90
Jurnalda eyni zamanda Leyla Şərifovanın tərcüməsində
“Göy gurultusu” (R. Bredberinin) hekayəsi,Ülkər Nəsibbəyli-
nin tərcüməsində “Mən nə üçün yazıram” (Corc Oruel) yazısı
və Fərid Hüseynin Orxan Pamukdan etdiyi tərcümələr yar alıb.
Tərcümələrdə dilə münasibətdə müəyyən qüsurların olmasına
rəgmən ümumən gənclərin zövqü və faydalı olanı sezib prosesə
ötürmək çabasının özü təqdirəlayiq haldır. Bu fikri publisist
yazılara münasibətdə də eyni vurğu ilə söyləmək olar. Ümu-
miyyətlə, Gənc Ədiblər Məktəbinin təmsilçiləri tərcümə prose-
sində fəallığı ilə seçilirlər. Yeganə Cansailin “Ürək ovçuları”
məqaləsində, Ülviyyə Heydərovanın “Mircavad Mircavadov:
Ölümlə söhbət” yazısında isə tanış şəxsiyyətlərin tanımadı-
ğımız tərəfləri sərgilənir. Birinsi müəllif V.Hüqonun, S.Yeseni-
nin, F.Kafkanın yaşadıqları sevgi macəralarını çözələyirsə,
ikinci müəllif, Ülviyyə Heydərova rəssam Mircavad Mircava-
dovun yaradıcılığının məhcul, işlənməyən qatlarını təqib qılır,
onun rəsm sənətindəki özəlliyi söz sənətindəki fərqli duyumu
ilə müvazi verilir.
* * *
Gənc ədiblər məktəbini təmsil edən yazarlar haqqında qə-
naətlərimiz bu qədər. Əlbəttə, onları hələlik bir nəsil kimi
təsnif etmək bir qədər çətindir. Nədən ki, yeni ədəbi nəsil artıq
formalaşmış bədii-estetik konsepsiya, oturuşmuş dəyərlər siste-
mi deməkdir. Hal-hazırda onun funksionallığını stimullaşdıran
amillər sırasında gərgin üslubi axtarışlar, hələ yalnız bədii-es-
tetik təcrübə xarakteri daşıyan şeir və nəsr nümunələr, habelə
ənənəvi forma və məzmunda ifadə olunan mətnlər yarandısa da
gələcək perspektiv keçmişin dərinliyi və gələcəyin yüksəkliyi-
nə yönələn poetik baxışın vüsəti ilə hasil olacaqdır. İnanıram
ki, bu gənclər içlərindəki ruhsal enerjini, yeni məzmun qatını
yeni poetik formaya bürüyərək gələcəkdə daha böyük uğurlara
nail olacaqlar.
*
*
Məruzə 6 mart 2011-cu ildə Azərbaycan Yazıçılar Birliyində səsləndirilib.
91
ÇAĞDAŞ AZƏRBAYCAN ŞEİRİ
İÇRƏ GƏZİŞMƏLƏR
İlk baxışda belə görünə bilər ki, bu gün yaranmış nəsr bu-
munun içində sanki şeir bir qədər zəifləyib, onun ədəbi pro-
sesin irəliyə doğru təkamülündə rolu arxa plana keçib. Bu
həqiqətən belədirmi, yəni doğrudanmı “elə bir dövrdəyik ki,
nəzm olub xar?” Ötən ilin poeziya nümunələri ilə tanışlıq bu-
nun heç də belə olmadığını sərgiləyir. Dövri mətbuatda, ədəbi
portallarda, müxtəlif dərgilərdə yer alan saysız-hesabsız şeirlər,
o cümlədən şeir kitabları poeziyanın öz əzəli funksionallığını
saxladığı qənaətini doğurur. Hətta qürbətdə yaşayan şairimiz
M.İsmayıl ən son müsahibəsində milli şeirimizin intibah döv-
rünü yaşadığını da deməkdən çəkinmir. Təsadüfi deyil ki, digər
şair V.B.Önər də öz müsahibəsində “nəsr şeiri arxada qoy-
dumu” sualına belə cavab verir: “Bu heç vaxt ola bilməz. Şeir
ədəbiyyatın ən xalturasız janrıdır. Orda nəinki artıq bir sözə,
heç artıq bir nəfəsə də ehtiyac yoxdur.” Elə bu fakt da təsadüfi
deyil ki, 2011-ci ilin Nobel mükafatını şair-isveçli yazıçı,
tərcüməçi Tomas Tranströmer aldı.
Zaman dəyişir, gərginliklər artır, bütün dünya sanki bir xaos
içindədir. Amma dünyanı düşünən aydınlar həyəcanı, nara-
hatlığı dəf etməkdə yenə poeziyaya köklənir, zamanın har-
moniya və mənəvi kamillik axtarışlarında şeirin nəfəsi ilə xao-
su dəf etməyə, üstələməyə çaba göstərirlər. Ötən il sentyabrın
24-də yüzə yaxın ölkədə eyni anda ilk dəfə olaraq “Dəyişiklik
üçün 100 min şair” poeziya festivalı təşkil olundu. Bu
münasibətlə Azərbaycan Yazıçılar Birliyində də “Dünya şeir
bayramı günü” keçirildi. Hər halda poeziya sahəsində müəyyən
ətalət yaranıbsa belə deməli, bu artıq bütün dünya səviyyəsində
narahatlıq doğurur və aparılan bu kimi şeir hərəkatları onun
əzəli gücünün bərpasına pozitiv qida verir.
Bu gün elə bir informasiya açıqlığında yaşayırıq ki, bütün
dünya şeirini tanımaq şansımız var. Amma bu, təbii ki,
92
məsələyə birtərəfli baxışdır. Önəmli olan bizim özümüzün də
kifayət qədər seçilən sözümüzün, poetik yaşamımızın dünya
informasiya məkanına çatdırılması, onun oxunması, tanınması
üçün çaba göstərilməsidir. Bu baxımdan, 2011-ci ildə nail
olduğumuz bir-neçə fakt var ki, həmin yöndə atılan müqtədir
addımlardandır. Ötən il Tehranda “Məxməri inqilab” Moder-
nist Azərbaycan Poeziyası antologiyası çap olundu. “Yaşmaq”
kitab seriyasından olan və iki min nüsxə ilə çap olunan kitabda
Ə.Kür, T.Abdin, S.Babullaoğlu və b. şairlərin şeirləri çap olu-
nub. Bu sıradan, daha bir məqam-gənc şairlər Qismət və Əli
Əlioğlunun Gürcüstan Yazıçılar Birliyinin təsis etdiyi Vaja
Pşavela adına Ümumqafqaz Poeziya müsabiqəsinin qalibləri
sırasında yer almaları bu yöndəki uğurlarımız sırasındandır.
* * *
Poeziya daxilən hansı yeniliklərə, yeni düşüncə, yeni üslub
və məna çalarlarına imza atıb? Yəni, bu dəyişikliklərə, fərqli
düşüncə kontekstinin parametrlərinə əsaslanıb poeziyamızın
tam yeni düşüncəyə sahibləndiyini deyə bilərikmi? Bu kon-
tekstdə fikirlərimizə izah etməyə çalışaq. Bəzi şeirləri oxuyan-
da hiss edirsən ki, dəyişən sadəcə sovet dövrünün imperativ-
ləridir, əmək qəhrəmanlarının, qırmızı bayraqların tərənnümü-
nə, rejimin tərifinə, şəxsiyyətə pərəstişin təqdirinə, gülün-
bülbülün təsvirinə, aşiq-məşuq münasibətlərinin sərgilənməsi-
nə formal olaraq son qoyulub. Yəni, əvəzində eyni patetik
formada çılız vətənpərvərlik hisslərini təsvir etməklə, ilin-gü-
nün bu vaxtında cəmiyyətdəki ictimai-siyasi proseslərə fəal
müdaxilə yolu tutmaqla deyil, gözlərimizi və qulaqlarımızı ya-
ğır edən təbiət təsvirlərini, şablon sevgi etiraflarını sərgiləməyi
böyük məqsədə çevirməklə. Halbuki, ənənəvi ritmi və intona-
siyanı özündə daşıyan köhnə şeir müəllifləri var ki, şeirlərinin
təravəti əzəli poetik gücünü və siqlətini qoruyub saxlamaqda-
dır. Bu mənada, ötən ilin poeziya nümunələrini izlədikcə yaxşı
mənada heyrətləndim, bir daha fərqinə vardım: şeirin uğurlu
alınmasında yaş senzi yoxdur. Biz nədənsə, yaxşı, təzə-tər şeiri
Dostları ilə paylaş: |