101
2011-ci ildə “Ulduz” jurnalında B.Sadiqin “ömrün gəraylı
çağları” silsiləsindən gəraylıları çap olunub. “Ömrümü su bas-
dı”, “Ömrümün əsəl yeri”, “Həyat bir əlçim məktubdu”, “Bir
payız nağılı”, “Göz yaşımı sər” vəs., və i.- bütün şeirlərdə hə-
yatın, ömrün faniliyinə, puçluğuna köklənmək kimi bir mövzu,
məzmun monotonluğu varsa da, uğurlu poetik ifadələr bu
qədim janrı fərqli biçimdə bədii müstəviyə gətirir. Məsələn,
“Qəbirlər torpaq çəpərdi,/ Həyat-ölüm arasında”; “Səp ömrün
söz qoxusunu,/ Alın qırışın altına”; “Üzürəm bir göz yaşım-
da,/İçimdəki sözə sarı”; “Kipriklərim dar ağacı,/ Asıb özünü
göz yaşım”; “Ana, bir dəsmal əvəzi,/ Gözlərimə sözü sarı”.
Şair bir növ şair ömrün ahıllıq kürsüsündə əyləşib həyat, za-
man, insan haqqinda meditativ düşüncələrini bölüşür, amma
dünəndən bu günə, keç(il)miş zaman(ın)dan indilərə varmaqla-
axı bunlar “ömrün gəraylı çağları”nın məqamlarıdır.
* * *
Qeyd elədik ki, yenilik, daxili təzələnmə ədəbiyyata daha çox
gəncliyin, gənc nəslin qədəmləri ilə daxil olur. Burada bir zaman-
nəsil asılılığına, təsirlənməsinə ehtiyac hiss olunur. Nədən ki,
şairin yetişdiyi, poetik təfəkkürünün formalaşdığı zamanın onun
yaradıcılıq yolunun müəyyənləşməsində xüsusi rolu olur. Yəni,
mübadilə qarşılıqlıdır: “ Hər dövr və nəsil öz şairini elə ona görə
böyük poeziyaya gətirir ki, əvəzində şair də öz nəslini, dövrünü
böyük poeziyaya gətirsin. Əks təqdirdə isə, bu böyük bədii estetik
qanunauyğunluğun pozulduğu yerdə isə poetik nəsillər və
fərdiyyətlər arasında təbii münasibətlərin də qanunauyğunluğu
pozulur və tarixə, əbədiyyətə yeni nəsillər əlavə olunmur.” (Yaşar
Qarayev. Ədəbi üfüqlər. Bakı, Gənclik, 1985, səh.35)
Bu gün müasir şeirdə hakim olan nəsrləşmə, nəsrdəki
şeirləşmə – bu sahələrin arasında çulğalaşma, yaxud differen-
siallaşma çağdaş dünya ədəbi-tarixi prosesinin prioritet xüsu-
siyyətlərindəndir. Digər bir çalarsa düşüncənın, ağıl poeziya-
sının emisionallığı üstələməyə davam etməsidir. Bu gün çağdaş
şeirdə bu iki hissin parametrlərini ayırd etmək və şeirə onlar-
dan mütləq birinin estetik imperativləri əsasında yanaşmaq ol-
102
mur. Daha doğrusu, ağıl və emossionallıq, lirika və intellek-
tuallıq arasındakı təzad, fərq aradan çıxmaqdadır. İllərdir ki,
milli şeirimizin canına hopmuş pafos, patetika daha sürətlə
düşünər, intellektual məcraya yönəlir. Xüsusilə, poeziyaya ye-
nicə qədəm qoyan gənclər fikir buxovunu daha çox sərbəstdə,
düşündürücü kontekstdə mənalandırmağa çalışırlar. Gənc
şairlərin şeirlərinə zamanla barışmaz mövqedə dayanan şair ob-
razı gəlir. Hətta vətən, şəhər, torpaq anlayışları belə bu şairlər
üçün zamanı dərkin dərinlik ölçüsü kimi mənalana bilir. Bir
qism şairlərdə bu qəlb iztirabları şəklində, bir qismində isə za-
manın acı gerçəklərini qəlbindən daha artıq zehnindən keçirə-
rək ifadə eləməsiylə sərgilənir. Niyə belədir? Bəlkə ona görə
ki, gənclərin yaradıcılığında ömrün uşaqlıq fəsli artıq yoxdur.
Rojdestvenskinin məqalələrinin birində belə bir fikirlə rastlaşı-
rıq: “Uşaqlıqdan savayı deyiləsi nə var ki...”. Birdən birə böyü-
mə, vaxtından tez müdrik olmağa çalışma sanki poeziyamıza
bir ağırlıq gətirib. Abstrakt mühakimələr, fəlsəfi dramatizm və
sərt psixologizmlə süslənmiş şairlərimizdə bəlkə çatışmayan
nəsnə də elə bu məqamla bağlıdır: uşaqlığın nağıl kimi şirin
aldanışı əvəzinə “daha nağıllara inanmayacaq qədər” böyümə-
yin anlamaq dərdi. Hətta ən son gəncliyi təmsil edən yeni im-
zaların şeirləri belə dünyanın meditativ çözümünə, seyrçi-
fəlsəfi inikasına köklənib. Məsələn, onlardan birinin, Aqşin
Evrənin “Həqiqətin iç üzü”, “Öyrəndikcə qocalıram” şeirlərinin
adlarından artıq müəllifin ehtiva elədiyi fəlsəfi mündəricə
məlum olur.
Həyatdan iki əlli yapışmışıq,
əziz dost,
Salam verməyə də boş əlimiz qalmayıb…
Nə gülər gözlərimiz var,
nə çatılmış qaşlarımız
Həqiqəti hayqırmağa da dilimiz qalmayıb…
Zamanın dəyirman daşları
üyüdür cizgiləri…
103
Gənclərin modernizə axtarışları, eksperimentləri davam
edir. Onlar daha çox qərb cərəyanlarının təsirinə düşərək həyat,
zaman, fərdi əhval-ruhiyyələri ilə bağlı məqamlara varırlar. Bu
şeirlərdə kanonik şeir təsəvvürlərini qırıb da fərqli duyğular
vasitəsilə yeni zamanın düşüncələrinə, durumuna varmaq meyli
qabarıqdır. Bəzi məqamlarda bu şeirlərlə poetik fikrimizdəki
sözün sərt həqiqətləri, fakt və detalın bədii emosiyası bir qədər
də güclənir, estetik fəallığını artırır, bəzən də bu cəhd “beyin-
dən də, ürəkdən də əli üzülmüş absurd mətnlər” (A.Məm-
mədov) şəklində meydana çıxır. Detallara varaq.
Əli Əlioğlu həyatın sərt işləkləri altında təzyiqə düçar olan
insanları zamanın sosial-tarixi konfliktləri qarşısına gətirir və
onu öz keçmişinə layiq şəkildə davranmağı təlqin edir: “Ata-
nızı şah, övladınızı kölə olmağa qoymayın”. Bu şeirdə Əli in-
sanı bütün psixoloji gücü ilə öz keçmişinə baxmağa sövq etdirə
bilir. Burada mənalandırılan hadisə, predmet yalnız tarix olaraq
qalmayıb, keçmiş səhvlərimizi təkrar etməmək, xalqın gələcəyi
üçün narahat olmaq kimi ciddi müasir məzmun qazanır.
A.Əlioğlunun şeirlərində ilk baxışda, sevgi də var (məs., “İza-
bellaya yazdığım şeir”) lirik həyat lövhələri də, cəmiyyət hadi-
sələrinin seyrçi-fəlsəfi inikası da, bəşəri, planetar düşüncə
hüdudlarının var-gəl etdiyi müstəvilər də (“Uşaq səsi”, “Yetim-
lər”). Amma hər şeydən öncə bu şeirlərdə şairin özünü təkliyi,
tənhalığı və ruhi sərgərdanlığı dayanır:
Tarix kitabını eşələdim,
Mən yox idim...
Xəritəyə baxdım,
tapammadım...
ağacların dalına girdim
budaqların arasında
gizlənib dayandım:
hardansa uşaq səsi gəldi,
çıx, tapdım...
O şeirlərdə ki, gənc şairin fəlsəfi düşüncələri hadisənin,
predmetin mənalandırılmasından nəşət edir, o zaman onlardakı
Dostları ilə paylaş: |