Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə16/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

 

 

 



— 63 — 

ğularından məhrum olduğu üçün ürəkdən qopan hərarətli misra-

ların odu içərisində əriyir, yaddan çıxır» (117, 106). 

Akademik M.İbrahimov «açıq siyasi mahiyyət daşıyan, sırf 

ictimai mənanı əks etdirən» şeirlərin mükəmməl nümunəsi kimi 

Aşıq Əhmədin «Olubdur» rədifli qoşmasını örnək gətirir: «Aşıq 

Əhmədin Leninə  həsr etdiyi «Olubdur» rədifli qoşması ona 

görə oxunur ki, aşıq sözü şirin və mənalı deyə bilib. 

 

Dağların qoynundan qızıl sökənin, 

Dəryanın dibindən buruq çəkənin, 

İlanlı düzlərdə pambıq əkənin, 

Böyük havadarı Lenin olubdur (30, 232) 

 

Burada hətta  şərti ifadələr belə oxucunu çaşdırmır, aşığın 



əsas qayəsini doğru dərk etməyə mane olmur. Məsələn, «Dər-

yanın dibindən buruq çəkən» məfhumu əlbəttə, çox şərtidir, su-

ların altından, dəryanın dibindən neft çıxarmaq ifadəsindən za-

hirən uzaqdır, lakin yerində  və gözəl deyildiyindən adam heç 

bu şərtiliyin fərqinə varmır, dərhal anlayır ki, aşıq nə demək is-

təyir» (80, 78).  

Əlbəttə, şeiri mətnaltı mənada da şərh etmək olar. Akade-

mikin  şərtilik kimi şərh etdiyi misra isə onunla bağlı idi ki, o 

dövrdə  hələ  dənizin dibindən neft çıxarılmırdı. Bu da aşığın 

uzaqgörənliyidir. «Havadarı» xüsusi vurğu ilə demək və ya dır-

naq arasına almaq kifayət edir ki, o «zülmkar» mənasında anla-

şılsın. Nəzərə almalıyıq ki, o dövrdə  Ədil bəyin oğlu Aşıq 

Əhməd məhz belə deməliydi. Başqa cür deyilsəydi, onun res-

publikaya yalnız ziyanı  dəyə bilərdi. Sənət adamı ideoloji sis-

temdən kənarda ola bilmir. Ona görə  də ideoloji məsələlərdə 

ehtiyatlılıq sənətin eyham, məcaz, obrazlar, mətnaltı  mənalar 

qatını gücləndirir, fikir müxtəlif qatdan müxtəlif cür anlaşılır. 

Aşıq Əhmədin bu səpkidə söylədiyi bir neçə şeiri sırf siyasi si-

 

 

 



— 64 —

farişli olsa da çılpaq mədhiyyə janrından tamamilə uzaqdır. 

Aşıq Əhməd yaradıcılığında ictimai-siyasi lirikanın mükəmməl 

nümunələri vardır. Aşığın poeziyasının mövzu əhatəsi geniş və 

rəngarəngdir. Poeziyanın tematik əlvanlığı onu bu əsasda təsnif 

etməyə imkan verir. Təsnifatın klassik prinsiplərinə uyğun ola-

raq aşığın poeziyasında mövzu baxımından qruplaşdırıla bilən 

şeirlərdən birinci Allahın, peyğəmbərin, imamların şəninə söy-

lənmiş poetik örnəklərdir. 

a) Dini şeirlər.  

Aşıq Əhmədin yaradıcılığında dini mövzuda söylənmiş və 

yazılmış şeirlər də xüsusi yer tutur. Bu şeirlər bir qayda olaraq 

islami xarakter daşıyır və bu dini, müqəddəs saydığı  dəyərləri 

tərənnüm edir. İslamın müqəddəs kitabı «Quran», peyğəmbər 

Məhəmməd rəsuləleyhüssəlam, 12 imam, xüsusilə  Həzrət  Əli 

və imam Hüseyn adı şeirlərdə intensiv olaraq işlənir: 

 

Allahın dediyi Ali Mühəmməd 



Xəbər verdi, Osman yazdı Quranı. 

Xatəmül-ənbiya, nuri-möhübbət, 

Əhli Quran etdi biz müsəlmanı. (16, l28) 

 

və yaxud: 



 

Pənahım Allahdır, nəbim Mühəmməd, 

Əvvəlki imamım Əlidir mənim! 

Sidqiylə çağırsam, Sahibi-qüdrət, 

Müşküldə gümanım Əlidir mənim! (16, 134) 

 

«Kərbəla müsibəti» ilə bağlı motivlər aşığın yaradıcılığında 



geniş işlənir. Bu şeirlər Şirvan bölgəsinin şiə mühitlərində keçi-

rilən «İmam Hüseyn təziyələri»ndə  mərsiyəxanlar tərəfindən 

oxunur. 



 

 

 



— 65 — 

 

Düşəndə darə səslərəm Allah Mühəmməd, ya Əli! 



Sənsən dilimin əzbəri, haqqı İmamət, ya Əli! 

Qurbanam Şahi Kərbəla oğlun İmam Hüseynə mən

Qeyrətli Əbbas oğlunun əl üzmərəm ətəyindən, 

Günahkar olsaq da bizə, eylə şəfaət, ya Əli! 

 

Yığışmışıq ibni Əli, Şahi Hüseyn əzasinə,  

Səs veririk fəqan ilə Zeynəbin qardaş səsinə,  

Deyir: hərayə gəl baba, Kərbibəla səhrasına,  

Üryan qalıb əhli-əyal, çəkir xəcalət, ya Əli!(16, 130-131) 

 

Başqa bir şeirdə  Kərbəla faciəsi emosional şəkildə  təsvir 



olunur: 

 

Yeridi  bihəyalar, çəkdi cümlə leşkəri,  



Oxladılar təşnələb məşqi-Ələmpərvəri.  

Öldürdülər Qasimi, toysuz Əliəkbəri, 

Anası İmmi Leyla nalandı, ya Mühəmməd! 

Yetmiş iki şühəda yerlə yeksan oldular,  

Övrətlər Kərbalada əsir olub  qaldılar, 

Ayaq yalın,baş açıq Şama yola saldılar,  

Fəryadımız  göylərə dayandı,ya Mühəmməd!  

(16, 131-132) 

 

Aşığın Həzrəti Zeynəbin dilindən söylədiyi bir «layla»sı 



faciənin ana qəlbindən keçən yaşantılarını  canlandırrır, ona kə-

dərin poetik ifadəsi baxımından estetik biçim verir: 

 

Ey Zeynəbi ağlar qalan,  

Həsən, laylay, Hüseyn laylay!  

Səkinəsi susuz qalan,  

 

 



 

— 66 —


Həsən, laylay, Hüseyn, laylay!  

Laylay, qardaşlarım, laylay,  

Qəmim-qəmküsarım, laylay! (16, l32) 

 

Bu «ağı»da, «oxşama»da milli yas mərasimlərinin folklor 



ehtiyatları iştirak edir, həzin, kövrək duyğular oyadır. Bu duy-

ğular insanı içindən təlatümə gətirir, onu təmizləyir və saflaşdı-

rır.  

Aşıq Əhmədin dini şeirlərində həm rəsmi islami dəyərlər, islam 



əxlaqı və davranışları, şəriət qaydaları, həm də Azərbaycan sufiz-

mindən, ələvilikdən gələn ürfani elementlər müşahidə olunur. Aşı-

ğın yaşadığı  Şirvan bölgəsinin Kürqırağı rayonlarında  Şiəlik çox 

mühafizəkar şəkildə saxlanmışdır. Sovet dönəminin ateist şəraitində 

də bu ərazilərdə «Məhərrəmlik», «İmam Hüseyn təziyəsi» saxlan-

mış, yerli əhalinin dilində bu mərasimin adı «matəm» kimi işlən-

mişdir. «Matəm» məhərrəm ayının ilk on gününü əhatə edir. Bu on 

gündə  kənd camaatı evlərdən birinə toplaşıb  məlum yas mərasi-

mini icra edirlər. Sinə döymə, zəncir vurma, kəcavə bəzəmə, qətl 

ağacının başına dolanma, qurbanlar kəsmə, nəzir paylama kimi mə-

rasim elementləri də bu on gündə, xüsusilə onun «aşura» deyilən 

onuncu günündə edilib. Bu ənənə indi də qalmaqdadır. Müstəqillik 

dövründə dini azadlıqlar bərpa olunduğu üçün indi mərasimlər məs-

cidlərdə və bir qədər də mütəşəkkil şəkildə keçirilir. 

Aşıq Əhmədin sözləri bu mərasimlərdə çox geniş yayılmış-

dır. Çoxları bu şeirləri əzbər bilir. Ona görə də bu tipli örnəklər 

həm də dini folklor nümunəsi kimi dəyərləndirilə bilər. 

Məsələnin digər tərəfi ondan ibarətdir ki, Aşığın şeirlərində 

təkcə Allah, Məhəmməd, Əli, Hüseyn və başqa isimlər sadəcə 

tərənnüm və ya mədh olunmur, bu tərənnümün, öygünün və ya 

ağının içində yüksək mənəvi dəyərlər təbliğ olunur. Burada bö-

yük sevgi, hörmət, rəğbət vardır. Bunların hamısı dinləyiciyə 

ünvanlanır. Haq-ədalət, düzlük, doğruluq, mərdlik,  əqidəlilik, 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə