130
mühitin hansı fərqli, fərdi qanunları ilə yaşadığı:
“Bu şəhərdə
Sovet hökuməti yox idi. Və yetmiş ili idi qura da bilmir-
dilər; Bura gələn vəzifəlilər Sovet qanunları ilə deyil, bu
şəhərin qanunları ilə yaşamalıydılar. Bu şəhərin qanunları
ilə yaşamaq istəməyənlər, sinəsinə döyüb “bu şəhərdə qay-
da-qanun yaradacam” deyənlər də olmuşdu. Amma be-
lələri günlərin birində ya kabinetində ağzından vurulmuş-
du, ya camaatın gur yerində mal kimi döyülmüşdü, ya da
evi yandırılmışdı; Bu şəhərin öz Fantoması vardı, Zorrosu,
Şakası, Caqası, Ştirlitsi də, hələ də dağlarda yaşayan qaçaq
nəbiləri də”, inancları :
”Bu camaat üçün Seyid Lazım
Ağanın sözü “Qur’an” ayəsi kimiydi, heç kim keçə bilməz-
di”, qonaqpərvərliyi (Komandirin həbsxanada belə şahmatı
xarici qonaqlara bağışlaması), dar
ayaqda olana son qəpiyini
belə əsirgəməmək (Musanın anasının əməliyyatı üçün əsgər-
lərin pul yığması faktı) kimi keyfiyyətləri ümumi planda bütün
milli, mental keyfiyyət özəllikləri zəminində açılır. Ənənəvi
sovet mühitində onlar düşüncələri, davranışları, özünəməxsus
qanunları ilə fərqlənir və təbəddülat doğururdular, müharibə
dövründə isə bu insanları torpaq uğrunda mübarizənin başında
görürük. Qeyd edək ki, müəllif bu obrazların
natural cizgilərini
təsvir etməyə, onların təhlükəli sınaq məqamındakı bütövlü-
yünü göstərməyə, bu məqamların psixoloji sirayətediciliyinı və
nəticələrini təhkiyənin mərkəzinə çəkməklə ümunu sujet xət-
tində birləşdirməyə müvəffəq olur. Hətta bu sırada daha bir
motiv- erməni qızının zorlanmasına imkan verməyib azad edən
azərbaycanlı əsgər bu kişiliyi ilə –
“Komandir, mən arvad
davası eləmirəm, torpaq davası eliyirəm”- bizə M.Cəlilin
erməni aşığını öldürməyib azad edən qəhrəman yüzbaşısını
xatırladırsa da-
“ Dəxli yox idi ki, bəlkə də günün birində bu
qız onu vuracaqdı, amma indi onun qarşısında sabah onu
vuracaq bir düşməni görmürdü, Tanrının ondan imdad
diləyən yaratdığı bir varlığı görürdü. Bəlkə də uşaqlar bu
qızı güllələsəydilər fərqinə varmazdı, amma zorlanmasını
qəbul edə bilməmişdi.”- həməncə milli xarakterimizə ayna
131
tutmaqla ironik çaları təqib qılır: hə, T.Əlişanoğlunun “Qu-
qark” əsəri ilə bağlı qeydlərində dediyi kimi, “bu bizik”, heç
dəyişməmişik. Özümüzün özümüzə və düşmənimizə qarşı hər
bir halda göstərdiyimiz iltifat budur. Orda-cəbhədə milli hey-
siyyatımızı itirməyəcək
qədər ali, geridə, arxa cəbhədə onu qoru-
mayacaq qədər təzadlı. Əsər bu iki bir-birinə zidd mövqeni insan
amili kontekstində qabardır. Biz müharibədə torpaqlarımızdan
daha öncə insanlığımızı itirdik və bəlkə insanlığımızı itirdiyimiz
nədənindən torpaqlarımızı itirdik. Əsərdə Komandir itməyən,
itirilməyən yaddaş kimi mənalanır. Müharibə acısı sona qədər
tək bu insanın içində, yaddaşında yaşayır. Elə onu tanıyan
digərləri üçün də bu insan müharibənin təhlükəli portpetidir,
yalnız ona baxanda müharibəni də xatırlamağa məcbur olurlar.
Əsərdəki bütün digər hadisələr də məhz onun ətrafında cərəyan
edir, bu və ya digər şəkildə bu obrazla əlaqələnirlər..
Romanda ilk baxışda sanki qəhrəmanlığın vəsfi ilə bağlı mə-
qamlara köklənmək hissi yoxdur, biz müharibədə uduzmuş,
torpaqlarını itirmiş bir məmləkətin övladlarıyıq
və bu vəziy-
yətdə qəhrəmanlıqdan dəm vurmağa haqqımız varmı? Amma
yox, əsər həm də cəmiyyətə mesaj ünvanlayır: Qarabağı onu
qorumağa gücü, cəsarəti yetən qəhrəman əsgəri olmadı deyə
itirmədik, Qarabağı səbatsız siyasətin, Ağ evlərdə xəbərsiz
yazılan ssenarilərin, icraçı rejissorların ucbatından itirdik.
Məlum həqiqətdir, amma bir də əsərdə təsvirinə varmaq:
”Bu
dəhşətli Kinonun ssenarisini dünyanın Böyük Dövlətlərinin
Böyük Saraylarında yazmışdılar. Çəkilişini də Tarkovski-
nin də, Tofiq Tağızadənin də həsəd aparacaqları rejissor-
lara tapşırmışdılar. Və həmin rejissorları da Böyük Dövlət-
lərin Böyük Saraylarında oturub çəkməkdə olduqları
kinonun gündəlik kadrlarına ləzzətlə tamaşa edirdilər. Bu
Kinonun iştirakçılarının isə nə ssenaridən, nə də rejissor
işindən xəbərləri yox idi”.
Əsərin əvvəlində müəllif mövzunu dünya problematikası
yönündə müstəviyə çıxarsa da, sonradan hadisələr lokal milli
məcrada davam edir. Ümumiyyətlə, romandakı real hadisələr
132
iki zamanda, müharibədən əvvəl və sonrakı zamanlarda təsvir
olunub. Komandirin həbsxana dövrü-bunlar arasında aralıq
zaman vahidi kimi səciyyələnir. Həbsdən o yanda Müharibə
illəri dayanır- dəhşət və sarsıntılarla dolu, hər anı ölüm olan
müharibə. Azərbaycanın
portreti təhlükədədir, millətin taleyi
təhlükədədir. Həbsdən bu yana atəşkəsin razılıq verdiyi sakit-
likdir, çal-çağırdır, hər şey harmoniyası ilə davam edir. Düz-
dür, bu sakitlik müharibə illərində belə paytaxtda hakim idi,
ora, cəbhə bölgələrinə, Dünyanın ən varlı şəhərinə yağan dolu-
ların-qrad yağışının səsi bura- paytaxta gəlib çatmırdı. “Şəhər o
biri üzündən xəbəri olmayan medalyon kimiydi” (Z.Şəfi).
Qeyd edək ki, bu iki zidd əhvalın, psoxoloji ovqatın əksi
çağdaş nəsrimizdə, müharibə mövzusunda yazılan əsərlərdə
ironik üslub çaları ilə aktuallıq kəsb edir. Yaşlı nəslin nüma-
yəndələrindən tutmuş-(məsələn, A.Abdullanın “Çavuş” heka-
yəsi) gənc yazarlaradək (məsələn, Z.Şəfinin “Heykəltəraş”
hekayəsi) meydana çıxan əsərlərdə bu məqamın sərt dramatiz-
mi ilə qarşılaşırıq. “Dolu” əsərində də bu disharmoniyaya qarşı
bir aqressivlik var, müəllif dəyərlərin devalvasiyasını qabart-
maq nöqteyi-nəzərindən çağdaş həyatın neqativlərini, deqrada-
siyaya uğramış dəyər faktorunu önə xəttə çıxardır.
Toxunduğu
mövzu sferası isə, istənilən qədər, ictimai-mənəvi kontekstlərdə
bu və ya digər tonlarla çevrələnir. Cəmiyyətin şou xəbərlərinə
marağına istehzasından tutmuş-
“Qarabağ camaatının yorğan
davası bitmiş və dünya qayıdıb öz əvvəlki məhvərinə düş-
müşdü və dünya... bir şouya çevrilmişdi. Bu şounun
qəhrəmanları onun kimi müharibə qəhrəmanlarını çoxdan
unutdurmuşdu. Həm baldızı ilə, həm qaynı arvadıyla yaşa-
yan, qayınanasının sevgisinə isə biganə qalan Xose Antuan
Rodrigesin qayınanasının iztirabları bir tərəfdən, aşnası ilə
qəzaya düşmüş Diananın ölümünün acısı bir tərəfdən,
“Aşka sürgün”dəki qızın göz yaşları bir tərəfdən - adamları
elə təsirləndirib üzmüşdü ki...”, yazarların belə həmin ağır
məqamlarda “müsəlləh əsgər” ola bilməməsi kimi məqamlar