Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   48   49   50   51   52   53   54   55   ...   78

181 
Əslində nə dəyişib? Dünənə qədər ədəbi-milli dəyərlərimizi 
buxova salıb zəncirləyən  əsarətdə yaşayırdıq, bu günsə  həmin 
dəyərləri üzə  çıxarmağa, nədə  əksini tapdığını müəyyənləş-
dirməyə cəhd etməyən azadlıqda yaşayırıq. “Bu gün ədəbiyyat 
yaranır, amma təbliğ olunmur” – qəzetə müsahibəsində Arif 
Əmrahoğlu haqlı olaraq bu amili ədəbiyyatın  əsas problem-
lərindən biri kimi səciyyələndirir. Bəli, təbliğ zəruridir. Ən azı 
bilmək üçün ki, dünyaya axın prosesinə, mənəvi inteqrasiya və 
ədəbi dövriyyəyə çağdaş  ədəbiyyatımız hansı istiqamətdə 
pozitiv müdaxilə, yenilik təqdim edə bilər və ümumiyyətlə, bu 
gün yaranan ədəbiyyat ki, var, milli varlığımızı görükdürməyə, 
onu təmsiletmə potensialını ehtiva etməyə qadirdimi? Xüsusilə 
indi,  ədəbi gedişat özü haqda iki paradoks xarakterli qənaət 
formalaşdırırsa ki, “son illər ərzində ədəbiyyatımız bütün prob-
lemləri adlaya bildi. Bu illər  ərzində  ədəbiyyat təkcə özünü 
qorumaqla kifayətlənmədi, böyük bir inkişaf yolu keçdi. Yeni 
tipli əsərlər yarandı, cəsarətli eksperiment aparıldı. Bu ədəbiy-
yatın qələbəsidir” (A.Əmrahoğlu) və Əsəd Cahangirin “Antiu-
topiya” məqaləsində müəllifində etirazına səbəb olan, ədəbi 
proses haqqında səsləndirilən belə bir imperativ: “Son dövrün 
ədəbiyyatına münasibətdə təxmini olaraq belə bir fikir var: Bu 
gün bizdə  ədəbi proses yoxdur”. O zaman ikinci fikri fənaya 
uğratmağın və bu cür əsassız formullara, birdəfəlik son qoyma-
ğın yolu başlıca diqqət hədəfini daha çox yaranan ədəbiyyatın 
üzərinə köçürüb, onların milli şüura nə  dərəcədə  bədii-estetik 
dəyər qatmasını üzə  çıxartmaqla reallaşa bilər. Etiraf edək ki, 
bu cür təbliğetmə  işində  ədəbi tənqidin öhdəsinə daha böyük 
məsuliyyət düşür. 
Belə bir ayrıntının aparılması  həm də ona görə vacibdir 
ki, sabahkı  ədəbiyyatın xarakteri, onun keyfiyyət göstəricisi 
bu gün müəyyənləşir (necə ki, bu gün yaranan ədəbiyyatın 
zaman mənbəyi doxsanıncı illərdir). Sabahkı  nəslin estetik 
tələbatını isə yalnız tərcümələrdən qazandığımız dəyərlərlə 
ödəyə bilmərik. 
 


 
182 
ZİYALI SİNDROMU 
 
Bu kitabı mədəniyyətimizin patriarxlardan olan 
ədəbiyyatşünas alim Yaşar Qarayevin unudulmaz xatirəsinə 
həsr edirəm. Və çağımızın ədəbi mənzərələrinə nəzər qıldıqca 
Yaşar Qarayev Sözünə  sığınır, güvənirəm. 
 
“Hazır  ənənənin dalınca getmək qat-qat asan, sənəti yeni 
keçidə hazırlamaq qat-qat çətindir. Birinci halda məhz “bazar 
iqtisadiyyatı”ndan çıxış edirsən:  ən cari, kustar ehtiyac baxı-
mından müştəriyə hansı mal, mətah, ideya lazımdırsa piştax-
taya onu qoyursan. Sən “bazar”ın dalınca gedirsən və elə 
bilirsən zaman sənin dalınca gedir. İkinci halda – ədəbi, mütləq 
və sabit sənət və həqiqət mövqeyindən xalqa düz söz deyirsən, 
bəlkə  də acı olan, sərfəli olmayan, kütləyə “lazım olmayan” 
söz deyirsən, amma həqiqəti deyirsən”... (Yaşar Qarayev) 
Yəqin həmişə belə olub. Ədəbiyyat olan yerdə antiədəbiyyat 
nümunələri də yaranıb, peşəkarlıq olan yerdə kütlə psixolo-
giyasının tələbini ödəyən mətnlər də özünə yol tapıb. Bunların 
zəminində isə iki növ səviyyəni ehtiva edən ziyalı obrazları 
formalaşıb:  ədəbiyyat ölçülərini nəzərə almadan, müəyyən ma-
raqlara və  məqamlara xidmətin göstəricisi kimi meydana çıxan 
yanaşma nümayiş etdirənlər, yaxud əksinə,  əbədi sənət idealını 
əsas tutub öz həqiqət çevrəsini cızan, ədəbi dəyərlərə və meyarla-
ra münasibətdə güzəştə getmədən sırf yaradıcılıq faktı arayanlar... 
Zaman-zaman sinxron, müvazi şəkildə fəaliyyətdə olan hər 
iki qütbün təmsilçiləri bu gün də  ədəbi prosesimizdə görünür 
və  təəssüf doğuran odur ki, bu ənənəvi gedişdə mənfi-müsbət 
nisbəti hələ  də ikincinin xeyrinə  dəyişmir. Səbəbsə yalnız 
birincinin yalançı gücündə deyil, yox, daha dəqiqi, həqiqəti 
yeritməyə  və  dəstəkləməyə iqtidarı çatan ziyalı mövqeyinin 
yoxluğundadır. 
Bəli, bizdə ikinci səviyyənin meydanı daralıb, onu təmsil 
edən ziyalı və auditoriyanı tapmaq (oxu: toplamaq) müşkül işə 


183 
dönüb. Baş verən proseslərə varıb-görürsən ki, bizdə hələ belə 
söhbətlərə hazır auditoriya yetişməyib. 
Bəlkə bu gün ziyalının susması,  ən pis halda isə “bazar”ın 
dalınca getməsi məhz, bu amillə bağlıdır. Yəni kamil audito-
riya olmayan yerdə hansısa inqilabi görkəm alıb dönüş yarat-
maq niyyəti, periferiyadan mərkəzə – ədəbiyyat müstəvisinə 
çağırış, dəvət notları səsləndirməyin özü sonda müəllifini Yusif 
Sərrac kimi kor kütlənin həmləsinə  hədəf edə bilər. Axundov 
haqlı deyildimi xalqın, toplumun şüurunun oyaq olmadığı təq-
dirdə aparılan bütün islahat cəhdlərinin  əbəs olduğunu bildi-
rəndə?! Yoxsa “sözünü o kəslərə de ki, səni dinləmək istəmir” 
təskinliyini təqib qılıb üzünü “sözün sərf olmadığı” çoxluğa 
tutmaq və gözləmək ki, ədəbiyyatımızın yaradıcılıq problemlə-
rini bölüşməyə deyil, adını, tərifini eşitməyə, bir-birləri ilə gö-
rüşüb dərdləşməyə təşrif buyuran şəxslər sənə qulaq verəcək – 
hədəfə sərf olunan enerjidir. 
Amma əslində, ziyalıya həvalə olunan funksiya bu növ ste-
reotip normalar əleyhinə çevrilişdə üzə çıxır. Çünki onun ədəbi 
tərəqqi hərəkatında aparıcı rolu ötəri zaman və məkana uyğun-
laşmağın səviyyəsindən daha dərin və ucadır. 
“Ziyalının missiyası  və rolu məqama xidmət etmək deyil, 
məqamlar arasında vəhdətə xidmət etməkdir, nəsillərlə əsrlər, 
yaxınlar və uzaqlar arasında da əlaqə  və ahəng yaratmaqdır, 
işığı keçməyə, şamı sönməyə qoymamaqdır, ocaqdan-ocağa od 
daşımaqdır”.  
Bizdə ziyalı “mən”i o zaman diksinir ki, ya kimsə onun bos-
tanına daş atır, ya da ədəbiyyatımızı “kənar gözlə” seyr edən 
birisindən qəfil zərbə alır. 
Diqqət edək: Ötən həftələrin birində “Yazıçılar Birliyində 
atalar-oğullar deyil, nəvələr-babalar münasibəti hökm sürür” 
(“Ədalət”qəzeti, 21 fevral 2004) yazısı çap olunar-olunmaz ünva-
nına deyilən fikirlərlə barışmayan Dünya Gənc Türk Yazarlar 
Birliyi dərhal cavab reaksiyası verib “doğru olan”ı  mətbuat 
səhifəsinə çıxarmağa qərar verdi. (“Doğru olan”, “Ədalət” qəzeti, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə