Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   40   41   42   43   44   45   46   47   ...   78

 
154 
söylədiyi çıxış nitqi yanıb külə dönmüş arzu, ümid şölələrinin 
müharibə oyunçularının simasına yaxılan üz qarasıdır: “Ömür 
yolumu alın yazısından da çox sizin mənfur hökmünüz dəyişdi,-
axır ki, özünə  yığılıb az-maz dinclik tapanda deyitdi o,-
mənimçün yaşamaq Əfruzdan sonra onsuz da puç və uydurma 
bir  şey idi. İndisə  mənasını  həmişəlik itirdi. O da mənə  dərs 
oldu ki, əgər cəbhədən qayıdan hər bir kəsin son aqibəti bu 
imişsə, çətin ki, indən belə hansısa ağıllı bu vətən üçün 
canından keçə. (s.35)”  
Bu nəyə  işarədir, nəşət tapdığı  zəmin, mündəricə hardan, 
nədən qaynaqlanır?! Belə  çıxırmı ki, biz bir də özümüz özü-
müzlə müharibə aparırıq, silahı bir də öz “mənfur sima”mıza, 
içimizdəki biganəlik, laqeydlik bəlalarına qarşı çeviririk 
və...atəş açırıq.  “...heç bir müqavimətə  məhəl qoymadan ağır 
texnikanı tank kimi rayon prokurorluğunun lap qənşərinə 
sürüb kabinənin üstə qalxandan sonra hamının, axır-axırda 
tanıdığı  Əfsun  əlindəki qumbaranı binadan hay-harayla çıxıb 
başını siçovul təki hara gəldi soxmağa can atanların arxasınca 
necə tullayıb deyirmiş: 
-Məni öz vətənimdə, öz elimdə, düşməndən qoruduğum tor-
paqda da ev tikməyə qoymadınız! Alçaqlar! Cəlladlar! Qan-
içənlər! Bu, İmdadın qisası! Bu, Əfruzun intiqamı! Bu, yerlə 
yeksan elədiyiniz evimin əvəzi!...(s.200)”  
“Qaraqovaq çölləri”ndə erməni obrazı, düşmən tərəf perife-
riyanı təşkil edir. Dominant hədəfdə yenə bizik-bu bizim döyüşən 
əsgərimiz, başına ermənilər tərəfindən pul qoyulan qəhrəman 
döyüşçümüz, bu da onu vətənində  sərgərdana, yararsız insana 
döndərən, yaşaması üçün bir “koma qaralamağı” çox görən naqis 
qanunlarımız. Bu sırada erməni və azərbaycanlı xisləti yanaşıdır, 
hətta üz-üzə duranda ikinci xətt daha sərt, radikal yanaşmanın 
təsiri (təsviri) altdadır:  “...görəsən, nə olmuşdu, niyə qarşıdan, 
düşmən tərəfdən açılacaq atəşdən elə qorxmurdu ki, öz ordu 
bölmələri səmtdən açılacaq qəfil güllədən o qədər ürpənirdi? 
Namərdlik, ehtiyat, ya gözün qorxmağı? (60)”. Müəllif iki millət 


155 
münasibətini nifrət-kin, qisas-intiqam sırasında yox, daha çox 
natural görkəmdə- bir qədər nostalji: ”Ara, biz belə olmamışıq 
axı? ...Bu gün Uzda da Azərbaycanın çörəyini yeyirəm mən. 
Deyirsən, bunu da unudum? (s.100-101)”, bir qədər gizli ictimai-
siyasi: “İt uşağı qarışdırdı aranı (s.130); it uşağı bizi duşman 
elədi (s.100)”, bir qədər də loyal qatda təqdim edir: “Niyə başa 
düşmək istəmirsiniz, onun günahı yoxdu, dərdi sizinkindən də 
artıqdı. O da siz çəkəni çəkir!(s.103-104)”; “Ona düşmən deməyə 
mənim dilim gəlmir.(s.107)”.  
Yazıçı  Əfsunun simasında müharibə insanının obrazını 
yaratmağa calışmışdır və  təəssüf ki, bu kontekstdə  qələmə 
alınmış müharibə mövzulu əsərlərdən seçilməyə müvəffəq 
olmayıb, əksinə onlarla tanış, oxşar məqamlarla kəsişmişdir də. 
Burada da qəhrəman döyüş yolu keçmiş, müharibə acısını 
dadmış, arxasında vətən, ailə  dərdi buraxmış  şəxsdir. Burada 
da qəhrəmanın içində bir yurd ağrısı, kənd sevgisi, onu atıb 
getmək qorxusu var, burada da şəhər özgə, yad, qərib ab-ha-
vanın daşıyıcısı, “hər addımı şeytan-şüğulla dolu” məkan kimi 
təqdim olunur. Və  nəhayət, insan-cəmiyyət antoqonizmi, 
yarıtmaz cəmiyyət qanunları və onun ucbatından əzilən, torpaq 
üçün ölümə hazır vətən oğullarımızın doğma yurdda intiharla 
nəticələnən fəci taleyi. 
Bu cür lokal problematika və mündəricə ilə müharibə möv-
zusunun dərkində uzun yol keçmiş  nəsr yaddaşımıza yeni bir 
nəsnə əlavə etmək olarmı? Təbii, bu konfliktlər realdır, gerçək 
cəmiyyət qanunlarından nəşət edir, amma müəllif bütün bu 
hadisələrin bir növ zahiri şəklini çəkir, müharibə yaddaşının 
sərt dramatizmi və  fəlsəfi psixologizmi əsərdə hiss olunmur. 
Halbuki, mövzunu qlobal yanaşma müstəvisində çözməyə 
çalışıb, millətin dərdlərindən, ailə-məişət problematikasından 
çıxış edib də qlobal məsələlərə çıxmaq, onları bəşəri məzmuna 
sığdırmaq olardı.  
“Qaraqovaq çölləri”  əsəri başdan-başa patriotik notlarla, 
tribun xarakterli çıxışlarla süslənib. Müəllifin təhkiyəsi, qəhrə-


 
156 
manın nitqi, düşüncələri, Zülfü müəllimin çıxışları, atası Qüdsi 
müəllimin məktubu oxşar məzmun və ahəngi sərgiləyir. Eyni 
üslüb, eyni məzmun, eyni pafos. 
Əsərdəki tərbiyəvi xəttin icrası intellektual, milli ziyalı ob-
razlarına həvalə olunub, daha çox onların simasında təqdim 
olunur.  Əfsun, bütün əsər boyu qəhrəmanın yanında olub 
onunla eyni mövqeni və əqidəni bölüşən Zülfü müəllim, Səfurə 
müəllimə, əsərdə tez-tez adı hallandırılan Əfsunun həkim olan 
bacısı  Əfruz, atası Qüdsi müəllim, hətta Uz kəndindən  əsir 
tutub gətirdiyi idman müəllimi Arşak-bütöv bir müəllimlər 
pleyadası... Bu obrazları birləşdirən ümumi bir xətt onların zə-
mənədən  şikayətləri, sosial, mənəvi təzadlara kəskin müna-
sibətləri, müharibəyə nifrətləridir. 
Yazıçının üslübunda nəql ahəngi  əsərdəki təsvir çalarını 
üstələyir. Hadisələrin psixoloji məna siqlətini artırmaq üçün 
müəllif nəql etməkdən daha çox təsvirə üstünlük verməli idi. 
Yazıçı süjeti əsas qayə  ətrafinda saxlamağa müvəffəq olsa da 
lazımlı, lazımsız eyni məzmunlu düşüncələri yerləşdirməklə, 
xüsusilə  əsərin qəhrəmanı  Əfsunla Zülfü müəllimin eyni lad 
üzərində köklənən dialoqlarına hadisələrin ümumi nisbətində 
daha çox yer ayırmaqla romandakı ölçü hissini itirir: “Hayıf ki, 
bu, həqiqətdi: vaxt gələcək, qəlbində  vətən sevgisi qalanları 
ona-buna nümunə kimi göstərəcəklər. Bu günün naqis tərbiyəsi 
bizləri gətirib bura çıxardı. Vətən kəlməsi bu gün yalnız mənən 
zəngin olanların dilində böyük anlamda işlədilir. Qoy onlar da 
olsun on min nəfər. Əksəriyyət isə, sənin sözün olmasın, vətən 
deyəndə dörd divarının arasından başqa, heç nə düşün-
mür.(s.54)” Bütün əsər boyu tez-tez təkrarlanan, oxucunu ox-
şar patetik nitqlərlə yoran bu sıra-düşüncə  sırası bir çox mə-
qamlarda romanda istənilən səviyyəni vermir.  
Əsərdə bir çaparaqlıq var. Qəhrəmanın sərhədi yarıb  əsir 
tutub gətirməsi, qardaşı  İmdadın dəlixanaya salınması, daha 
sonra  Əfsunun onun dalınca  şəhərə gedib orda tutularaq geri 
gətirilməsi müəllif təhkiyəsində sanki birnəfəsə deyilib qur-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə