Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə8/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

 

 

 



— 31 — 

fin müşahidələrinə görə, Aşıq Əhmədin şeirləri «Öz əxlaqi-tər-

biyəvi, hikmətamiz keyfiyyətlərinə görə  gənc nəslin təlim və 

tərbiyəsində böyük əhəmiyyət kəsb edir» (116).  

Filologiya elmləri namizədi, tənqidçi V.Yusifli «Yolun 

düşsə Şirvana» kitabında Aşıq Əhmədlə bağlı «Dil aç, telli sa-

zım» başlıqlı yazısında aşığı belə  təqdim edir: «Kürdəmirdə, 

Şirvanın bu aran yerində bir el aşığı da yaşayır: 74 yaşı var 

Aşıq Əhməd Rüstəmovun (1993-cü ildə yazılıb – Y.B.). Əlli il-

dən artıq yorulmadan el şənliklərində, toyda-düyündə, ictimai 

tədbirlərdə çalıb-çağırıb. 70 yaşında «Əməkdar mədəniyyət iş-

çisi» fəxri adına layiq görülüb... Aşıq  Əhməd nağılçı-dastançı 

aşıqlardandır. 30-40 il bundan əvvəlin toyları indi ona yuxu 

kimi gəlir: onda aşığa hörmət-izzət var idi. Camaat böyük inti-

zarla gözləyirdi ki, aşıq haçansa nağıla başlayacaq. Aşıq bir 

gündə iki dəfə  məclisə girərdi. Bir günorta nağılı söyləməyə, 

axşam nağılı isə bəzən sübhəcən çəkərdi»(139, 90-91).  

Qeyd edək ki, aşıqla geniş söhbətini qələmə alan V.Yusifli 

Şirvan aşıq mühitinin bir sıra xarakterik xüsusiyyətini, o cümlə-

dən 60-a yaxın aşıq yolunun, aşıq deyiminin mövcudluğunu, 

aşığın mərasimdə  iştirakının səciyyəvi cəhətlərini, eləcə  də bu 

mühitə  mənsub olan sənətkarların sənət  şəcərəsi və repertuar 

özəllikləri ilə bağlı məlumatları nəzərdən qaçırmayıb . 

1960-cı illərdən başlayaraq Aşıq  Əhmədin yaradıcılıq nü-

munələri müxtəlif toplu və mətbuat səhifələrində nəşr olunmuş, 

həm özünün, həm də başqalarının ifasında efirdə və ekranda də-

fələrlə səsləndirilmişdir. Aşıq Əhməd haqqında qəzet və jurnal 

səhifələrində (116; 115; 32; 156; 109; 107; 50; 125; 113; 110; 

62; 5; 33; 51; 70; 71; 77; 79; 124; 94; 126; 101; 130 və b.) xeyli 

yazılar dərc olunub. Radio dalğalarında – «Xalq yaradıcılığı», 

«Axşam görüşləri, «Sarı tel»də, televiziyanın bir sıra verlişlə-

rində  çıxışları,  şeirləri dinlənmişdir. Bir sıra almanaxlarda, 

Azərbaycan və  Şirvan aşıqlarının poetik nümunələri dərc olu-

 

 



 

— 32 —


nan kitab və dərgilərdə şeirləri çap olunub, beş kitabı nəşr olu-

nub. Nəşr olunmamış çoxlu şeirləri və dastanları vardır. Aşığın 

«arxivi» ilə tanış olduğumuzdan əminliklə qeyd edə bilərik ki, 

bu görkəmli sənətkarın əsərlərinin xeyli hissəsi hələ nəşr olun-

mayıb. 

Filologiya elmləri namizədi, AMEA Folklor İnstitutunun 



«Aşıq yaradıcılığı»  şöbəsinin müdiri, «Sarı tel»in aparıcısı 

E.Məmmədli aşığın yaradıcılığına həsr olunmuş silsilə verlişlər 

hazırlamış, çıxışlarında Aşıq Əhməd sənətkarlığını yüksək qiy-

mətləndirmişdir. 

«Bakı» və «Vışka» qəzetlərinin 1978-ci il 14 fevral sayında 

(«Aşıq mahnıları», «Pesni aşuqa») Aşıq  Əhməd Rüstəmovun 

respublika səviyyəsində yaradıcılıq gecəsinin keçirilməsi haq-

qında məlumat verilir: 

«Xalq yaradıcılığının pərəstişkarları Aşıq Əhməd Rüstəmo-

vun sənəti ilə yaxşı tanışdırlar. O, ömrünün 30 ildən çoxunu bu 

peşəyə sərf etmişdir. Xalq nəğməsinin zəngin təcrübəsi, aşıq sə-

nəti haqqında düşüncələri «Sazımın telləri» kitabında öz əksini 

tapmışdır. Abbas Mirzə  Şərifzadə adına «Aktyorlar evi»ndə 

Aşıq Əhməd Rüstəmovun yaradıcılıq gecəsi böyük müvəffəqiy-

yətlə keçmişdir. Filologiya elmləri namizədi Mürsəl Mürsəlov 

aşığın ifaçılıq fəaliyyətindən, onun sənətinin xüsusiyyətlərindən 

danışmışdır. Respublikanın  Əməkdar Mədəniyyət işçisi Aşıq 

Şakir Hacıyevin rəhbərliyi altında «Kürdəmir aşıqları» ansam-

bılı Aşıq Əhməd Rüstəmovun əsərlərini ifa etmişdir» (32; 156). 

Aşıq Əhməd Rüstəmov 1955-ci ildən 1995-cı ilədək rayon 

mədəniyyət  şöbəsində «mədəni çadır»ın müdiri işləmişdir. 

Uzun müddətli və qüsursuz işinə görə «Əmək veteranı» medalı 

ilə təltif edilmişdir. Ustad aşıq respublika aşıqlarının III və IV 

qurultaylarının nümayəndəsi olmuşdur. Hələ 80-ci illərin sonla-

rında onun rəhbərliyi ilə rayon mədəniyyət evində  fəaliyyət 

göstərən gənc aşıqlar ansambılının 20 nəfər üzvü var idi və bu 




 

 

 



— 33 — 

ansambl geniş tamaşaçı kütləsi tərəfindən sevilirdi. Qocaman el 

aşığı SSRİ Ali Sovetinin, SSRİ Müdafıə Nazirliyi və Mədəniy-

yət İşçiləri Həmkarlar Təşkilatı Mərkəzi Komitəsinin, Respub-

lika Xalq Yaradıcılığı evinin, Lənkəran və Gəncə rayonlararası 

Xalq Yaradıcılığı evlərinin, rayon partiya və komsomol komitə-

lərinin bir çox medal, diplom, fəxri fərman və təşəkkürlərinə la-

yiq görülmüşdür. 1989-cu il martın 30-dan aprelin 5-nə kimi 

Gəncə şəhərində keçirilən üçüncü xalq yaradıcılığı festivalı çər-

çivəsində Zaqafqaziya, Orta Asiya, Qazaxıstan və Dağıstan 

xalqlarının gənc ozanlarının müsabiqəsini keçirən münsiflər he-

yətinin üzvü olmuşdur (109). 

Z. Məmmədovanın «Əli sazlı, dili sözlü» başlıqlı  məqalə-

sində Aşıq Əhmədlə bağlı çoxlu məlumatlar vardır. Müəllif ya-

zır: «Şirvan aşıq sənətinin mahir ustadlarından biri olan aşıq 

Əhməd Rüstəmovun «Respublikanın əməkdar incəsənət işçisi» 

kimi fəxri ad alması münasibətilə keçirilən gecə orda iştirak 

edənlərin yəqin ki, uzun zaman yadından çıxmayacaq. Tək ona 

görə yox ki, qocaman el aşığına fəxri ad verilmişdi, həm də ona 

görə ki, aşığı  təbrik üçün Respublika Aşıqlar Birliyinin sədri 

Hüseyn Arif, müavini Aydın Çobanoğlu gəlmişdi. Tək ona görə 

yox ki, mədəniyyət naziri Polad Bülbüloğlunun, bəstəkar Sü-

leyman Ələsgərovun, professor Qəni Məmmədovun, aşığın sə-

nət dostlarının təbrik teleqramlarındakı sözlərin səmimiyyəti 

isidirdi ürəkləri... Həm də ona görə ki, çıxış edənlər rayon rəh-

bərliyinin aşıq sənətinə qayğısından, bu sahədə görüləcək 

ümidverici işlərdən, planlardan söhbət açdılar. Söyləyirdilər ki, 

yaxın vaxtlarda rayon mərkəzində milli üslubda Aşıqlar evi ti-

kiləcək, unudulmaz el sənətkarı  Aşıq  Şakirin büstü hazırlana-

caq, bu sənət daşıyıcılarından iki nəfərinin – E.Cəbrayılovun və 

H.Hüseynovun əməyini qiymətləndirmək üçün Respublika Mə-

dəniyyət Nazirliyinə təkliflər veriləcəkdir» (109). 

Sabiq mədəniyyət naziri Polad Bülbüloğlunun Aşıq Əhməd 

 

 



 

— 34 —


Rüstəmovun yetmiş illik yubileyi ilə bağlı səmimi təbrik teleq-

ramı da aşığın şəxsi arxivində saxlanmaqdadır. İstər aşığın ya-

radıcılıq gecələrində, istərsə də yubiley mərasimlərində Repub-

likanın tanınmış alim və sənətçiləri Aşıq Əhməd yaradıcılığının 

ən müxtəlif yönümlərdə  təhlil etmiş, onu ustad sənətkar kimi 

yüksək qiymətləndirmişlər. 

Mətbuatda gedən məlumatlardan aydın olur ki, Aşıq 

Əhməd vətənin dar günündə, Qarabağ savaşında hərbi əməliy-

yatların getdiyi zamanda döyüş bölgələrini səngər-səngər gəzib, 

əsgərlərimizi döyüşə, düşmən üzərində  qələbəyə ruhlandırıb. 

«Kürdəmir» qəzetinin 19 sentyabr 1992-ci il tarixli sayında 

«Milli müdafiə fonduna» başlıqlı xəbərdə deyilir: «Bu gün yur-

dumuzda müharibə getdiyi, xain düşmənin niyyətini puça çıxar-

maq üçün xalqımızın sıx birləşdiyi bir vaxtda hər kəsin vətən-

pərvərliyi, torpaq təəssübkeşliyi ön cəbhəyə köməyi ilə ölçülür. 

Respublikamızın Əməkdar Mədəniyyət İşçisi Aşıq Əhməd Rüs-

təmov da bu nəcib və xeyirxah işdə öz imkanını, bacardığı kö-

məyi  əsirgəmir. O, ilk günlər Milli Müdafıə Fonduna ümumi-

likdə 7 min manat pul keçirmişdir... Aşıq  Əhməd bir sənətkar 

kimi təşkil etdiyi konsert briqadası  və  mədəniyyət işçiləri ilə 

birlikdə yaxın vaxtlarda Qarabağa gedəcək, döyüşən orduya baş 

çəkəcək, yaralılarla görüşəcək, onların qarşısında konsertlər ve-

rəcəkdir» (110).  

«Səhər» qəzetinin 13 fevral 1993-cü il tarixində  çıxan sa-

yında verdiyi «E1 sənətkarının xeyirxahlığı» başlıqlı məlumat-

da isə bildirilir ki, «tanınmış el sənətkarı  Aşıq  Əhməd Rüstə-

mov tez-tez döyüş bölgələrinə gedir, xeyriyyə konsertləri təşkil 

edir, döyüşçülərimizə mənən dayaq olur. Şəxsi hesabından əs-

gərlərə 10 min rubl yardımı da sənətkarın xeyirxahlığına sübut-

dur. İndi isə Aşıq Əhməd növbəti səfərə hazırlaşır...» (62).  

Qeyd edək ki, bu tipli məlumatların sayını artırmaq da 

mümkündür. Amma bu faktlar kəmiyyətindən asılı olmayaraq 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə