Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə13/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

 

 

 



— 51 — 

olmayan", "məhsuldar və qeyri-məhsuldar", "yaraşıqlı və eybə-

cər", "funksional və qeyri-funksional", "süni və təbii" qoşalıqla-

rını  əhatə edir və bütün hallarda üstünlük "təbii və xeyirliyə" 

verilir. 

Aşıq poeziyasında "təsvir olunan gözəllik həyatda mövcud 

olan adi və ya təsadüfi gözəlliklərin bədii əksi deyil, müəyyən 

qanunauyğunluqlardan doğan, dərin mənaların ifadəsi olan ka-

mil və harmonik aləmin mahiyyətini açan, eybəcər həyat tərzi-

nin məzmunsuzluğunu, qeyri-kamilliyini qabardan bir proses 

kimi meydana gəlir" (68, 77). 

Hegel gözəllikdə ruhun (mütləq ideyanın) ümumdünya hə-

rəkatının mərhələlərindən birini görürdü. Ruh öz inkişafında 

maddi forma ilə harmonik vəhdət əldə edir, ideya formada özü-

nün tam adekvat ifadəsini tapır – elə bu da gözəllik deməkdir 

(49, 37). 

Müasir aşıq poeziyasındakı gözəllik, təbii ki, ilk öncə fikrin 

və  sənətin gözəlliyinin vəhdətidir, yəni forma və  məzmun har-

moniyasıdır. Bu harmonik ifadə estetik idealın təcəssümünə xid-

mət edir. Təbii ki, bu zaman, məhz sənətin yaranmasında ruh iş-

tirak edir. Hegelsayağı desək, sənətin gözəlliyini onda iştirak 

edən ruh təmin edir. 

Müasir aşıq poeziyasında gözəllik geniş konteksti əhatə 

edir: vətənin gözəlliyi, insanın gözəlliyi, cəmiyyətin gözəlliyi. 

Təbii ki, bunların arasında bu gözəlliyi dərk edən, qiymətləndi-

rən, dəyərləndirən insan dayanır. Aşıq poeziyasında başlıca es-

tetik problem gözəl insan idealıdır. Gözəl insan idealı "aşağı-

dakı amillərdən doğur: 

Mənəvi gözəllik

Zahiri gözəllik; 

Mənəvi və zahiri gözəlliyin harmoniyası" (68, 79). 

Aşıq Əhməd yaradıcılığında insanın mənəvi gözəlliyini tə-

rənnüm edən mükəmməl poetik nümunələr diqqəti çəkir: 

 

 



 

— 52 —


 

Zehni, fikri, qəlbi təmiz adama,  

Əsli, kökü olan insan sataşmaz.  

Qərinələr keçib, əsr dolansa,  

Yaratmasan, həyat səni yaşatmaz. 

 

... Aşıq Əhməd, eylə sözü müxtəsər, 

Hər kəs əməlinin bəhrəsin yeyər. 

Çirkini dindirsən, gözələm deyər, 

Gözəl özün eybəcərə oxşatmaz (15, 25). 

 

Təbii ki, burada didaktik təmayül müşahidə olunur. Amma 



bununla yanaşı, mənəvi gözəllik də tərənnüm edilir. 

Aşıq Abbasın: 

 

«Günü-gündən gözəlləşir, 

Yar başına dolandığım. 

Bizə qarşı məhəbbəti, 

Var, başına dolandığım» (129, 177) 

 

– şeirində zahiri gözəlliklə mənəvi gözəllik harmoniya təş-



kil edir. Çünki məhəbbətdə paklıq, saflıq, zəriflik, vəfa, səda-

qət, etibar, məsumluq, məlahət və s. kimi gözəl mənəvi keyfiy-

yətlər vardır. 

Səciyyəvi örnəklərə diqqət çəkək. Aşıq Əzizxan: 

 

Alnı açıq, gülər üzlü, 

Pak ürəkli, təmiz sözlü, 

Uzaqgörən, qara gözlü, 

Mənim anam, mənim anam (129, 151) 

 

Aşıq Ağamurad: 




 

 

 



— 53 — 

 

Vəfasız gözəldən umma məhəbbət,  



Nə vaxtsa o, sənə edər xəyanət.  

Nadan bilməz, əhdi-peyman, sədaqət,  

Cahilin düz sözü, ilqarı olmaz (129, l81) 

 

Müasir aşıq poeziyasında zahiri və  mənəvi gözəlliyin ele-



mentləri üzvi şəkildə bir-birinə qarışaraq yeni keyfiyyət yara-

dır, predmet və hadisədə bir tama çevrilir. Onlar həm bir-birini 

tamamlayır, həm də bir-birini açır. Beləliklə, tamın elementləri 

gözəl insan idealını ifadə edən vasitə kimi meydana çıxır. Bu da 

estetik idealın təzahüründən doğan bir qanunauyğunluq kimi 

özünü göstərir (68, 85). 

