Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə15/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

 

 

 



— 59 — 

tərir və ilk növbədə həmin əsərlərin məhz o ərazi üçün daha ef-

fektli olmasını şərtləndirir.  

Görkəmli folklorşünas P.Əfəndiyev yazır: «Azərbaycan 

xalqının həyatında, mübarizə tarixində elə bir əhəmiyyətli, tə-

sirli hadisə olmamışdır ki, aşıqlar ona öz münasibətini bildir-

məsinlər. Aşıq poeziyasında xalqın misilsiz qəhrəmanlıq hü-

nəri, azadlıq uğrunda mübarizəsi, dünyagörüşü, həyat və  məi-

şəti, istək və arzuları, gələcəyə inamı öz bədii əksini tapmışdır. 

Aşıq həmişə el içində  məclislərdə oxumuşdur. Xalqın xoşuna 

gəlməyən heç bir qoşma aşıq tərəfindən ikinci dəfə oxunma-

mışdır, çünki aşıq məclisdə dinləyicilərin arzusu, xahişi ilə hə-

rəkət edir, onların zövqünü oxşayır, sifarişini yerinə yetirir» 

(66, 241). Müəllif aşıq poeziyasının mövzu dairəsini üç əsas is-

tiqamətdə müəyyənləşdirir: məhəbbət lirikası, ictimai-siyasi li-

rika, dini mövzular (66, 241-242). 

Aşıq poeziyasında mövzu və janr əhatəsini Aşıq H.Şəmşir-

linin yaradıcılığı  əsasında araşdıran N.Məmmədova mövzu 

probleminə iki istiqamətdə yanaşır: məhəbbət lirikası, ictimai-

fəlsəfi motivlər. (108, 25-32). 

Folklorşünas alim Q.Namazov «Aşıq  ədəbiyyatının  əsas 

mövzuları»ndan geniş  bəhs etmiş onu «bəşəri məhəbbət» və 

«təbiət» mövzuları üzrə qruplaşdırmışdır (117, 91-106). Müəllif 

eyni zamanda bu mövzular içərisində olan çoxlu motivləri aş-

karlamış, onların ideya-estetik təhlilini vermişdir. 

Folklorşünas M.Həkimov «Orta əsrlər aşıq lirikası»n mə-

həbbət lirikası və «ictimai-siyasi motivlər» kimi iki qrupa ayır-

mışdır (73, 19). 

«XX əsr, xüsusilə Sovet dönəmi (1920-1990) aşıq yaradıcı-

lığı sosializm cəmiyyətinin həyat və məişəti ilə yaxından bağlı-

dır. Ölkəmizdə baş vermiş  hər bir yenilik sovet aşıq yaradıcılı-

ğında öz əksini tapır» (9, 52). Ə.Axundovun yazdığına görə, so-

vet dönəmində «aşıq sənəti cəmiyyətin inkişafı ilə əlaqədar inki-

 

 



 

— 60 —


şaf edir, təkmilləşir və öz dairəsini genişləndirir. Aşıq  şeirləri 

müəyyən bir saz havası ilə bağlanıb qalmır, ifaçılar bu qoşmaları 

başqa-başqa saz havaları üstündə oxuyurlar. Hər aşıq hər bir qoş-

manı digər aşıqdan məlahətli və xoşagələn havada oxumağa çalı-

şır. İndinin (Sovet dövrünün - Y.B.) aşığını qədim aşıqlarla eyni-

ləşdirmək düzgün olmaz. İndinin aşığı savadlıdır. Onun geyimin-

də, ifasında da müəyyən dərəcədə fərq vardır. Müasir aşıq, eyni 

zamanda el şairidir. Onlar müəyyən sahə üzrə bağlanıb qalmır, 

xalq mahnılarını və muğamatı da ifa etməyi bacarırlar. Demək, 

indi aşıqların çoxu təkcə  aşıq deyil, eyni zamanda xanəndə, el 

şairi və musiqişünasdır» (9, 74-75). 

Müharibədən sonrakı dövr aşıq poeziyasının «mühüm nai-

liyyətlərini» təsvir edən Ə.Axundov «bu nailiyyətlər içərisində 

yeni yetişmiş  gənc aşıqların, el şairlərinin» adlarını  sıralayır: 

«Aşıq Hüseyn Cavan, Aşıq  Şakir, Aşıq Çoban, Aşıq Yədulla, 

Aşıq Pənah, Həsən Sevdalı, Aşıq Şəmşir, Aşıq Həsən Pərvanə, 

Şair Novruz, Aşıq Bəylər, Aşıq  Əhməd, Aşıq Ağalar, Aşıq 

Xaspolad və onlarca başqaları...» (9, 70). 

Müasir aşıq poeziyası digər dövrlərdə olduğu kimi yarandığı 

zamanın sosial ovqatını özündə əks etdirir. C.Abdullayevə görə 

«lirikanın müasir problemləri sırasına insan və zaman, insan və 

təbiət, insan və dünya, kosmos və s. kimi anlayışları da daxil et-

mək mümkündür» (3, 106). Alim müasir dövrün lirikasının əsas 

mövzuları kimi siyasi-ictimai lirika, insan və təbiət problemi və 

fəlsəfi lirikanı göstərir. Onu da əlavə edirik ki, «fəlsəfi lirika bi-

zim müasir şeirimizdə heç də yeni yaranmamış, müəyyən  ənə-

nəyə əsaslanan, onun daha da inkişaf etmiş müasir, yeni təzahürü 

kimi səciyyələndirilə bilər» (3, 106). 

Aşıq yaradıcılığının tədqiqinə  həsr olunmuş onlarla elmi 

ədəbiyyatda mövzu probleminin geniş nəzəri təsvirinə rast gə-

linmir. Ona görə də tədqiqlərdə problemin sərhədləri müəyyən-

ləşməmiş qalır. 




 

 

 



— 61 — 

«Mövzu» yunan mənşəli «tema» sözünün qarşılığı kimi iş-

lənir. «Tema» əsas fıkir deməkdir. Sənətkarın əsərdə qoyduğu 

və müəyyən həyat lövhələrində açdığı  əsas məsələlər çevrəsi-

dir, əsərin bədii məzmununun əsas məqamıdır (160, 368).  

Ədəbiyyatşünaslıqda məzmun özündə  əsərin mövzusunu, 

ideyasını birləşdirən çoxtərkibli kateqoriyadır... Başqa sözlə, 

mövzu sənətkarı narahat edən, həyəcanlandıran, konkret hal tə-

ləb edən məsələdir (152; 160; 149).  

Aşıq poeziyasının mövzularıının da ənənədən gələn, ötürü-

lən, dəyişən və dəyişməyən poetik ünsürləri vardır. Araşdırma 

«şəxsi yaradıcılıq prosesində ötürmənin sərhədləri və rolunu 

müəyyənləşdirməyə» (149, 300) də yardım edir.  

Sovet dönəmində fəaliyyət göstərən aşıqların yaradıcılığında 

əski ənənələrdən gələn dəyərlər bir başqa şəkildə yaşamaqda da-

vam edirdi. Amma sovet həyat tərzinin və ideologiyasının tərən-

nümü də  əsas istiqamət kimi mərkəzi mövqedə dayanmışdır. 

«Lakin aşıq poeziyasında sosialist realizmi mexaniki şəkildə, 

müəyyən şablon üzrə meydana çıxmır, həyata nüfuz etmək, var-

lığı inqilabi inkişafda və gələcəyə olan meyilləri ilə əks etmək

xarakter cəhətlərini seçmək və ümumiləşdirmək, hadisələrə xal-

qın mənafeyindən yaxınlaşmaq, yeniliklə köhnəliyin mübarizə-

sini göstərmək və sair bu kimi ümumi prinsipləri ilə bərabər bir 

sıra spesifik xüsusiyyətlər də kəsb edir» (80, 75). Aşıq poeziyası-

nın sufi məcradan çıxması və dini təmayüldən uzaqlaşması, heç 

şübhəsiz ki, onun ideya-estetik məzmununa mənfi təsir göstər-

miş, onu xeyli dərəcədə bayağılaşdırmışdır. Məzmunda baş ve-

rən icbari boşluq daha çox forma gözəlliyinin gücləndirilməsi 

hesabına doldurulmuşdur. «Yeni realist obrazlar, yeni dil vasitə-

ləri, yeni bədii təşbehlərlə yanaşı aşıq şeirinin əsrlərdən bəri işlə-

yib yetirdiyi bitkin, gözəl şəkli xüsusiyyətləri, müəyyən şərtilik-

lərlə üzvi surətdə bu günkü aşıq şeirinin üslubuna daxildir. Mə-

sələn, sırf ictimai mənalı qoşmalar içərisində məhəbbət motivini 

 

 



 

— 62 —


səsləndirmək, yaxud ustadnamələr səpkisində bu günkü həyata 

uyğun, mənalı, ibrətamiz, aforizmlər işlətmək müasir mövzulu 

aşıq şeirlərinin ancaq gözəlliyini və təsirini artırır» (80, 75).  

Qeyd edək ki, sovet dönəmi yazılı  ədəbiyyatda yaranmış 

R.Rzanın «Lenin» poeması və ya S.Vurğunun «Partiyamızdır» 

şeiri bu gün də yüksək sənətkarlığı və bədii mükəmməlliyi ilə 

seçilir. Lenin də, kommunist partiyası da bu gün siyasi aktuallı-

ğını və əhəmiyyətini itirmişdir. Amma həmin əsərlər öncə sənət 

örnəyi kimi öz bədii mükəmməlliklərini saxlamışdır. Aşıq poe-

ziyasında da bu tipli nümunələr məhdud sayda deyil. Aşıq 

Əhmədin sənət fəaliyyətinin, yaradıcılığının aktiv dövrü sovet 

dönəminə  təsadüf etdiyindən poeziyasında sovet gerçəkliyinin 

sosial ovqatı müşahidə olunur. Nəzərə alsaq ki, bu dövr bizim 

tariximizin bir hissəsidir, yaşanmış, tamamlanmış bir epoxadır, 

onda həmin dövrün bədii refleksiyası kimi gerçəkləşən əsərləri 

əhəmiyyətsiz saymaq olmaz. «Otuzuncu illərə qədər inqilabı tə-

rənnüm edən, onu alqışlayan aşıq şeirləri içərisində çoxu unu-

dulub gedib, bu gün oxuyanda adama gülünc görünür. Lakin 

ustad aşıqların yazdıqları isə bu günə qədər yaşayıb qalır, onları 

bir sənət əsəri kimi bu gün də oxumaq mümkündür. Çünki bu 

gün də onlar estetik qiymətini itirməmiş, insana ləzzət verirlər» 

(80, 75-76).  

Mövzusundan asılı olmayaraq sovet dönəminin aşıq lirika-

sında bəzi bəsit əsərlər də yaranmışdır. «Sənətkarlıq cəhətdən o 

qədər də kamil olmayan aşıqlar (Aşıq Hüseyn, Aşıq Mayıl, 

Aşıq Səftər, Aşıq Zülfüqar, Aşıq Rza, Aşıq Qoca, Aşıq Səməd, 

Aşıq Qurban və b.) aşiqanə qoşmalarında yerli-yersiz, bəzən 

özləri də mənasını anlamadıqları köhnə ibarə və tərkibləri, klas-

sik aşıqlarımızın işlətdikləri ifadələri dönə-dönə təkrar edir, şei-

rin kimə və nə üçün yazıldığı, gözəlin niyə belə mücərrəd boya-

larla ucuz-ucuz tərifləndiyi məlum olmur. Bu cür nəğmələr hiss 

və həyəcandan, atəşin qəlb çırpıntılarından, ülvi məhəbbət duy-




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə