111
simizmə qapılmır, bu dəyərləri mehrab kimi tapındığı Sözün
yaşamında, gücündə, sehrində tapır. Onun üçün vətən elə sənə-
tin var olduğu məkandadır, şairin içinin “sənətin qürbətindən
sənətin vətəninə” doğru yol alan və daim sabit qalan mövqe-
yindədir. Vətənlə bağlı işıqlı və kövrək hisslər onun misra-
larında yaşanan ən qüvvətli və səmimi duyğulardandır.
Gedərsən, məchula yol gedər gedən,
Qürbət, bir açılmaz sirdən başlıyar.
Burnunun ucunu göynədən vətən
Yadına düşdüyü yerdən başlıyar.
Gedərsən, vətənin qalar vətəndə,
Içinin içində köz vətən olar.
Dərdinə, sərinə vətənsən sən də,
Qürbətdə sənə də söz vətən olar.
* * *
Çağdaş Azərbaycan şeirimizin mənzərələri içrə gəzişmələ-
rim bu qədər. Uğurlu hesab etdiyim şeir nümunələrini bacardı-
ğım qədər analiz etməyə çalışdım. Amma unutmayaq ki, dün-
yaya da, təbiətə də, sözun poetik gücü və estetik siqləti ilə bağlı
düşüncələrə də ən dəqiq analizi elə poeziyanın özü edir. “Söz
imiş hər nə var aləmdə” nəticəsini hasil etməklə...
*
*
Məruzə 11 aprel 2011-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda
səsləndirilib.
112
ÇAĞDAŞ AZƏRBAYCAN POEZİYASINDA
FEMİNİZM ÇALARLARI
1990-cı illərin müstəqillik dalğası qadınlarımızın azadlıq əl-
də etməsinə və bu azadlıqdan maksimum bəhrələnərək cəmiy-
yətin müxtəlif sferalarında fəaliyyət göstərmələrinə zəmin
yaratdı. Əlbəttə, bu azadlıq tarixin özü ilə gətirdiyi dalğa olsa
da, ilk növbədə, ədəbiyyat və fəlsəfədən bəhrələnirdi. Çünki
yeni oriyentir, yeni təfəkkür qatı öncə ədəbiyyatdan və fəlsəfi
ideologiyalardan rişələnir. Bu gün çox müasir və cəsarətli möv-
qe nümayiş etdirən qadınlarımızı da ədəbiyyatımızda vaxtilə
yaradılmış obrazların prototipi hesab edə bilərik. İ.Əfəndiyevin
«Körpüsalanlar»ındakı Səriyyə, Anarın «Ağ liman» əsərindəki
Təhminə yarandığı dövrlər üçün çox cəsarətli, ətrafında böyük
ajiotaj yaradan xarakterlər idilər. İndi cəmiyyət daha sürətlə
irəliləyir, dünya cinsi fərdlər arasındakı hüquqları daha çox bə-
rabərləşdirməyə çalışır. Bu gün bir çox beynəlxalq simpozium
və konfranslar gender problemlərinə həsr olunur. Ədəbiyyat da
cəmiyyət üçün yeni qəhrəmanlar yaratmağa, yetişdirməyə çalı-
şır. O zaman üçün revanşist ovqat yaradan, hissləri və ağılları
coşdurub tənqid obyektinə çevrilən Səriyyə və Təhminələrlə bu
gün kimi təəccübləndirə bilərik? Hər zaman öz maraqlarını
diktə eləməyə çalışır. Dəyişən zamana dəyişməyən dəyərlər və
meyarlarla yanaşanda gələcək perspektiv hasil olmur. Hətta de-
yərdim zaman üçün o qəhrəmanlar maraqlı və nəticəverən olur
ki, öz istək və arzuları, əməl və əqidəsi ilə çağından bir addım
irəlidə durur. Zaman onu deyil, o zamanı arxasınca apara bilir.
Sovet ideologiyası yalnız sənəti, ədəbiyyat və mədəniyyəti
deyil, insanı, hətta zərif cins adlandırdığı qadını belə öz siya-
sətinin təkərciyinə, vintciyinə çevirmişdi. Qadını pambıq, taxıl
tarlalarında işləməyə təhrik eləməklə onu bütün mənəvi dünya-
sından, bir qadın olaraq həyatın dadını yaşamaq hissindən məh-
rum eləmişdi. Təsadüfi deyil ki, həmin ideologiyanın hökm
113
sürdüyü ən sərt vaxtlarda yaradılan əsərlərdən birinin adı sim-
volik olaraq «Erkək Tükəzban» (B.Talıblı) adlanırdı. Qadın
adına epitet kimi erkək sözü seçilirdi və bu təyin ona başucalığı
gətirən nəsnə kimi xarakterizə olunurdu.
Qüdrətli şairimiz Hüseyn Cavidin “Qadın!” adlı şeirində
belə misralar var:
“O lətafət, o nəcabətlə sana
Bu əsarət, bu həqarət nə rəva!?
Sən nəsin?..Kəndini bil, zəfi bıraq!
Həp nəsibinmi sənin sillə, dayaq?
..Kimsədən gözləmə yardım əsla;
Yalnız kəndinə kəndin ağla!”
Böyük Cavidin bu çağırış, üsyan xarakterli misralarının poe-
ziyada geniş intişar dövrü 1990-cı illərdə yetişdi. Müstəqillik
dövrünün yazarları qadın dünyasının, qadın yaşamının ekzis-
tensiyasını yaratdılar, natur-fəlsəfi məqamlara diqqət yönəlt-
məklə onun mənəvi sarsıntı və yaşamını ictimai-psixoloji müs-
təviyə çıxartdılar. Azərbaycan qadını istər poeziyada, istərsə də
nəsrdə öz daxili dünyası ilə baş-başa qaldı. N.Kamal, G.Möv-
lud, S.Pərvanə kimi gənc xanım yazarların şeirlərində kişi ob-
razının deformasiyasının başlıca səbəbi poeziyada qadın baş-
lanğıcını gücləndirmək ehtirasından, feminist mövqedən irəli
gəlirdi. Qadın milli mentalitet standartlarından imtina edır,
köhnə dəyərlərin məqbul saydığı, ənənəvi əxlaqla motivləşən
cəmiyyət qanunlarına üsyan edirdi. Bütün dünya səviyyəsində
gedən bu proses, yəni cəmiyyətin kişi və qadın kombinasiya-
sının pozulması qütbləşmə ilə (maskulin və feminen) nəticə-
lənirkən çağdaş şeir bu sırada gərəyincə açıq qalan feminen
mövqeyi qabartdı. Son illərin poetik mətnlərinə nəzər salanda
bu tendensiyanın funksional olduğunu görürük.
Çağdaş poeziyada feminizm dalğası bir neçə kontekstdə-
daha çox azad sevgi, azad düşüncə, bir sözlə azad insan anla-
114
mında üzə çıxır. Məsələn, gənc şairlər N.Kamal, G.Mövlud,
S.Pərvanə ekzistensional məqamlara həssasdırlar, bu sırada
onlar üçün qadın da elə əks cins kimi hər növ gücə və statusa,
mövqe və nüfuza layiqdir:
qadınlığıyla barışanları
heç sevmədim
daha sonra yazığım gəldi onlara,
çünki uşaq kimidilər lap
ovcunda ağlayır qadınlar
gözləri ovuclarının içindədi...(S.Pərvanə)
Bu məqam məhz 1990-cı illərdən qabarır və düşüncə selinin
qabağına Azərbaycan qadınının milli obrazını, onun dünənini,
durumunu, aqibətini gətirir. Hər bir halda hədəfdə “vətən
qadınları”dır və gənc nəsil qadının hər növ-məişət, sosial-
ictimai, psixoloji səviyyədə özgürlük qatına israrlıdırlar:
bağışla məni, ana
mən qürbətdə anladım
vətən qadınları necə mənasızdır. (G.Mövlud)
Bu mətnlər yeni sosial ierarxiyada qadına kişidən bir pillə
öndə yer ayırır, sosial kateqoriya baxımından qadını kişidən
zəif hesab eləmir. Ancaq bunun ifadəsi hər yazarda nə qədər
alınır? Yəni bu yanaşmaların hər birində fərdi – fərqi iç du-
yumlarının mənalanması var, bəs bu mənalanmalar nə qədər
ədəbiyyat istedadı zəminində yetişir? Yaxud, belə deyək, poe-
ziya bu kontekstdə Azərbaycan qadınını necə, nə qədər dərin-
likdə, gerçəklikdə, gücdə aça bilir?
Çağdaş poeziyamızda güclənən qadın başlangıclı şeirlər bu
yöndə artıq sabitləşmiş olan qadın təmayülündən danışmağa
əsas verir. E.Eyvazlının “Kişi etirafı”, S.Çılğının “Alaçarpa”,
Feyziyyənin “Mesaj”, X.Hüseynzadənin “Ağ atlı Avropa” kita-
Dostları ilə paylaş: |