Digər tərəfdən, müasir aşıq poeziyasında gözəl cəmiyyət 

idealı azadlıq, məhəbbət, qəhrəmanlıq kimi gözəllik xüsusiy-

yətləri ilə təcəssüm edilir. Gözəl vətən, yurd, el-oba idealı da, 

əsasən, sevgi vasitəsilə öz bədii estetik təqdimini tapır. Müasir 

aşıq poeziyasında da bu idealların təcəssüm olunduğu külli 

miqdarda nümunələr vardır. 

Ümumiyyətlə «müasir aşıq poeziyasında mənəvi dəyərlər 

probleminin estetik təhlili» o nəticəyə  gətirir ki, poeziyamızın 

mənəvi informasiya ehtiyatı kifayət qədər zəngindir. İlkin mü-

şahidələr mənəvi dəyərlərin dörd ümumi tipinin (etnik-milli, 

dini, təsəvvüfi-ürfani, dünyəvi) mövcudluğunu aşkarlayır, gözəl 

insan, gözəl cəmiyyət və gözəl vətən idealının çeşidli təcəssüm 

formalarının mövcudluğunu ortaya çıxarır. Məlum olur ki, 

müasir aşıq poeziyasında bədii təcəssüm tapan estetik düşüncə-

lər,  əxlaqi hikmət bu günün mənəvi tələbləri baxımından mə-

nalı səslənir, insanlara sağlam bədii zövq, nəciblik, xeyirxahlıq, 

əxlaq bütövlüyü, vətən və millət sevgisi, vətəndaşlıq məsuliy-

yəti aşılayan təsirli vasitə kimi əhəmiyyət daşıyır. 



 

 

 



 

— 54 —


 

ŞEİRLƏRİN MÖVZU ƏHATƏSİ 

 

Müasir aşıq yaradıcılığı ənənədən gələn sənət hadisəsi kimi 



kökləri ilə  qədim xalq yaradıcılığından qaynaqlanır. Musiqisi 

də, mərasim icraçılığı da etnik-mədəni ənənədən gəlir. Müasir 

aşıq poeziyası da mənşəyi etibarilə xalq şeirinin törəməsidir. 

Bununla yanaşı çağdaş aşıq şeiri dövr, zaman və sosial-mədəni 

şəraitlə bağlı olaraq bir sıra yeni xüsusiyyətlər də qazanmışdır. 

Aşıq poeziyasının sufi çevrədən çıxışını xarakterizə edən folk-

lorşünas alim H.İsmayılov yazır: «Sufı aşıq poeziyası xalq şeiri 

ənənələri üzərində yaranaraq forma və  məzmun baxımından 

zəngin inkişaf yolu keçmişdir. Estetik idealı  təşkil edən «vəh-

dəti-vücud» ideyası «mən və o» formulundan tədricən uzaqla-

şır; Tanrı ilə insanın mistik münasibətinin poetik ifadəsi sənət-

çilik dövründə «insan və insan», «insan və  təbiət», «insan və 

dünya» və s. kimi real münasibətlər sisteminə keçir. Təsəvvüfi 

elementlər bu dövrün poeziyasında bir növ estetik fon kimi 

özünü göstərir» (85, 379). 

Qeyd edək ki, müasir aşıq poeziyası haqqında folklorşünas 

alimlərin, görkəmli sənət adamlarının və ictimai xadimlərin dəyər-

li fikir və mülahizələri vardır. Aşıq sənətinin müxtəlif istiqamətlər-

dəki tədqiqinə həsr olunmuş əsərlərdə və folklor dərsliklərində bu 

tipli mülahizələrin ən mükəmməl nümunələri öz əksini tapmışdır. 

H.Zərdabinin, Ü.Hacıbəyovun, Bülbülün aşıq sənətinə böyük qiy-

mət və əhəmiyyət verməsi ilə bağlı fıkirlər məlumdur. XX əsrin 

əvvəllərində Azərbaycan folklorşünaslığının görkəmli nümayən-

dələri Vəli Xuluflu, Hümmət Əlizadə, Salman Mümtaz kimi alim-

lər böyük zəhmətlə  aşıq poeziyasının nümunələrini toplamış  və 

nəşr etdirmişlər. H.Araslı və akademik M.İbrahimov aşıq yaradıcı-

lığına həsr olunmuş ayrıca tədqiqat əsərləri yazmış (13; 80), ədə-

biyyatşünas alim F.Qasımzadə Azərbaycan  ədəbiyyatı tarixindən 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə