133
əsərin tənqid predmeti olmaqdan yan ötmür: “müharibə
başlayanda Səməd Vurğun yazırdı ki, bilsin ana torpaq,
eşitsin Vətən, müsəlləh əsgərəm mən də bu gündən. Bəs
hanı bu günün səmədvurğunları? Hanı? Hanı rəsulrzalar,
süleymanrüstəmlər, qırılıblar?! Niyə gəlmirlər? O Lenin
meydanında millət, Vətən deyib nənəm də bağırar! Bura
gəlsinlər ey, bura! Demirəm ha gəlib silah götürüb bizə
qoşulsunlar. Gəlsinlər görsünlər ölmüşük, qalmışıq.”
Əsərdəki döyüş səhnələri canlı, həyati alınıb. Sanki hadi-
sələrin canlı iştirakçılarıyıq, müharibənin əsəbi gərginliyini ya-
şayırıq, başımızın üzərindən adlayan güllə yağışından dəhşətə
gəlirik. Xüsusilə, Drakon və Pələngin ölüm səhnələri, Koman-
dirin polkovniki öldürməsi, əsgərlərin qaçış səhnəsi- əsər daha
çox elə bu qatı-psixoliji savaş məqamı ilə yaddaqalandır. Cə-
miyyət təzadlarına, müharibə dövrü insanının münasibətlərinə
vardıqca Komandirin arzu və ümidləri sanki fiaskoya uğrayır.
O, mənən və cismən yaşadığı müharibə ağrılarının dərinliyinə
varmaqdan daha çox dünya-insan münasibətlərinə köklənir. On
illik həbsxana həyatından sonra torpağı işğal olunmuş məmlə-
kətdəki qurulan çal-çağır, kef məclislərini görüb cəmiyyətin
uğradığı mənəvi aşınmanı-insanın dünənindən necə sürətlə
ayrılması tendensiyasını müşahidə edir. Hiss edir ki, bu cəmiy-
yət ona yaddır və o, içində gəzdirdiyi müharibə acıları ilə bur-
da, bu cəmiyyətdə yaşaya bilməyəcək. Bu məqamda, əsərdə
müharibə mövzusu zəminində müəllif şəxsiyyət-cəmiyyət anto-
qonizmini önə çıxardır, yəni müharibə dövrünün acı reallıqla-
rından biri budur-insan elə bir çıxılmazlığa düşür ki, öz imkan-
larını, torpağını, yurdunu qoruma çabasını realizə edə bilmir.
Birinci fəsil bu fiaskonun dramını, ikinci fəsil isə faciəsini
(fəlsəfəsini) göstərir. İkinci fəsildə daha çox insanın psixoliji
durumunun sərgilənməsi funksionallıq kəsb edir. Romanın bi-
rinci fəsli real olaylar kontekstində təsvirini tapırsa, ikinci fəsil
gerçəklərin fəlsəfəsini yaşadır, mənəviyyatın xaosunu göstərir.
Burada müəllif nihizminin nikbin çaları belə görünür, bu özü-
134
nəironiya millətın yaddaşına bədgümanlıq: “İllər keçmişdi,
təkcə bircə nəfər belə Rəşid paşaya güllələnmə hökmü
çıxaranların nə övladlarının, nə də nəvələrinin üzünə tü-
pürməmişdi..... Müşfiqi güllələyənlərin nə özlərinin, nə də
nəsillərinin üzünə tüpürülmədiyi kimi!”, zamana xəfif isteh-
za (Komandirin həbsxana divarlarına baxaraq daldığı düşün-
cələr) şəklində üzə çıxır. Əlbəttə, bu ironik çalar hər məqamda
uğurlu alınmır. Məsələn, əsərdə Komandirin məhkəmə zalında
Diyarbəkr valisi Rəşid paşa ilə bağlı hakimə söylədiyi uzun-
uzadı nitq dediyimiz bu neqativləri sərgiləməyə yönəlsə də
məncə uğursuz alınıb, təhkiyənin dramatik ahəngini güclənmə-
sinə nə qədər səy göstərilməsinə baxmayaraq bizdə heç bir hə-
yəcan, təsirlənmə baş vermir. Çünki burada əsərin ideya planı
mürəkkəb kolliziyanın əyanı təcəssümü ilə yox, daha çox rito-
rik fikirlərin deklarativ bəyənatı kimi əsərə gətirilir. Sanki
müəllif yaratdığı xarakterdən bu kontekstdə öz fikirlərini ifadə
eləmək üçün bir rupor kimi faydalanır.
Digər kəsir məqamlardan biri romanda bir qism adların
simvolik şəkildə təqdim olunmasıdır. Dünyanın ən varlı şəhəri,
At belində olan oğlan, Əlində çürük alma olan Əzrayıl-hər
şeyin öz adı ilə deyildiyi bir əsərdə belə bir məqsədli, süni
ağırlaşmaya lüzum varmı?! Axı əsərin mifik, mistik qatı yox-
dur, tarixi zəmin dünənimiz, hamımıızın keçib gəldiyi zaman-
dır. Müəllifin əsgərləri Pələng, Drakon kimi adlarla xarakterizə
etməsi bizə daha uyar təsir bağışlayır, o mənada ki, burada bir
təbiilik var, onların şəxsi keyfiyyətlərinə uyğun olaraq qazan-
dıqları bu adlar əsərdə öz adları ilə verilən Palyaniçko, Mütəl-
libov kimi real səslənir. At belində olan adamsa-guya istənilən
bir adla adlandırılan məmur obrazı kimi verilsəydi roman çox
şeymi itirəcəkdi?! Eləcə də Dünyanın ən varlı şəhərinin Ağdam
olması elə ilk həmlədəcə faş olandan sonra bu sirli, simvolik
adın bir önəmi qalmır, yaxud sonrakı proseslər imkan vemir ki,
bu müəmmanın qorunması, oxucunu öz gümanında çaşdırması
üçün bildiklərini təzələyə, onlara təzə nəsə əlavə edə.
135
Daha bir məqam, romanda müxtəlif zaman qatları arasında
rabitə yaradılmasına səy göstərilsə də (Məhəmməd peyğəmbər.
İsa peyğəmbər, Ayna Sultanova, Həmid Sultanovla bağlı löv-
hələr) estetik bütövlük baxımından alınmayıb, bu epizodlar
dağınıq, pərakəndə parçalar yığını təsiri bağışlayır. Müəllif
süni şəkildə bizi real aləmdən şərti aləmə aparır. Ona görə də
onlar arasındakı sərhədlər nəinki itmir, hətta bir-birindən uzaq
süjet şaxələri arasında ahəngi tutmaq olmur. Əlbəttə, problemin
qloballığını ifadə eləmək üçün şərti-metaforik ünsürlərdən
istifadə eləmək yaxşıdır, ancaq bu ünsürlər mətndə digər mə-
qamlarla daxilən bağlanmalı, ümumi qayənin təcəssümünə
xidmət eləməlidir. “Dolu”dakı bu simvollar isə əsərin ruhundan
doğmadığından fikir vüsəti, məna genişliyi yaratmır.
Amma bütün kəsir və çatışmazlıqlarına rəğmən müharibə
mövzusunun dərkində, dövrün milli istimai mühitinin və tarixi
şəraitinin öyrənilməsində “Dolu”romanının pozitiv rolu olacağı
şübhəsizdir.
136
“HARAMI” ROMANI: QƏHRƏMAN VƏ ZAMAN
PROBLEMLƏRİ ÖNÜNDƏ
Ş.Ağayarın nəsrində müharibə insanının içindəki ağrını,
daşıdığı həyat yükünü ifadə eləmək gücü var. Çağdaş nəsrdə bu
ağrı simvolikası Şərifin mətnlərində daha yaxşı əksini tapır.
Şərif müharibənin odunu-alovunun, yandırıb kül etdiyi arzula-
rın insan içində doğurduğu fəsadlarını, atdığı şırımlarını göstə-
rir. Vektorun oxunu “quşu uçan budaqlara” yox, o quşların dal-
dalandığı, məskən saldıqları məkanların istiqamətinə tuşlayır.
“Haramı” romanına qədər Şərifin meydana qoyduğu he-
kayələri, “Kərpickəsən kişinin dastanı” povesti müharibənin o
qatlarını çözməyə meylli idi ki, onlar öz emosional ahəngi və
problematikası ilə müharibə insanının hisslərinin yanğısına və
müəllifın iç ağrılarının təfsilatına söykənirdi. “Haramı” romanı
da eyni mövzunu, problematikanı, milli heysiyyat məsələlərini
çözməyi təqib qılır. Bu dəfə əsərin ideya planı bir qədər geniş-
lənir, müəllif milli-mənəvi keyfiyyətləri, kişilik dəyərlərinin
yaşarı göstəricilərini özündə ehtiva edən qaçaqlıq mövzusunu
bədii sözün təcəssümünə çevirməklə müharibənin ədəbiyyat-
dakı obrazına yeni çalarlar artırır. Milli nəsrimizdə bu möv-
zunun bir sıra sələfləri olduğu məlumdur: İ.Şıxlının “Dəli kür”
“Ölən dünyam”, F.Kərimzadə “Qarlı aşırım”, İ.Əfəndiyev
“Üçatılan”, S.Azəri “Duman çəkilir” kimi nümunələrində patri-
arxal qanunları funksionaldır, bu və ya digər şəkildə milli xa-
rakterin özəlliklərindən rişələnirlər. Son dövrün nəsr nümunə-
lərinə dayaqlansaq, bizdə qaçaqlıq mövzusu, öz yaşam qanun-
ları ilə seçilən milli obraz nəzərə çarpmır. Bu obrazın sələfləri
də milli yaddaş daşıyıcıları kimi sanki tarixə dönmüş, öz
funksionallıqlarını dondurmuşlar. Ş.Ağayar bu mövzunu yeni-
dən təsvir predmetinə çevirməklə həm də zamanı yeni sınaq
qarşısına çıxarır: yeni cəmiyyətdə milli insanın mövqeyi necə
görünür, o yenədə-mi cəmiyyət üçün “artıq adam”dır, yoxsa
ictimai və mədəni inkişaf onun yaşam tərzi, düşüncə hüdudu
Dostları ilə paylaş: |