Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə14/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

 

 

 



— 55 — 

bəhs edərkən aşıq yaradıcılığına xüsusi yer ayırmışdır (97).  

F.Qasımzadə öz dövrünün aşığını belə xarakterizə edir: 

«Xalq aşığı  əlində sazı  kəndləri dolaşır, toylarda, bayram və 

ayinlərdə, elin qurduğu keyf və şadlıq məclislərində iştirak edir, 

saz çalır, nəğmə  və dastan qoşur, oxuduğu lirik şeirlərlə xalqın 

ruhuna və əxlaqına nəcib duyğular aşılayır. Saz aşığı bütün var-

lığı ilə xalqa bağlıdır. O öz xalqı ilə bir yerdə qaynayıb qarışır, 

onun sevinc və kədərinə şərik olur, onunla birgə nəfəs alır» (97, 

193). 


Azərbaycan aşıq  şeirinin kökləri, tarixi inkişafı  və poetik 

xüsusiyyətləri ilə bağlı Türkiyədə ardıcıl araşdırmalar aparmış 

görkəmli türkoloqlar M.F.Köprülü və Ə.Cəfəroğlu da aşıq poe-

ziyasına xüsusi önəm vermişlər (144; 145; 146; 147; 140; 141; 

142).  

Azərbaycan folklorşünaslığında M.H.Təhmasib,  Ə.Axun-



dov, Ə.Qarabağlı, M.Seyidov, İ.Abbaslı, T.Fərzəliyev, V.Vəli-

yev, M.Həkimov, Q.Namazov, M.Qasımlı, E.Məmmədli, 

A.Kərimov, P.Əfəndiyev, H.İsmayılov, O.Əfəndiyev, S.Paşa-

yev, M.Allahmanlı  və b. aşıq poeziyasını müxtəlif yönlərdən 

araşdırmışlar. Tədqiqatlar, əsasən, genezis və tipologiya məsə-

lələrinə, poetika problemlərinə  həsr olunmuşdur. Araşdırmalar 

daha çox tarixi istiqamətdə aparıldığından sənətin inkişaf dina-

mikasının izlənilməsi üstün mövqe qazanmışdır. Amma çağdaş 

aşıq poeziyasının ideya-məzmun və  bədii sənətkarlıq xüsusiy-

yətlərinin geniş  şəkildə araşdırıldığı  əsərlər məhduddur, bütün 

aşıq mühitlərini və  sənətkar subyektlərini  əhatə etmir. Aşıq 

poeziyası öz estetik mahiyyətini daha çox musiqinin və poetik 

örnəklərin məzmununda ehtiva edir. Bu mənada mövzu məz-

munla bağlı hadisə olaraq şeirlərin ideya-estetik axarını, onun 

məlumat ehtiyatını müəyyənləşdirən folklor kimi çıxış edir.  

«Aşıqlar xalq arasında yalnız qoşma, gəraylı deyən, dastan 

söyləyən el sənətkarları kimi deyil, həm də humanist, müdrik 

 

 



 

— 56 —


və zəki ustad, dar gündə yoxsulların dərdinə yanan, yol göstə-

rən məsləhətçilər kimi də məşhur olmuşlar. Həm də aşıqlar ağlı, 

geniş dünyagörüşü, təcrübəsi, hazırcavablığı ilə də xalqın içəri-

sində hörmət qazanmışlar. Aşıqlarımızıın bir çox sözləri xalqa 

ağıl, kamal, yaxşılıq və ədalət təlqin edən gözəl nümunələrdir. 

Aşıq kimdir və o, xalq arasında necə olmalıdır? – sualına məş-

hur Aşıq Ələsgər şeirlərinin birində belə cavab vermişdir: 

 

Aşıq olub tərki-vətən olanın, 



Əzəl başdan pür kəmalı gərəkdir. 

Oturub durmaqda ədəbin bilə, 

Mərifət elmində dolu gərəkdir» (48, l58). 

 

Şeirdə söylənəcək estetik-bədii sözün və fikrin ümumi kon-

turlarını müəyyənləşdirən haqq aşığı Ələsgər sənətkar qarşısında 

çox ciddi tələblər qoymuş, özündən sonrakı  nəslə  ədəb-ərkan 

konsepsiyasının əsas müddəalarını çatdırmışdır. Təbii ki, istəni-

lən sənətkarın yaradıcılığının tədqiqi zamanı «təhlilin mərkəzin-

də  əsərlər durmalıdır. Tədqiqatçını düşündürən, məşğul edən 

məhz həmin  əsərlər, onların ideya-mənəvi, təbii-sənətkarlıq cə-

hətindən təhlili, açılması, aydınlaşdırılması, izahı və qiymətlən-

dirilməsidir. Təəccüblü deyil ki, hər bir sənətkarın adı onun mü-

hüm, məşhur əsərləri ilə birlikdə çəkilir» (59, 49).  

Lakin təəssüflə qeyd edilməlidir ki, əsirlərdən bəri ağızdan-

ağıza, nəsildən-nəslə keçən görkəmli söz ustadlarının yaradıcılığı 

ətraflı tədqiq olunmamışdır (138, 147).  

Müasir aşıq poeziyasının tədqiqində  də bu tipli problemlər 

mövcuddur. «Xüsusilə, aşıq poeziyasının qüdrətli nümayəndələ-

rinin Azərbaycan şeirinə gətirdiyi mütərəqqi təsir indiyə kimi ge-

niş öyrənilməmişdir» (138, 147). 

Azərbaycanın ustad aşıqlarından olan, Şirvan aşıq mühiti-

nin görkəmli nümayəndəsi Aşıq Əhmədin poeziyasının mövzu 




 

 

 



— 57 — 

əhatəsinə keçməzdən öncə iki məsələni aydınlaşdırmaq lazım 

gəlir: 

1. Ümumiyyətlə, müasir aşıq sənətkar subyekti olaraq kim-



dir və özündə hansı sənətkar tipini ehtiva edir; 

2. Aşıq poeziyasında mövzu məsələsi hansı şəkildə qoyul-

malıdır. Çünki bu məsələlər Azərbaycan aşıq mühitlərində fəa-

liyyət göstərmiş müxtəlif sənətkarların yaradıcılığının tədqiqi 

zamanı ortaya çıxacaq.  

M.F.Körpülü aşıqları saz şairlərinə və qələm şairlərinə bö-

lür. Bizim folklorşünaslıq əsərlərində aşıqları ustad, ifaçı və el 

şairləri qruplarına ayrılırlar (138; 117; 9).  

Aşıq  Əhməd kimi sənətkarların aid olduğu «ustad aşıqları 

yalnız aşıq yaradıcılığını mükəmməl bilmələri ilə deyil, eyni 

zamanda coşğun  şairlik təbinə malik olmaları, yaxşı saz çal-

mağı, məclis aparmaq bacarığı ilə də fərqlənirlər. Bu sənətkar-

ların şeirləri əsasında xalq dastanları yaranır. Həmin dastanları 

bəzən ustad aşıqların özləri, bəzən də onların  şeirləri  əsasında 

başqa aşıqlar yaradır. Ustad aşıqların onlarla şagirdləri olur. Bu 

şagirdlər həmin sənətkardan aşıqlıq sənətinin sirrini, saz çal-

maq, məclis aparmaq, məhəbbət və  qəhrəmanlıq dastanlarını 

öyrənirlər» (138, 147). Yəni hər bir aşıq öncə özündən əvvəlki 

ənənəvi qaydaları  və  sənət qanunlarını yaşadır və  sənətkarlıq 

fəaliyyəti boyu onlara əməl edir. Buradan aydın olur ki, aşıq 

poeziyasının sənət kriteriyaları, forma və  məzmun xüsusiyyət-

ləri də sənət varisliyi vasitəsilə ötürülür. 

Müasir aşıq çağdaş sivilizasiyanın daşıyıcısıdır, savadlı və 

təhsillidir, kulturoloji və texnogen proseslərdən kənarda deyil. 

Folklor üçün xarakterik olan şifahilik prinsipi müasir dönəmdə 

bir qədər fərqli xarakter alır. Yazı mədəniyyəti, audio və video 

yazılar çağdaş aşıq sənətinin realizə olunmasının tərkib hissəsi-

dir. Aşıq poeziyası  təkcə  məclisdə söylənilmir, eyni zamanda 

KİV-də yayılır. Digər tərəfdən, aşıqlar öz yaradıcılıqlarını öz-

 

 



 

— 58 —


ləri yazıya alırlar. Bu müasir Şirvan aşıqları içərisində geniş ya-

yılmışdır.  İndi hər bir aşığın sazından başqa  şeirlərini və das-

tanlarını yazdığı dəftəri də olur. Bu özəllik çağdaş aşığı səciy-

yələndirərkən hökmən nəzərə alınmalıdır. Digər tərəfdən müa-

sir aşıq yazılı ədəbiyyatla, bəstəkar musiqisi ilə intensiv şəkildə 

təmasda olur və mədəniyyətin çağdaş ünsürləri ilə sürətlə inteq-

rasiya olunur. Bütün bunlar müasir mədəni durumla bağlı ger-

çəklikdir və müasir aşıq tipini səciyyələndirən xüsusiyyətlər sı-

rasına daxildir. Müasir aşıq poeziyası mövzu baxımından geniş 

əhatəlidir. Bir qədər öncə qeyd etdik ki, mövzu məzmunla bağlı 

hadisədir. Eyni zamanda «mövzu məzmuna nisbətən geniş məf-

humdur. Çünki həyatın müəyyən bir sahəsi ilə maraqlanan ya-

zıçı (və yaxud aşıq - Y.B.) orada nəinki bir əsər üçün, bir neçə 

əsər üçün də zəngin material toplaya bilər (59, 57).  

İdeya məzmundan doğduğu kimi, o mövzu ilə də bağlıdır. 

Ancaq mövzu ideyanın təcəssümündə məzmun qədər həlledici 

deyildir. Hətta eyni mövzuda yazan, lakin dünyagörüşü bir-bi-

rinə zidd olan yazıçıların ideyası da başqa-başqa olur. Eyni hə-

yat sahəsində mövzu götürüb, dünyagörüşü cəhətdən də bir-bi-

rinə yaxın olan yazıçılarda isə ideya da yaxın olur. Burada, əl-

bəttə, məzmun yaxınlığı və məzmuna hər iki yazıçı münasibəti-

nin uyğunluğu başlıca rol oynayır» (59, 59).  

Yazılı ədəbiyyat müstəvisində məsələyə nəzəri baxış folklor-

da da oxşar poetika məsələsinin həlli üçün yardımçı ola bilər. Aşıq 

folklor subyektidir və bütün hallarda ümumi, kütləvi, toplumsal 

xarakter daşıyır. Eyni zamanda, aşıq regional xüsusiyyətlərə malik 

olduğundan onun yaradıcılığının mövzu ehtiyatı  məhəlli özəllik-

lərdən məhrum olmur. Bir çox hallarda mövzular tarixi, sosial, 

mədəni və  məhəlli gerçəklik diqtə edir. Amma məhəbbət kimi 

ümumi mövzunun, təbii ki, dar dairə ilə əlaqəsi yoxdur. Bununla 

yanaşı belə ümumi mövzunun gerçəkləşməsinin özündə də konk-

ret ərazinin davranış, ailə, məişət, əxlaq xüsusiyyətləri özünü gös-




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə