Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   32   33   34   35   36   37   38   39   ...   78

127 
Elçinin povestlərində «çevrilmə» yalnız qaçqın insanların 
daxilində getmir. Bayraqdar povestində qaçqınların keçirdikləri 
ağır həyat tərzinin əksinə olaraq çox zəngin, qayğısız və dəbdəbəli 
ömür sürən  Əhməd Ağayeviç də öz içində inqilab, «çevrilmə» 
yaratmaq cəhdi ilə yadda qalır. Bu obraz bizə Elçinin bir çox 
hekayələrindən yaxşı tanışdır. Onunla yazıçının «Hönkürtü», 
«Beş  dəqiqə  və  əbədiyyət» hekayələrində artıq görüşmüşük. 
Əhməd Ağayeviç yeni əsrə adlayan Mərdan Dadaşlıdır. Amma 
əvvəlki  əməl və düşüncədə… Adı gedən hekayələrdə narahat 
görünən, «ürəklərini yeyən nigarançılıq hissləri» ilə rahat insan 
ömürlərini yaşaya bilməyən və bu üzdən dəyişməyə çalışan 
Mərdan Dadaşlı kimilər uzağı  Əhməd Ağayeviç ola bilirlər. 
Ondan da yaxşı olmaq cəhdi – istəsələr belə alınmır. Elçin belə 
obrazlara öz içlərində təbəddülat yaratmağa imkan da verir. 
«Hönkürtü» hekayəsində  həmin vasitə  şadlıq rəmzi çinar 
ağacı, «Beş  dəqiqə  və  əbədiyyət»də ölümün bir addımlığında 
dayanan insanın ürəyini soran Allah xofu olur. «Bayraqdar» 
hekayəsində isə Ə.Ağayeviçin qəlbini tərpədən vasitə Cavanşirin 
klarnetdə çaldığı «Segah» olur: «Klarnet ağzını tavana yox, elə 
bil, həmin məkandan (naməkandan) düz Əhməd Ağayeviçin 
üzünə (ürəyinə… içinə…) tuşlayıb deyirdi ki, ay səfeh insan, yox, 
daha da açıq ünvanlı deyirdi, deyirdi ki, ay səfeh  Əhməd 
Ağayeviç, hər şeyin var, otuz ildi cürbəcür vəzifələrdəsən, pulun 
var, yaxşı övladların var, nəvən var, ev-eşiyin var, amma nə 
olsun? Bunun mənası  nədi? Hər  şeyin var, amma öz içində, öz 
ürəyində, heç olmasa, bir kvadratmetrlik balaca adan da yoxdu ki, 
üstünə çıxıb özünü boğulmaqdan xilas edəsən…»  
«Segah» Əhməd Ağayeviçin içini təlatümə gətirir və o bəlkə 
də ömründə heç vaxt bu dərəcədə eləmədiyi yaxşılıq sevdasına 
düşür. Lakin bu «çevrilmə»nin ömrü qısa olur. «Şən həyat» 
restorannından çıxıb Bilgəhdəki bağına qədər məsafə və zaman 
qət edənəcən.  Ə.Ağayeviçin qulaqlarında «Segah»ın səsi ava-
zıdıqca bu insan mənəvi cəhətdən «özünə» yaxınlaşır, səs tam 
eşidilməz olduqda isə o, mahiyyət etibarilə necə varsa elə qalır. 


 
128 
Mətnaltı  dərinlik Elçin prozasını  sərtləndirən  əsas poetik 
amildir. Yazıçı  qəhrəmanlarının həyatını  təfərrüatı ilə canlan-
dırırsa, onların daxili aləmlərini, düşüncə və fikirlərini oxucuya 
çatdırırsa da, əsər son anda daşıdığı  məzmun yükü ilə diqqəti 
cəlb edir. «Bayraqdar» kitabına daxil olan povestlər bu gü-
nümüz üçün real, xarakterik olan ideyanı daşıdığına görə yadda 
qalırlar. Müəllif iki povestində sonluğu ibrətamiz motiv üzə-
rində qurur. «Qarabağ  Şikəstəsi» povestində Cümü İsraildən 
gəlmiş  İzabelin arvadı Sonaya bağışladığı fransız  ətrini satıb 
əvəzinə don almağı özünə  sığışdırmır. Bu ətir Cümüyə dün-
yanın ən iyrənc qoxu təsirini bağışlayır. Qəribə bir təzad da bu 
zaman baş verir. Cümü ona halal verilən hədiyyəni – ətiri özü-
nə haram sayıb satmır, amma qəfil rastına çıxan Ağadadaşın 
itmiş Qırmızı xoruzunu və iki toyuğunu motorollerinin kuzovu-
na qoyub: «- Sizi çaqqal yeyənəcən, elə bizimkilər yeyər. – 
Sonra, elə bil özünə bəraət qazandırmaq üçün: - Çaqqallar ye-
məyə şey tapacaq» - deyib evinə aparır. 
«Bayraqdar» povestində isə Surxayın oğlu  Əbülfət (Eyse-
bio) futbol oynadığı zaman qazanxananın damından yıxılır və 
bu zaman atasının bayrağı  bərkitdiyi zaman işlətdiyi zubul 
onun ürəyinə girir. 
Fransız  ətiri, rus zubulu Elçinin povestində  rəmzi xarakter 
daşıyır, Azərbaycana mənəvi cəhətdən yad olan iki qütbü – 
Fransa-Rusiya qütbünü nişan verir. Elçin real olan bu faktı milli 
psixologiya baxımından mənalandırmış, onu cəmiyyətin ağrılı 
problemi kimi işıqlandıra bilmişdir. Sosial-mənəvi proseslərin 
mahiyyətinə varmadan, onların  əsasında duran, zəminini təşkil 
edən problemlərin kökünü açmadan millətin bəladan, faciədən 
qurtulması mümkün deyil. Əsərin daşıdığı ideya da budur. 
 
 
 


129 
“DOLU” YAĞAN MƏKANLAR... 
 
Çağdaş  nəsrin axtarışlarının mərkəzində müharibə mövzu-
sunun dayanması bu mövzuda ədəbiyyatın yeni bir söz deməyə 
cəhdi kimi mənalanmalıdır.  Əvvəla, kifayət qədər zaman 
fasiləsi ötmüş, müharibənin odlu-alovlu illəri çoxdan geridə 
qalmışdır.  İndi hadisələrə yönələn analitik baxışın dramatizmi 
artmalı, onun daha çox fəlsəfəsinə yenmək məramı güclənmə-
lidir. Digər tərəfdən, bu mövzuda ədəbiyyatımızda bir boşluq 
var, indi bir-birinin ardınca yazılan nəsr kitabları, onların mü-
zakirəsi, ilk növbədə boşluqları doldurmaq yönündə bir ad-
dımdır. Sadəcə bir addım...Nədən ki, ona yetməyin, gizli qat-
larını çözməyin realizəsi hələ qarşımızdadır.  
Aqil Abbasın “Dolu” romanı müharibə görüntülərini sərgi-
ləyən romandır, həm düşmənlə apardığımız, həm də öz içimiz-
də gedən müharibənin iç aləmini görk edən roman. Romanın 
strukturu 90-cı illərin  əvvəllərində milli həyatımız üçün 
xarakterik olan, baş vermiş müxtəlif parodoksları mümkün qə-
dər yanaşı verməyə imkan yaradır: ön cəbəhədə gedən vuruşlar, 
kəskinləşən münasibətlər, düşmən qarşısında  əliyalın, silahsız 
qalan ordu, tarıma çəkilmiş əsgər əsəbləri, müharibə gərginliyi 
və bu gərginliyin arxa cəbhədə hiss olunmayan əhvalının fəci 
görüntüləri. Bu iki təzadlı situasiyalarda müxtəlif səviyyəli 
obrazların dünyasına bələd olmağa hər çür imkan yaranır. Belə 
ki, 90-cı illərə  məxsus elə bir məqam-cəmiyyət, mənəviyyat, 
məişət, psixoloji durum mənasında – yoxdur ki, romanda təsvi-
rini tapmasın. Həm bütöv cəmiyyət-xalq səviyyəsində, həm də 
müharibə gerçəkliyinin lokal təzahürlərinə enərək... 
Romanda A.Abbas nəsrinə məxsus fikrin ilkin formada mə-
nalanması, prozaik naturallığı var. Əsərdəki koloritin əsas sə-
bəblərindən biri müəllifin “külli Qarabağın abı-həyatı”nı, onun 
ictimai-siyasi, coğrafi mühitini yaxşı tanımasıdır. Elə əsərdəki 
hadisələr də təsvir olunan məkanın-Dünyanın ən varlı şəhərinin 
–Ağdamın lokal regional dəyərləri kontekstində  sərgilənir, bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə