətəlayiq xədmət-
ləri olan Yaqut Bahadur qızının «Aşıq Əhmədin yaradıcı-
lığı» adlı monoqrafiyası təkcə Şirvan aşıq mühitinin yox,
eləcə də Azərbaycan aşıq sənəti və yaradıcılığının struktur əsas-
larının öyrənilməsi baxımından çox əhəmiyyətlidir.
Yaqut Bahadur qızı Şirvan aşıq mühitini, onun ayrı-ayrı
sənətkarlarını, bu sənətkarların sənət irsini və xüsusilə, onların
yaradıcılığının səciyyəvi cəhətlərini, söz və musiqi repertuarını,
başlıca olaraq onların yaradıcılığının ənənədən gələn folklor
qaynaqlarını uzun müddət diqqətlə və ardıcıl şəlildə öyrənmiş-
dir. Yaqut xanımın bu sahədə əldə etdiyi bir sıra elmi qənaətləri
və müşahidələri onun kitablarında, məqalələrində və konfrans
məruzələrində elmi ictimaiyyətə çatdırılmışdır. Bu mənada,
oxuculara təqdim olunan monoqrafiya hazırlıqlı bir tədqiqatçı-
nın elmi əsəri kimi Şirvan mühitinin, Azərbaycan aşıq sənətinin
və ümumiyyətlə, Azərbaycan folklorunun öyrənilməsində uğur-
lu bir addım hesab oluna bilər.
— 6 —
Monoqrafiya mükəmməl mündəricat əsasında hazırlandı-
ğından problemin elmi həllinin optimal yolları aranmış, sənət-
kar və mühit, ənənə və sənət, sənətkar və gerçəklik kimi əsas is-
tiqamətlər əhatə edilmişdir. Başqa sözlə, tədqiqatda Aşıq
Əhmədin yaradıcılığı Azərbaycan aşıq sənəti və Aşıq Əhməd,
Şirvan aşıq mühiti və Aşıq Əhməd kontekstlərində götürülmüş,
onun poeziyası və dastan yaradıcılığı bu istiqamətlərdən təhlilə
cəlb olunmuşdur.
Müəllif sənətkarın şəxsiyyətinə xüsusi diqqət ayırmış, gənc
nəsil üçün böyük tərbiyəvi əhəmiyyəti olan vətənpərvərlik və
millətsevərlik məsələlərini aşığın şəxsi həyatından gətirdiyi ör-
nəklərlə diqqətə çatdırmışdır. Hesab edirəm ki, humanitar yö-
nümlü araşdırmalarda bu tipli məsələlər az əhəmiyyət daşımır.
Aşığın Böyük Vətən müharibəsində iştirakı, Qarabağ savaşında
əsgərlər qarşısında çıxışları sənətkarın vətəndaş şəxsiyyətini sə-
ciyyələndirmək üçün gətirilən uğurlu örnəklərdir.
Tədqiqatda sənətkarın yaradıcılığındakı dövlətçilik məsələ-
lərinə, daha doğrusu, onun bədii tərənnümünə həsr olunmuş
motivlərə də xüsusi diqqət verilmişdir. Buraya aşığın yaradıcılı-
ğında xüsusi çəkisi ilə seçilən Ulu Öndər Heydər Əliyevə həsr
olunmuş silsilə şeirlər daxildir. Bu şeirlərdə xalqın qəlbindən
gələn sonsuz sevgi və inam Xilaskar obrazında öz poetik ifadə-
sini tapmışdır. Yaqut xanım bu şeirlərin təhlilinə geniş yer ver-
miş, onları müstəqil dövlət quruculuğunun mənəvi əsasları kimi
dəyərləndirərək, Heydər Əliyev şəxsiyyətini aşıq yaradıcılığın-
dan görünən möhtəşəm dövlətçilik abidəsi kimi təqdim etmiş-
dir. Və xüsusi qeyd olunmalıdır ki, Aşıq Əhməd poeziyasında
geniş yer alan mənəvi dəyərlər tədqiqatçının təqdimində öz dol-
ğun elmi ifadəsini tapa bilmişdir.