Microsoft Word Yeni kitab A5-son docx


  vəziyyət, hər həftə, hər gün pozulan atəşkəs rejimi idi...”



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   39   40   41   42   43   44   45   46   ...   78

 
150 
vəziyyət, hər həftə, hər gün pozulan atəşkəs rejimi idi...” Bu 
səbəb  əsərdə motivasiyasını tapmır. Necə ki, Seymur-Anuş 
xətti  əsərdə sadəcə, süjetin inkişafınfa bir vasitə kimi düşü-
nülmüş təəssüratı bağışlayır, bu fikir də qəhrəmanın əsas gətir-
diyi uçurumun səbəbi kimi inandırmır. 
Əgər uçurum iki millət arasında olan nifaqdırsa, bu nifaqın 
əlamətləri, çözümü, burda heç lokal olaraq da qabardılmır. Bu 
halda hansı uçurumdan söhbət gedə bilər?! Müəllif kifayət 
qədər seyrçi mövqe qurub sanki bütün olmuşları, olacaqları 
özgə ünvanlarda axtarmağı tərcih edir, yəni ki, müharibə bu işə 
maraqlı olan bir qrup zümrənin  əməli idi, onların  əməlindən 
azərbaycanlılar nə  qədər  əziyyət çəkirsə, elə ermənilər də o 
qədər çəkir, bəs ki, ermənilərin içlərində bir Baki nostaljisi var, 
onlara öz yurdlarında heç də yaxşı münasibət göstərilmir, 
müharibənin xarabazara çevirdiyi doğma məkanlara adekvat 
olaraq  əks tərəfin də itkisiz ötüşmədiyini ürək ağrısı ilə qeyd 
edir.  Əsərdə milli adına hər  şey sanki deformasiyaya məruz 
qalır. Milli ölçülərə diaxron olaraq başqa məkanlar bu sırada 
daha funksional görünürlər: qəhrəman hər dəfə ziyarət məqa-
mında kilsəni seçir, müsəlman olsa da rus qəbiristanlığında 
basdırılmağı  vəsiyyət edir, rus yazıçılarının təbiət barədə yaz-
dıqlarını daha səmimi hesab edir. Seymur Baycanın qəhrəmanı 
milli tale, milli varlıq haqqında mücərrəd ideyaçılıq  əvəzinə 
insanın taleyi, insanın varlığı üzərində düşünür. Zənnimcə, 
müəllif rakursundakı humanizm, milliyətindən asılı olmayaraq 
ümumən insan ağrısının qabardılması müharibə mövzusunu 
təqib qılan milli nəsrimiz üçün pozitiv çalardı.  İnsan içinin 
təsvirə  çəkilməsi prosesində bütün münaqişələrin, mübarizə-
lərin kölgəsi onun üstündən silinib atılmalıdır.  İnsan konsep-
siyasının dünya problematikasına çıxışı üçün bu məqam zəruri-
dir. Əlbəttə, yazıçı tarixçi deyil, bəlkə də qarışıq tarixi proses-
ləri nəsr hələ  də yetərincə  həzm edə bilmir. Amma müəllifin 
birbaşa düşüncə kontekstinə daxil olmasa da, bəlkə də içindən-
ağrılarından keçib gəldiyimizə görə müəllifin yaratmaq istədiyi 


151 
humanizm balansındakı tarazlığın bizim payımızın itkisi hesa-
bına başa gəlməsi bir qədər təəssüf doğurur. Lap milli savaşı-
mızı-Ermənistanın Azərbaycana qarşı  təcavüzünü qoyaq bir 
tərəfə, ABŞ-ın  İraqda,  Əfqanıstanda, Rusiyanın Çeçenistanda, 
İsrailin Fələstində apardığı savaşın da adı müharibədir. Amma 
burda hansısa dövlət işğala məruz qalan, hüquqları pozulandır 
və bu halda aparılan mübarizə yalnız müdafiə üçündür. 
Doğrudanmı,  ədəbiyyat bunları (bu fərqi!) yenib də insana 
yetməlidir?! “Quqark” bu suala birmənalı cavab verir. Çünki 
romanın sənət zəmini  əks etdirmədir, insanın həm maddi-cis-
mani, həm də  mənəvi, sosial, psixoloji çalarlarında inikasıdır. 
Burada insan faktoru bütün səviyyələrdə -ictimai-siyasi, mədə-
ni-tarixi, psixoloji, məişət –ümumən özünün varlıq məqamına 
tabedir və elə bu məzmun, məziyyətlə də ədəbiyyata daxil olur.  
 
 
 
 
 


 
152 
“QARAQOVAQ ÇÖLLƏRİ”: NƏSRİN 
FƏZASINDAN BAXARKƏN 
 
 
 
  
İyirmi ildən çoxdur ki, xalqla, millətlə, dövlətçiliyimizlə 
bahəm  ədəbiyyatımızın özü də bir növ tarixi sınaq, imtahan 
qarşısındadır. Bir dəfə qeyd elədiyim kimi, müharibənin qanlı-
qadalı günlərindən kifayət qədər zaman fasiləsi ötsə  də möv-
zunun təsvirində  nəsrimizdə bir boşluq var və yazılan hər bir 
əsər bu boşluğu doldurmaq yönündə bir addımdır. Bilmirəm, 
müharibə mövzusunun layiqli təsvirini nisbətən yaşlı, yazı pro-
sesində müəyyən təcrübə, bilik qazanmış yazıçılardan ummağa 
haqqımız var deyim, yoxsa məsələyə yaşın, təcrübənin deyil, 
sadəcə istedad prizmasından yanaşmağı daha məqbul hesab 
edərək içimizdəki ağrını böyük Sözə çevirəcək  ədəbiyyatı 
gözləmə mövqeyi tutum. Çünki növbəti müzakirə predmetinə 
çevrilmiş bu əsər - Əlabbasın “Qaraqovaq çölləri” romanı məni 
həm yazı  təcrübəsi və biliyin labüdlüyünün, həm də aradan 
keçən vaxt kəsiminin yazıçının daha dərin qatlara enişi üçün 
zəruriliyi qənaətində xəyali-inkisarə uğratdı.  
“Qaraqovaq çölləri” müharibə gerçəkliyinə, sosial-siyasi 
ziddiyyətlərə sərt tənqidi münasibət sərgiləyən əsərdir. Roman 
realist boyalarla qələmə alınmış, cəmiyyətin ictimai-sosial 
naqisliyinə qarşı yönəlmişdir. Müəllif təsvir elədiyi döyüşçü, 
vətənpərvər bir insanın düşüncə selinin qabağına bütöv bir 
məkanın- Qaraqovaqdakı cəmiyyət həyatını, oradakı müharibə 
gerçəklərinin fəsadlarını, mənəvi-psixoloji-sosial görüntülərini 
çıxarır. Əsərdəki əsas qayə- qəhrəmanın əsirlikdə olan bacısını 
azad etmək çabası, bu yolda üzləşdiyi maneələr, kolliziyalar 
insanın mənəvi-iradi gücünün hara qədər – hansı  həddədək 
dayanıqlı olmasını göstərir.  
Doğma kəndlərində  vəziyyətin ağır olduğunu eşidib  əsgər-
likdə olduğu Xabarovsk vilayətindən qaçan Əfsun kəndə gələn 
kimi bacısı Əfruzun ermənilər tərəfindən əsir aparıldığını eşidir 
və bundan sonra yalnız bacısını  əsirlikdən necə qurtarmağın 


153 
yolları haqqında düşünür. Əfsun əsərə birbaşa bu qayədə daxil 
olur və bütün əsər boyu, haçalanmış, dağınıq görünən kom-
pozisiya daxilində belə qayəsinə sadiq görünür. Nə Zülfü 
kişinin onu şəhərdə yaşamağa təhrik etməsi, nə  də Mehri ilə 
evlənməsi Əfsunu öz məqsədindən ayıra bilmir. Amma məlum 
olur ki, bu məqsədin realizəsində başlıca əngəl heç də düşmən 
tərəf yox, elə burda, qəhrəmanın öz vətənində üzləşdiyi 
uçurumlardır. Üç il Qarabağ döyüşlərində iştirak edib qayıtdıq-
dan sonra Əfsunu doğma rayonunun hərbi komissarlığında 
müxtəlif adlarla ittiham edirlər. Əsir bacısı ilə dəyişmək məq-
sədilə düşmən tərəfdən dil (əsir) tutub gətirdiyinə görə  həbs 
edirlər. Ailə qurub yaşaması üçün ev tikmək istəyəndə bir par-
ça torpağı vermirlər. Müəllif Əfsun kimilərlə cəmiyyət arasında 
dərin ziddiyyət olduğunu göstərməyə çalışır. Roman boyu 
qəhrəman bu mühitlə, onun amansız qanunları ilə mübarizə 
aparır, Don Kixot yel dəyirmanları ilə vuruşduğu sayaq.  
“Qaraqovaq çölləri” romanı müharibə mövzusunda yazılan-
lar sırasında təqdim olunsa da, daha çox sosial problematik 
kəskinliyə yönəlmiş  əsər kimi yadda qalır. Amma nəsr hava-
sında yox, daha çox açıq publisistik notlar, işarələrdə. Bu ümu-
miyyətlə, bizim müharibə mövzusunda yazılan nəsr əsərlərinin 
xarakterik çalarıdır. Son vaxtlar müharibə mövzusunu işıqlan-
dırmağı təqib qılan nəsr əsəri adı altında daha çox milli-sosial-
siyasi qüsurların, yarıtmazlıqların ifşasını təsvirə çəkmək təqib 
qılınır və başlanğıcını bu məqamdan götürərək müharibə ger-
şəklərinin dərin qatlarına varmaq niyyətində bulunurlar. Bir 
qədər bundan öncə müzakirəyə çıxardılan Aqil Abbasın “Dolu” 
romanı da eynən bu qata həssas idi, qəhrəmanın-Komandirin 
cəmiyyətlə toqquşma, münaqişə məqamlarını müharibə insanı-
nın, iştirakçısının böhranı-dekadansı kimi alırdı. O yerdə ki, 
uğrunda vuruşduğun idealların çökdüyü məqam gəlir, dərin 
insan böhranı başlanır, sonuc da bəllidir-intihar... “Dünyanın 
ən varlı  şəhəri”nin qəhrəmanı Komandir kimi “Qaraqovaq 
çölləri”nin sərgərdanı  Əfsunun da həbsxanada, hakim önündə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə