Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   23   24   25   26   27   28   29   30   ...   78

93 
gənclikdən oxumağa öyrəşmişik, halbuki, yaşlı  nəsildə  də 
poetik yaşam öz gücü və siqləti ilə seçilir, lirik duyğularla oxu-
cu qəlbinə hakim kəsilə bilir. Musa Yaqubun, Məmməd İsma-
yılın, Sabir Rüstəmxanlının, Füruzə  Məmmədlinin, Mehman 
Qaraxanoğlunun, Rafael Tağızadənin, Nazir Rüstəmin, Sabir 
Sarvanın son illər yaradıcılığı bu qənaəti hər dəfə  təsdiqləyir. 
1960-80-ci illər  şeirinin bioqrafik ölçüləri bu şairlərin poetik 
qəhrəmanlarının birbaşa “mən”ində ifadə olunur. Onları oxu-
duqca istər-istəməz Məmməd Arazın misralarını xatırlayırsan: 
 
“Desələr şeirimin avazı köhnə, 
Od kimi, su kimi köhnəyəm, bala” 
 
Musa Yaqub əvvəlki kimi poeziyasını  təbiət rübabı üstə 
kökləyib. Bütün yaradıcılığı boyu biz M.Yaqubu belə gördük, 
belə tanıdıq. Təbiət daim şairin hisslərinin tərcümanı oldu, 
içindəki yanğıyla qara daşa can verməyə çalışdı. Musa Yaqub 
təbiətə  aşinalığını  gənclik illərindən bu günədək quruyub 
saxlayıb. Onun yaradıcılığında sözlə təbiətin təması ruhla canın 
vəhdəti kimidir, biri digərinin məhəbbət, ilham qaynağıdır. 
Budur, artıq ömür qüruba enib, şair “yol üstündə qoca dərvişə” 
çevrilib, fəqət onun lirik-romantik poeziyasında təbiət yenə də 
əvvəlki kimi canlı və qüdrətli obraz səciyyəsindədir. 
 
Söz padşahın, dağlar hələ bizimdi, 
Orda izim, amma köhnə izimdi. 
Yoxuşlarda gücdən düşən dizimdi, 
Ayaqlarım daş cığırı tuturmu... 
 
Daha mənə gül verərmi yaylağım, 
Göz-göz olub buludundan mən yağım. 
Palıd kökü qayalarda qarmağım 
Qövsi-qüzeh göyə qurşaq atırmı? 
 
Sabir Rüstəmxanlının “kulis.az”saytında yer alan yeni şeir-
ləri müəllifinin bir çox mətləblər haqqında poetik düşüncələrini 


 
94 
sərgiləyir. Qarabağ mövzusundan tutmuş  təbiət lövhələrinin 
təsvirinə, kənd nisgilinə, istimai-siyasi gündəm mövzularına və 
o cümlədən, sevgi duyğularının çözümünə qədər... 
 
Nəfəsim gəlib-gedir 
Ağlım da başımdadır. 
Bir yol var keçmişimdə 
Bir yol da qarşımdadır. 
 
 
Gül yolu, çiçək yolu, 
Göz yolu, ürək yolu 
Var olmağın tək yolu 
Sonsuz savaşımdadır.  
 
Bu  şeir həyatın meditativ çözümünə köklənməklə yanaşı 
Sabir Rüstəmxanlının yaşam kredosu kimi də səslənir. S. Rüs-
təmxanlının şeirləri müəllifinin vətəndaşlıq mövqeyinin fəallı-
ğının göstərisidir. Bu coşğu, savaş  əzmi  şairin demək olar ki, 
bütün  şeirlərinə hakimdir, vətən mövzulu şeirlərində qisas
ictimai-siyasi mövzularda etiraz, təbiət, kənd lövhələrinin 
təsvirində heyrət, sevgi duyğularının çözümündə isə  həsrət 
şəklində üzə çıxır: 
 
Könlümdə əbədi gəncliyin odu, 
Bəs həsrət deyərək çağlayan nədir? 
Yoxsansa, yoxluğun sevgisi olmaz, 
Varsansa, bəs yolu bağlayan nədir? 
 
Sabir Rüstəmxanlının sevgi şeirlərində lirik ovqat yaşanmış 
duyğuların təzahürü kimi canlı, poetik alınır. Düzdür, şair 
bəzən bu şeirlərdə sevgi əvəzinə sevgi effekti yaradır, lirik 
düşüncə poetik yaşamın nəticəsi kimi mənalanmır. Məsələn, bu 
şeirdə olduğu kimi: 
 
 


95 
Səni Allahımın əlindən alıb 
Asaram sinəmdən ürək yerinə. 
 
Bu eşq soyumasın deyərəm heç vaxt 
Yazsan günahımı mələk yerinə. 
 
Mənim nəfəsinə ehtiyacım var, 
Əssin dan yerindən külək yerinə. 
 
Dolsun gözləriməAy işığıtək 
Qoxlayım sübhədək çiçək yerinə. 
 
Yanğımı soyudan sərin suyumsan
Ya da bərəkətim-çörək yerinə. 
 
Daha taleyindən danışma mənə 
Toxunma qəlbimin kövrək yerinə. 
 
Qeyd edək ki, şeirimizin yaşlı qanadında seir rübabı  əzəli 
gücünü və poetik siqlətini saxlayıbsa belə ümumilikdə pessi-
mist ovqat, ruhi düşkünlük, küskünlük duyğusu onların  şeir-
lərinin aparıcı xəttinə çevrilib. Bunu həm yaşın gətirdiyi ovqat 
dəyişimi – “nəslin yarpaq tökümünün”, xatirəsi yaddaşlara 
köçənlərinin nisgili ilə, həm də arzu və istəklərin zamanın sərt 
işləkləri önündə fiaskoya uğramasıyla əlaqələndirmək olar.  
Məsələn, Musa Yaqub fəal ictimai mövqeyini, eləcə  də 
aşinası olduğu təbiəti vəsv məqamlarını şeirlərində sərgiləməyi 
təqib qılsa da onların canına hopan ağrı, nisğil  şairin demək 
olar ki, bütün şeirlərindən boy verir. Musa Yaqubun son illər 
yazdığı şeirlərə küskünlük, yorğunluq, zamandan şikayət kimi 
məqamlar hakim kəsilib. Şairin şeirlərinin hətta adları belə bu 
ovqatı sərgiləyir: “Nə olacaq, olacaq”, “Payıza gedir ürəyim”, 
“Ümidin sarı qanadı” vəs, və i.  
 


 
96 
Zəmilərim, xırmanlarım sovrulub, 
Təndə canım, saçda dənim sovrulub, 
Xəzəl altda gül otlarım qıvrılıb, 
Bundan sonra nə olacaq, olacaq. 
 
Yaxud: 
 
Keçən günüm, solub gedən gülümsən, 
Günbatanda bir də mənə gülümsə. 
Sarı gəlin qürubda da gülümsər, 
Mənim ömrüm qürubumda qan ağlar.  
 
M.İsmayıl, F.Məmmədli, C.Yusifzadə, S.Sarvan, Z.Qafarlı, 
Ə.Mədətoğlu və başqa  şairlərin son dövr yaradıcılığı üçün də 
pessimist əhval-ruhiyyə xarakterikdir.  
 
Qardaşlar! Bizi sevməyən günlər gəldi, 
Ağızda diş seyrələn kimi sıramız seyrəldi. 
...Gözəl günlərimiz xəzandı indi. 
Bağban fələk od vurub yandırır; tüstüsü zil qara. 
 
O tüstünün gölgəsində yazdım bu şeiri. 
 
Bir nüsxəsi sizə çatacaq, 
O biri –torpaq olmuş dostlara... 
(Sabir Sarvan) 
 
* * * 
Şair Ramiz Rövşənin 1965-ci ildə yazdığı “Onbirlik üs-
tündə”  şeiri bu misralarla başlayırdı: “Gəlir təzə  şeir, hecasız 
şeir, O “gül”süz, “bülbül”süz, hicransız şeir”. Həmin illərdə bu 
misraların poeziyada səslənişi “yeni hava”ya işarə olmağla ya-
naşı ardınca poetik yeniliklər gətirəcəyini vəd edirdi: Bəs bu 
gün necə? Ötən ilin şeiri nümunələri ilə tanışlıq göstərir ki, 
milli şeirin bioqrafiyasını daşıyan heca vəzninin meydanı get-
dikcə daha çox daralmağa başlayır. Bunu yalnız gənc  ədəbi 
qüvvələrin deyil, elə yaşlı  nəslin ifadə  tərzində  də görməmək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə