171
gün bədii fikir və zaman arasında tənasübün pozulması, nəzərə
çarpacaq dərəcədə ziddiyyətin əmələ gəlməsi təqdir olunmaq
üçün gərəkli olan üçüncü amilə – oxucu münasibətinin məh-
rəmliyinə qarşı da sədd yaradır. Axı çağdaş nəsrin axtarış-
larının mərkəzində xalqın, millətin bu günü və gələcəyi ilə
bağlı narahatlıqların monumental ifadəsini, müstəqillikdən son-
ra formalaşan yeni İnsan tipini, ən əsası isə müharibə yaddaşı-
nın fəlsəfi dramatizmini və kəskin ifadəsini görməyən oxucu-
nun son anda yaşantılarının tərcümanı olmaq prioritetini nüma-
yiş etdirə bilməyən ədəbiyyata olan inamı sarsılır. Bu inamın
əzəli bütövlüyünün bərpası bu gün gənc nasirlərin hakim mis-
siyanı nə səviyyədə reallaşdıra bilmələrindən daha çox asılıdır.
Bu xüsusda, nəsrə dair müşavirədə səslənən: “Yaxşı olardı ki,
təsvirlərin gerçəklikdən qaynaqlanması, həqiqi və canlı savaş
görüntülərinin yaradılması, müharibə psixologiyasının və
ovqatının aşılanması üçün şəhid ailələri, döyüş iştirakçıları və
qaçqın düşənlərlə ünsiyyət qurulaydı” (Anar) kimi təklifə də
diqqət yetirməyə dəyər. Əks təqdirdə isə şair Səlim Babulla-
oğlunun fikri daha tutarlı görünür: “Qarabağ haqqında bu cür
yazmaqdansa sükut yaxşıdır”.
Yenidən qayıdaq “proza yoxdur” fikrinə. O fikrə ki, bu gün
ona istinad edib təsdiqləmək obyektiv mənzərəni tam ifadə
eləmirsə də, ona qarşı əks qütbdə dayanıb “proza var” im-
perativini səsləndirmək də həqiqətə uyğun gəlmir. Çünki bizə
kəmiyyət yox, keyfiyyət gərəkdir, həyatımızın ictimai və mə-
nəvi dərinliklərinə nüfuz etməyə qadir ola biləcək əsər gərək-
dir. Bunu tapmayanda isə məcburuq birinci hökmün qarşısına
bir təyin əlavə edək: “Bizdə ciddi proza yoxdur”, vəssalam.
Və fikirlərimizin əsası kimi: əgər bu gün ölkədə nəsrlə bağlı
müsabiqə təşkil olunur və günün nəsr mənzərəsini ehtiva edən
müsabiqə mətnlərinin içindən keçib hansılarınsa qalibiyyəti ilə
bağlı qənaətə imza atan ekspertlərdən biri sonradan “Mənə sırf
sənət ölçülərinə gələn mətn verin” (Aydın Talıbzadə) deyib də
estetik tələbatını doyuramadığını bəyan edirsə, deməli,
nəsrimizin durumu ilə bağlı ifadə olunan nigarançılıqlar əbəs
deyil. Belə... Düşünməyə dəyər hər halda.
172
AXUNDOV MƏQAMI
Ötən həftənin diqqət önünə çəkdiyi məsələlər daha çox
ədəbi tənqidimizlə əlaqədar oldu desəm, zənnimcə, yanılma-
ram. Əvvəlcə Yazıçılar Birliyində son beş ilin ədəbi tənqidi
haqqında müşavirə keçirildi, sonra eyni məkanda ustad tənqidçi
Kamal Talıbzadənin 80 illiyinə həsr olunmuş görüş təşkil
olundu, daha sonra “525-ci qəzet”in son şənbə buraxılışında
adı gedən sahəni əhatə edən məsələlərə tənqidçi Vaqif Yusif-
linin müsahibəsində önəm verildi.
Üç müxtəlif nəsli və dəyərlərə münasibət məsələlərini qarşı-
qarşıya qoyan ədəbi həftə sanki müqayisəyə meydan yarat-
mışdı. Dünənin tənqid simasının cizgiləri, onun çətinlikləri,
uğurları və uğursuzluqları... Məsələ tənqidin hazırkı durumuna
gəldimi, həmişə dəbdə olan şikayətlər yenidən eşidildi, mövqe
zəifliyi, peşəkarlığın itməsi haqqında gileylər yenidən vurğu-
landı. Səbəblərin çözülməsində isə belə bir fikir də səsləndi ki,
bu gün tənqidimizdə ağsaqqal yoxdur (V.Yusifli). Amma axı
var: K.Talıbzadə, B.Nəbiyev, Ş.Salmanov... sıralarımızı vaxtsız
tərk etmiş Y.Qarayev, A.Məmmədov, N.Cabbarlı... daha əvvəl
M.Arif, M.C.Cəfərov, M.Hüseyn... bir qədər də geriyə adlasaq:
S.Hüseyn, F.Köçərli, M.F.Axundov... Söhbət ondan getmir ki,
bu şəxslərin bir qismi artıq həyatda yoxdur, bir qismi isə
konkret çağdaş dövrün tənqidilə məşğul olmurlar. Söhbət on-
ların qoyduqları təcrübədən, elmi-nəzəri səriştədən gedir ki,
son müşavirə bizim məhz bu sarıdan problemə müncər oldu-
ğumuzu bəlli etdi.
Bəli, üzdə hər şey qaydasındadır: biz ağsaqqal tənqidçilə-
rimizi unutmuruq, bu şəxslər bizim üçün püxtə, peşəkar
münəqqidlərdir, onların yaradıcılığının bütün istiqamətlərini
ədəbi tənqidimizin uğurları adına yozub layiqli irsə nümunə
göstəririk. Konkret yazı təcrübəmizə gələndə isə məlum olur
ki, onların ədəbi prosesə – əsərlərəmi, əsərlərin təhlilinəmi ya-
naşmada nümayiş etdirdikləri bədii-estetik keyfiyyətlərdən,
173
elmi meyar və prinsiplərdən uzaqlaşmışıq. Mahiyyətinə varma-
dan, təcrübəsinə enmədən eləcə “sosialist realizmi” damğası
vurub tarixin arxivinə bağışlamışıq. 70 illik bir dövrün təcrü-
bəsini küll halında yararsız hesab edərək, yeni düşüncə sistemi
formalaşdırmağa qərar vermişik. Fəqət, nədən bizim ultramo-
dern, dünya standartları ölçülərindən yanaşdığımız predmeti
bütün tərkib və parametrlərində canlandırmağa müyəssər
olmuruq, bir növ dünənin acı təcrübələrini rişxənd hədəfinə
çevirib onun fövqündə duran, ədəbi prosesin dinamikliyinə
rəvac verən sözü söyləyə bilmirik. Eləcə keyfiyyətə deyil,
kəmiyyətə istinad edib quru xronoloji, bəsit statistik göstərici
ilə kifayətlənirik, ədəbiyyatın müxtəlif sferalarında təmsil
olunanları, əks-tənqidçiləri və ümumiyyətlə, tənqidçi olmayan-
ları bir yerə cəm edib çağın ədəbi tənqid panoramını yaradırıq.
Amma maraqlıdır, daha doğrusu təəccüblüdür ki, bu qədər
“tənqidçi ordusu” ilə niyə ədəbi tənqidin çoxşaxəli istiqa-
mətləri qarşısında yenilir, onunla müvazi addımlamaqda aciz
qalırıq, yaxud konkret tənqidin zəifliyi haqqında hələ də eşidilən
şikayətləri dəf edə bilmirik. Əvəzində, növbənöv alternativlərlə
üzbəüz qalırıq: cavan tənqidçilərə gah Aydın Məmmədov tənqidi
etalon qismində nümunə çəkilir (Q.Nəcəfzadə), gah da tənqid
məktəbini keçmək – K.Talıbzadənin “Azərbaycan ədəbi tənqidi-
nin tarixi”ni oxuyub öyrənmək tövsiyə edilir (N.Şəmsizadə). Və
zənnimcə, sonuncu məqama diqqət yetirməyə dəyər. Ən azı
nəzəri-estetik fikrin çağdaş ədəbiyyata xidmətində hansı yollar-
dan, mərhələlərdən keçdiyin dərk etmək, mövcud təmayül və
istiqamətlərə yanaşmada sınanmış təcrübələrdən yararlanmaq
üçün. Hətta qayıtmaq da vacibdir o yerə ki, orada tənqidin ilkin
mahiyyəti açıqlanır, “baniyə-kar” M.F.Axundov ilk dəfə ədəbiy-
yata gətirdiyi bu elmin sadə düsturunu verir: “... bu qayda Avro-
pada məlumdur və onun böyük faydaları vardır, məsələn bir şəxs
kitab yazdığı zaman, başqa bir şəxs onun əsərinin mətləbləri
xüsusunda kritika yazır... Müəllif ona cavab verir. Ondan sonra
üçüncü bir şəxs meydana çıxır, ya müəllifin cavabını təsdiq edir, ya
Dostları ilə paylaş: |