140
Şərif yeni dünya düzəninə qarşı qoyduğu qaçaq obrazını
bitkin yaratsa da, bəzi cəhətlərini sanki köhnə dövrün, möv-
zunun sələfi olan əsərlərin qəhrəmanlarından proyeksiyalayır.
Cahandar ağanın qadına münasibətdə yol verdiyi xətanı Şərifin
qəhrəmanı yenidən təkrarlayır. Belə bir təkrar müəllifə niyə
lazim olur? Qaçaqlığın atributu kimi, yoxsa qəhrəmanın ölü-
münü hazırlayan səbəb kimi? Bir qədər də bunlar çaşdırır bizi-
milli insan beləmi olmalıdır-gözü tutduğu qadını arvadının üs-
tünə gətirməli, oğurluqla məşğul olmalı, anasını söyməli, heç
nəyin ağına-bozuna baxmadan qarşısındakına qolunun gücünü
göstərməli, hərbə-zorba gəlməlidir -Şərif sanki zamanları qa-
rışdırır, yəni zamanlar əsərdə onsuz da qarışıqdır, söhbət qəh-
rəmanın zamanından gedir. Səməndərin faciəsini şərtləndirən
amil onun xarakterinin öz mühitində olmamasıdır. Onun yaşam
tərzi yalnız kənar dünya üçün yox, elə ətrafi, çevrəsi, doğma
ailəsi üçün də qəbul edilmir. Səbəbini müəllif özü deyir:
“Səməndər vaxtından çox-çox gec gəlib dünyaya.”
Əsərdə “iki Səməndər” surəti var. Qaçaq Səməndər - harada
yaşamasından asılı olmayaraq öz kişilik qanunlarına sadiqdir,
atını dördnala çapıb istədiyini yeridir-gözü tutduğu qadınları
evinə gətirir, oğlu Şiruyəni yanan alovun içinə göndərəcək qədər
sərt davranır. Amma bu mənin içində bir özgə “mən” də var.
Eşitdiyi sazın səsindən gözündən yaş damcıları süzülən- “O saza
qulaq asa-asa ağlayırdı. ...O, hər dəfə kirpiklərini çalanda
üzüm giləsi boyda yaş yanağına dəymədən birbaş enli
sinəsinin üstünə tökülürdü. Bir anlı Səməndərin ürək
döyüntüsünün əynindəki köynəyi qaldırıb-endirdiyini hiss
etdim. Onun bütün kor-kobud görkəminin içində heyrətamiz
dərəcədə incə cizgilər gördüm birdən-birə”, uşaqlarına qoşulub
qabaqlarında oynayan saf, kövrək, uşaq təbiətli Səməndər var.
Səməndərin içindəki ikinci “mən”, ikinci Səməndər onun
ətrafında heç kəsə, hətta ailəsinə-həyat yoldaşı Xalidəyə, oğlu
Şiruyəyə, yaxını Eyvaza məlum olmadığı halda Rüstəm bu
ayrıntını tuta bilir, ondakı gizlini duyur. Həm də hiss edir ki,
141
bütün azmanlığına və azadlığına rəgmən o, həddən artıq tək və
tənhadır. Səməndər tənhadır və müəllif onun tənhalığını da,
xarakterindəki qabalığı və sərtliyi də yurdundan ayrı düşməsi
ilə mənalandırır: ”Səməndərin üstündən kotan kimi keçib
gedən və getdikcə daha çox çirkinliklərə, əclaflıqlara bula-
şan zaman ona əzab verirdi. Laçında bu ziddiyyətləri
Haramıdıakı qədər çətin yaşamazdı Səməndər. Dağların
sərtliyi onun təbiəti ilə ilahi bir harmoniya yaradar, içinə
rahatlıq gətirərdi. Bəlkə, elə buna görə hər dəfə ürəyi yu-
xalanda üzünü Kirs dağına çevirirdi.”
Səməndərin içindəki tufanın, xarakterindəki ipə-sapa
yatmamaq ədasının səbəbi budurmu? Həyat yoldaşı Xalidənin
də dediyi kimi müharibədir, onun doğma yurdundan ayrı
düşməsidirmi? “Allah erməninin belini qırsın, nə oldusa bu
qaçqınlıqda oldu. Hərə dağıldı bir tərəfə...Öz rayonumuzda
olanda ərim də belə hərəkətlər eləmirdi”. Yoxsa uşaqlıqdan
düşdüyü mühitin pozucu təsiridir? Təbii ki, yurdundan,
böyüdüyü el-obadan uzaq düşməsi, Haramı düşündə məskən
salması onun taleyinə də, ovqatına da təsirsiz qalmır. Müha-
ribənin Səməndərin içində boy verən acısı əsərin bir neçə epi-
zodunda xəsis lövhələrlə sərgilənir. Kiçik oğlunun adını Laçın
qoyur, dinlədiyi sazın səsindən kövrəlib ağlayır, üzünü dağlara
tutub hansısa səhv əməlindən peşmanladığını dilə gətirir.
Amma bununla belə yurd yerindən ayrı düşmək acısını Səmən-
dərin xarakterinin əsas amili kimi götürmək düzgün deyil.
Əvvəla Qarabağla bağlı məqamlar bu əsərdə fon səciyyəsi
daşıyır. Digər tərəfdən, Səməndərin tərcümeyi-halı ilə bağlı
təsvir olunan on iki hekayət bəlli edir ki, bu onun xarakteridir,
harada yaşamasından, istər ucqar dağ yeri olsun, istərsə də
şəhərin ən geniş prospekti –Səməndərin mahiyyətcə dəyişəcəyi
mümkünsüz və ağlasığmaz bir şeydir. Hər yerdə o eyni qay-
ğılarla üzləşəcək, ətrafi üçün böyük bir təhlükə mənbəyi ola-
caq, çeşidli kolliziyalarla rastlaşacaqdı. Çünki problem zaman-
da idi, Səməndər bütün ruhu, yaşam tərzi, kişilik ədası, hədsiz
142
azad fikir və əməl sahibi olmasıyla ondan bir pillə yuxarıda
dayanırdı. Zaman isə “altıncı mərtəbə”də olanları başa düşmür,
onunla müxalif davranır. “Qədimliyinə rəgmən zəmanədən
baş çıxarmağı bacaran insan idi Səməndər. Sadəcə, zaman-
la uyuşa bilmirdi. Zamanla uyuşmazlıq isə böyük komedi-
yalar və ya dəhşətli faciələr yaradır. Səməndər faciələrlə
yaşayan birisi idi”. Ş.Ağayar zamana müxalif davranan ob-
razlar sırasında komediya qəhrəmanının iç dünyadüyumuna,
onun mühakimə və tutumlarına (əsərdəki Rəcəb İvedik nüan-
sı!) köklənsə də faciə qəhrəmanının obrazını yaradır.
Səməndərin ölümü əsərdə seçilən xarakterin labüd sonluğu
kimi təqdim olunur. Hətta sona qədər açıq qalan “qatilin kimli-
yi” məsələsi də məntiqi sonuc kimi mənalanır: Nə fərqi var
kimin əliylə törədilib bu qətl. Həyat yoldaşı Xalidənin, ya başqa
birinin? Səməndər kimi insanların ölümünə fətva verən zaman
deyilmi?! Seçilmişlərə qarşı daim amansız davranan zaman... Bu
məqam həm də əsərdəki bədbin fəlsəfəni ehtiva edir: Səməndər
kimi insanlara bəşəriyyətdə daha yer yoxdur, əgər insanlıq və
mənəviyyat deqradasiyaya uğrayıbsa onda Səməndər kimi
insanların fəci sonunu, sonluğunu həyat özü labüdləşdirir.
“Haramı”dakı əsas ideya da budur: cəmiyyət və insanlar
mənəvi tənəzzül keçirir, müharibə xalqın iradəsini sıxışdırır,
bütün bu kataklizmlər içərisində özgürlüyü, sabit yaşayış tərzi,
milli xarakteri ilə seçilən insanlar öz məzmunu və mahiyyəti
etibarilə təkliyə və anlaşılmazlığa urcah olurlar. “Haramı” ki-
şilik dəyərləri ilə “son magikan” olan belə insanlardan birinin-
Səməndərin qurduğu patriorxal dünyanı və onun necə puç ol-
masını, fənaya uğramasını göstərir. Əsərin uğuru da məhz milli
yaddaşla bağlı məqamları əsərə gətirmək, bu məqamalrı müxtə-
lif situasiyalar zəminində açmağa müvəffəq olmasıdır.
Romanda Səməndər obrazı bitkin yaradılıb. Hər kiçik detal,
hər epizod onun xarakterindəki müəyyən bir cizgini açmağa
yardımçı olur. Qəhrəmanın həm zahirən təsvir olunan portreti,
həm daxili keyfiyyətləri əsərdə real, canlı boyalarla inikasını
tapıb. Romanın əvvəlində müəllif qeyd edir: “əsərdə əsas hadi-
Dostları ilə paylaş: |