Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə5/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   2   3   4   5   6   7   8   9   ...   42

 

 

 



— 19 — 

Cəbhədə yaralanıb döndükdən sonra cəbhə qəzetlərində, müxtə-

lif dərgilərdə qələbəyə ümid, inam artırmaq məqsədilə  ilham-

verici  şeirlərlə  çıxış etmiş, qospitallarda konsertlər vermişdir. 

Eyni zamanda elə  gənclik illərindən aşıqlıq sənətinin sirlərini, 

tarixini, incəliklərini dərindən öyrənmişdir. Xalq arasında sevi-

lən dastanları mükəmməl öyrənməklə özü də əski dastan ənənə-

sinə uyğun dastanlar yaratmışdır. Onun təcnisləri, qoşmaları, 

gəraylıları, ustadnamələri ağızdan-ağıza düşür, el arasında aşıq-

lar, müğənnilər tərəfindən sevilə-sevilə oxunur. Aşıq Əhmədin 

öz səsi, öz boğazı, öz üslubunda oxuduğu gözəlləmələr («Bir 

salam verək», «Muğanlı qız, Şirvana gəl», «Yox-yox»), şəşəngi 

(«Düzməyə  gəlsin»),  şikəstə («Dur gedək» «Məni») və s. tez 

bir zamanda el məclislərində bənzərsizliyi ilə seçilir, sevilir, bə-

yənilir, ruhları oxşayır, ürəklərə yol tapır və  əbədiləşir. Aşıq 

Teyfur, Aşıq Məmmədağa,  Əvəzxan Xankişiyev, Aşıq  Şərbət, 

Aşıq Yanvar, Rəhilə Həsənova, Eynulla Cəbrayılov, Sabir Mir-

zəyev,  Şahnaz Haşımova Aşıq Ağamurad, Solmaz Kosayeva, 

Aşıq Fərhad, Aşıq Əhliman, Aşıq Rza və başqa bir çox məşhur 

aşıq və müğənnilər Aşıq Əhmədin sözlərini repertuarlarına da-

xil etmiş, el şənliklərində, konsert salonlarında, efirdə və ekran-

da yüksək peşəkarlıqla ifa etmişlər. Geniş dinləyici auditoriya-

sının rəğbətini qazanmış çoxsaylı mahnıları bu gün də yüksək 

səviyyədə sevilməkdədir. 

Aşıq  Əhməd Kürdəmirdə  və bütövlükdə respublikada mə-

dəniyyət və incəsənətin inkişaf etdirilməsində  səmərəli fəaliy-

yət göstərmiş, ictimai-siyasi və mədəni-kütləvi tədbirlərdə fəal 

iştirak etmişdir. 1978-ci ilin fevral ayının 11-də Bakıda Abbas-

mirzə  Şərifzadə adına Aktyor evində onun yaradıcılıq gecəsi 

keçirilmişdir. Gecədə respublikamızın  görkəmli elm, mədəniy-

yət xadimləri, tanınmış ustad sənətkarlar iştirak etmişlər. SSRİ 

Həmkarlar İttifaqı Mərkəzi Şurasının 21 fevral 1978-ci il tarixli 

15 saylı  qərarı ilə  Aşıq Əhməd Rüstəmov «Kəndlərdə  mədəni 

 

 



 

— 20 —


hamilik əlaçısı» döş nişanı ilə təltif olunmuşdur. 

Aşıq Əhməd müharibə və əmək veteranı idi. O, Böyük Vətən 

müharibəsində qələbənin 20, 25, 40, 50 illik yübiley medalları, ha-

belə bir neçə ordenlə təltif edilmişdir. 

Aşıq sənətinin inkişafında, təbliğində yarıməsrlik səmərəli 

xidmətlərinə  və anadan olmasının 70 illiyi münasibətilə  Aşıq 

Əhməd Rüstəmov Azərbaycan Aşıqlar Birliyi Rəyasət Heyəti-

nin «Fəxri Fərmanı» ilə  təltif olunmuşdur. 

Aşıq Əhmədin həm də zəngin ictimai fəaliyyəti olmuşdur. 

O, dəfələrlə rayon və şəhər sovetlərinin deputatı seçilmiş, rayon 

«Bilik» Cəmiyyətinin, Ziyalılar Cəmiyyətinin, Ağsaqqallar Şu-

rasının üzvü olmuşdur. 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 3 noyabr 

1989-cu il tarixli fərmanı ilə Əhməd Ədil oğlu Rüstəmova xalq 

yaradıcılığında xidmətlərinə görə «Azərbaycan SSR-in əmək-

dar Mədəniyyət İşçisi» fəxri adı verilmişdir. Azərbaycan Yazı-

çılar Birliyinin 14 aprel 1998-ci il tarixli qərarı ilə Azərbaycan 

Yazıçılar Birliyinə üzv qəbul edilmişdir. 

O ölümünə qədər rayonun ictimai-mədəni həyatında fəal iş-

tirak etmiş, bütün qüvvə və bacarığını yaradıcılığa, mədəniyyət 

və incəsənətin çiçəklənməsinə, mədəni-kütləvi tədbirlərin ha-

zırlanıb keçirilməsinə  sərf etmişdir. Mütəmadi surətdə  hərbi 

hissələrdə olmuş, milli ordumuzun əsgər və zabitləri qarşısında 

hərbi-vətənpərvərlik mövzusunda şeirlər söyləmiş,  əsgərləri 

mərdliyə, cəsurluğa ruhlandırmışdır. 

Aşıq Əhməd Rüstəmovun yaradıcılığı və ictimai fəaliyyəti 

heç vaxt diqqətdən kənarda qalmamış, onun yaradıcılıq gecə-

ləri, anadan olmasının 70, 75, 80 illik yubileyləri böyük təntənə 

ilə qeyd edilmişdir. 

Görkəmli sənətkar Aşıq Əhməd ömrünün yarım əsrdən ço-

xunu xalqımızın mənəvi dünyasının zənginləşməsinə  həsr et-

məklə elin dərin hörmət və  məhəbbətini qazanmışdır. O uzun 




 

 

 



— 21 — 

illər qədim  Şirvan aşıq mühitinin ənənələrini yorulmadan da-

vam etdirmişdir. Aşıq  Əhməd ustad sənətkar olmaqla yanaşı, 

həm də geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanan  şair 

idi. Bu mənada Aşıq Əhməd yaradıcılığını həm aşıq yaradıcılığı 

kimi, həm el şairliyi kimi, həm də ümumiyyətlə, şairlik kimi sə-

ciyyələndirmək mümkündür. 

Azərbaycan aşıq sənətinin inkişafında görkəmli rol oyna-

mış Aşıq Əhməd 2008-ci ilin avqust ayının 12-də ömrünün 88-

ci ilində Kürdəmir rayonunda vəfat etmiş  və rayonunun Fəxri 

Xiyabanında dəfn olunmuşdur. 

 

 



 

— 22 —


AŞIĞIN SƏNƏTKARLIQ FƏALİYYƏTİ 

 

Çağdaş folklorşünaslıqda xalq yaradıcılığının öyrənilməsi, 



onun mədəni-estetik fəaliyyət sahələrinin sistemli şəkildə  təd-

qiqi problemi tarixən formalaşmış və zaman-zaman zənginləşə-

rək möhtəşəm sənət arsenalına çevrilmiş etnik-mədəni irsin el-

mi təhlilində çeşidli aspektlərin tətbiqini zəruri edir. Belə as-

pektlərdən biri kimi sənətkar və mühit münasibətləri mədəni 

fəaliyyət sisteminin konkret vahidləri səviyyəsində  əsas ele-

mentlər kimi götürülə bilər. Azərbaycan aşıq sənətinin lokal və 

qlobal spesifıkası da bu baxış prizmasından daha aydın şəkildə 

özünü biruzə verir. Əslində, aşıq sənətinin də  tərkib hissəsini 

təşkil edən ədəbi fəaliyyət sistemi iri struktur elementləri kimi 

yaradıcı (və ya ifaçı) sənətkar şəxsiyyətini (subyekti), yaradılan 

əsəri (poeziya, musiqi, rəqs), yəni reallaşmış mətni və bunların 

hər ikisinin mövcud olduğu sənəti bütövlüklə içinə alan etnik-

mədəni arealı – mühiti nəzərdə tutur. Bu mənada Azərbaycan 

aşıq mühitləri içərisində  öz  spesifik  sənət statusu olan Şirvan 

aşıq mühitinin və bu mühitin görkəmli nümayəndəsi ustad Aşıq 

Əhmədin sənətkarlıq fəaliyyəti, o sıradan  ədəbi yaradıcılığı – 

poeziyası  və dastan yaradıcılığının qeyd olunan münasibətlər 

sistemində öyrənilməsi, bütövlükdə Azərbaycan aşıq ədəbiyya-

tının spesifıkasının müəyyənləşdirilməsi üçün ciddi elmi əhə-

miyyət daşıyır. 

Əsası Göyçəli Miskin Abdal tərəfindən qoyulmuş (83, 51; 

112), əski oğuz ozan sənətindən qaynaqlanan Azərbaycan aşıq 

sənəti Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Sarı  Aşıq, 

Aşıq Valeh, Aşıq Alı, Aşıq Ələsgər kimi ürfan elmini haqqdan 

almış vergili şəxsiyyətlərin – ariflərin söz və saz dünyasından, 

xalq yaradıcılığı incilərindən, dindən və təriqətdən qaynaqlana-

raq zəngin inkişaf yolu keçib gəlir. Genezisi etibarilə eyni kök-




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə