Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   47   48   49   50   51   52   53   54   ...   78

177 
əsaslandırmış oldu. Dünya mədəniyyətinin vahid struktura 
malik olmasını isbatlamaqla bərabər, həm də göstərdi ki, var 
olana yanaşmada həmişə yeni baxış ifadə etmək, yeni ədəbi-
estetik münasibət izharlamaq mümkündür. 
Eyni çağdaş münasibəti Anarın “Ağ qoç, qara qoç” povesti 
də ehtiva edir. Nağıl mətninin simvolikasına sığınmaqla icti-
mai-siyasi ab-havaya adaptasiya olunmaq məramının nəticəsi 
olaraq yaranan bu əsər həm ideya-bədii keyfiyyət nöqteyi-nəzə-
rindən, həm də dövrün, baş verən proseslərin intuitiv dərki, 
peşəkarlıqla mənalandırılması  cəhətdən uğurludur. Bu uğurun 
gələcək üçün əhəmiyyəti isə yəqin ki, cəmiyyətin dolaşıq mə-
qamlarının durulması, onun xaosunun harmoniya ilə  əvəzlən-
məsi yolunda göstərdiyi xidmətdə görünəcək. Hər halda özü 
haqqında “əsər təkrarlana biləcək yaxın keçmişin səksəkəsi – 
qorxunun proyeksiyasıdır” (B.Əlibəyli) təəssüratını doğura bi-
libsə, yaddaşın ayıq qalmasında da qarant yolu oynaya biləcək.  
Əslində, keçmişin təkrarlanmaması üçün yaddaşın diriliyinə, 
dəyərin mühafizəkarlığına kiçik yazılar belə xidmətini əsirgəmir. 
Təsadüfidirmi ki, bu gün yazılan məqalələrdə predmetin şərhinə, 
yozumuna keçməzdən öncə onun antitezası yaradılır. Nəyinsə 
dəyərini açmaq üçün ilkin olaraq nəyinsə dəyərsizliyini göstərmək 
lazım gəlir. Məxrəcə milli dəyəri, milli düşüncəni qoyub onu 
üstələmək cəhdində bulunan hər hansı  əcnəbi təsirlərin, söhbət 
konkret poeziyadan gedirsə, burada özünə yol açan “izm”lərin 
gücsüzlüyü isbatlanır (məsələn, “Xalq cəbhəsi” qəzetində Nərgi-
zin “Postmodernist aşıq “Şərif Ağayar” məqaləsində olduğu kimi 
– 6 yanvar, 2004), “hazırda yaşanan poeziya bumu”nda dəyərli 
olanın da dəyərsizliyə qarışıb yox olacağından narahatlanırmış 
kimi işığına üz tutduğu yaradıcılığa daha çox bir örnək qismində 
yanaşıldığı bəyan edilir (məsələn, “525-ci qəzet”də M.Məmməd-
linin F.Sadiq poeziyasından bəhs edən “Müdrikliyin zirvəsi” 
məqaləsində olduğu kimi, 6 yanvar, 2004), yaxud eləcə milli 
düşüncəyə qida verən  şerlərin xətti ilə bu məram güdülür (mə-


 
178 
sələn, “Kredo” qəzetində Varat Vüsalın – 27 dekabr, 2003, “525-
ci qəzet”də Zəlimxan Yaqubun – 3 yanvar 2004 – çap olunan şer-
lərində olduğu kimi). 
Baxmayaraq ki, narahatlığa və nəyinsə isbatına lüzum yoxdur. 
Bir halda ki, “Yaddaşım mənim yox, yaddaşlarındır” (Z.Yaqub) 
fikrindən doğan inam hissi özünü tükətməyib və hər şeyin zamana 
qarışmasında onun yaddaşla bağlılığı göstərici olaraq qalır, dəyər 
seçimində yanlışlığa uğramağımızı güman etmək hələ tezdir. Biz 
bu məqamı çox zaman lazımınca dərk etməsək də, o öz həqiqətini 
diktə etməklə hakimi-mütləq olduğunu təsdiqləmədə... 
 
 


179 
SƏNƏT MÖVQEYİNDƏN 
 
İlk sayı Novruz ərəfəsində işıq üzü görmüş “Sənət qəzeti”nin 
(16-31 mart 2004) araya gəlməsini  ədəbi aləmdə  uğurlu fakt 
hesab etmək olar. Kifayət qədər digər qəzetlərə  səpələnmiş 
ictimai-siyasi xəbərlərin,  şou xarakterli yazıların yanında özünə 
yer alan (və getdikcə özü də sözün əsl mənasında onların  əla-
vəsinə dönən)  ədəbi mətnlərdən fərqli olaraq, ədəbiyyatı heç 
nəyin qoşqusu olmadan öz evində, məkanında görmək ürəkaçan 
təsir bağışlayır. Üstəgəl, bugünkü ədəbi-mənəvi dəyərlərin total 
şəkildə  aşınmaya məruz qaldığı, daha çox antisənət nümayiş 
etdirildiyi bir zamanda məhz sənət adını  təqib qılıb meydana 
atılmağın özü də simvolik çalar kəsb edir; o vaxta qədər ki, əks 
müstəvidə  qərar tutanların fəaliyyəti öz mövcudluğunu davam 
etdirirkən, qəzet sərlövhəyə çıxardığı ada sadiq qala biləcək. 
Bəli, iyirmi dörd səhifə ciddi rəqəmdir və etiraf edək ki, ilk 
buraxılışın ümumi səviyyə və görünüşü də ona ciddi yanaşmağa 
əsas verir. Ümumiyyətlə, son zamanlar çağdaş  ədəbiyyatımızda 
sırf yaradıcılıq ritminə köklənib  ədəbi mətnlərlə ictimaiyyətin 
ixtiyarına verilən nəşrlər, əsasən toplular (məs., AYO-nun 2003-
cü ildə nəşr etdirdiyi “Yaquar yerişli zaman” almanaxı, artıq ayda 
bir dəfə  çıxmağa başlamış “Mars” ədəbi-bədii, elmi-publisistik 
jurnalı) yaranıb ki, onların məziyyətlərini sərf-nəzər etmədən üzə 
çıxarmağa dəyər. Lakin icmalımızın predmetini ötən həftənin irəli 
çəkdiyi önəmli faktın təhlili təşkil etdiyindən hələlik “Sənət 
qəzeti”nin panoramına əsaslanacağıq. 
Qəzetin ehtiva etdiyi mətnlərin janr dairəsi müxtəlifdir. Burada 
hər müəllif yaradıcı  məhsulu ilə  təmsil olunub. Kimi tərcüməsi 
(N.Əbdülrəhmanlının tərcüməsində F.Dostoyevskinin “Qumar-
baz” romanından, K.Əliyevanın tərcüməsində Otto Veyningerin 
“Cins və xarakter” əsərindən parçalar, İ.Fəhminin tərcüməsində 
V.Pelevinin “Milad gecəsi” – 117. D.İ.R.”, Kənan Hacının tərcü-
məsində A.Platonovun “Balaca əsgər” hekayəsi və s.), kimi tən-
qidi mətni (Ə.Cahangirin “Antiutoriya” məqaləsi və s.), kimi 
bədii nümunəsi (R.Tağının “Bizdən ötrü darıxma”, O.Əhmədo-


 
180 
vun “İşıq gələn tərəf” hekayələri, İ.Fəhminin “Çənlibel tülküsü” 
ədəbi layihəsi, Rövşəinin şerləri) və s. və i.a. ilə. 
Yəni qəzet sadəcə, sənət adına uyar olana öz məkanında yer 
ayırıb. Hətta təəccüblü də deyil ki, digər qəzetlərdə çap olunan 
layiqli mətnlərdən bir qismi təkrar çapını (məs., T.Əlişanoğ-
lunun “Yaşar Qarayev tənqidinin dərsləri” məqaləsi), bir qismi 
isə davamını (məs., C.Abdullayevin layihəsi – “Müasir dünya 
ədəbiyyatı barədə söhbətlər” müsahibəsi kimi) burada tapmağı 
özünə rəva bilib: sənətkar və sənət haqqında ədəbiyyat söhbət-
lərini sənət məkanında bölüşməyib başqa hansı ünvana üz 
tutmaq olar ki? 
Onu da qeyd edək ki, qəzet bu gün ədəbi prosesimizin eh-
tiva etdiyi, onun ümumi mənzərəsindən hasil olan reallığı da 
ortaya qoyub və bəlkə də ayrı-ayrılıqda o qədər də bariz nəzərə 
çarpmayan bu tendensiya iyirmi dörd səhifəlik bir qəzetin tər-
kibinə cəm olan mətnlərin ümumi görünüşünün aşıladığı təəs-
süratda açıq görünür. Söhbət ondan gedir ki, biz ədəbi arse-
nalımızda olan boşluqları doldurmağın başlıca yolunu kənardan 
gətirilən mətnlərin təsirində daha çox axtarırıq. Hələ ki, ədəbi 
mətnlərin qoyulduğu tarazlıqda başqalarının sözü bizim öz sö-
zümüzdən ağır gəlir və  təbliğ  məsələsinə münasibətdə güclü 
mərkəzdənqaçma meylləri aparıcı xətti təşkil edir. 
Bu gün daha çox təbliğ olunan nədir? Qərb, eləcə də digər 
ölkə  ədəbiyyatına mənsub nümayəndələrin düşüncələri və 
onların yaratdıqları  ədəbi mətnlər. Yox, əlbəttə, bunlar da zə-
ruridir. Bəşəriyyətin qloballaşmaya yön aldığı indiki durumda 
biz də qapalı dövriyyə ilə kifayətlənməyib dünya ədəbi arse-
nalının dəyərlərindən yaralanmalıyıq. Amma əgər bu proses 
birxətli istiqamətdə, yəni “vahid informasiya məkanından 
bəhrələnmək,  əvəzində ora heç nə artırmamaq” (Y.Qarayev) 
şəklində gedirsə, belə bir natamamlıq kompleksinə ürcah olan 
ədəbiyyatın sonda elə bir yüksəliş  əldə etməyəcəyi  şübhə do-
ğurmur. Ədəbi proses bu mənada sinxron deyil, birtərəfli inki-
şafa doğru meylləndiyindən haqqında narahatlıq izhar etməyə 
əsas verir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə