Rüstəm Kamal
110
təmasa girir. Bu duyğusal əlaqədə əşyalar dünyası həm obyekt
kimi, həm subyekt kimi çıxış edir.
Bu psixoloji açıqlama Nüsrət Kəsəmənli poetikasında ölüyə
toxunma, meyitlə təmasda olmaq motivini anlamağımız
üçündür.
Alнından öpməyə qorxuram,
Əllərindən öpürəm
oğlunun alnından öpmüş məktubu
qoynunda gəzdirən anaların,
Üzündən öpürəm,
ayaqları məktəb pillələrini
öpən balaların,
Dodaqlarından öpürəm
ürəyə yaxınların…
Yaxud:
Vaxtlı-vaxsız bir ölümdür gələcək,
Boğub məni qəh-qəh çəkib güləcək,
Açıq qalan gözlərimsə görəcək,
Qapamayın gözlərimi, amandır.
Ölüyə toxunmaq ölünü öz «mən»inin içinə almaq üsuludur,
həm də bu xatirə-yaddaş effektidir.
Alından öpmək - ölümün varlığını, ölüm dəhşətini
yaşamaqdır. Bu şeir həm də başqalarının ölümü vasitəsilə
«Mən»in ölümünü щисс етмякдир.
Bir gün babamın alnından öpdük
əvvəl nənəm, sonra mən;
Bir gün də nənəmin alnından öpdük,
Rüstəm Kamal
111
əvvəl anam, sonra mən;
Sonra anamın alnından öpdük,
əvvəl ölüm, sonra mən…
N.Kəsəmənli «3 mart 1985» adlı şerində melanxolik
ovqatını daha qabarıq verir. Melanxoliya - «mən»in
boşalmasıdır, «mən»in kasıblamasıdır. Z.Freyd «Yas və
melanxoliya» adlı klassik araşdırmasında yazır ki, hər iki
durum itki nəticəsində, əsasən yaxın adamın ölümü nəticəsində
yaranır. Yaxın adamın itkisi insanda sevimli varlığa olan
bağlılığı tezliklə aradan qaldırmır. Normal insan mövcud
durumu itki fiksasiyası kimi və bu fiksasiya ilə mübarizəsi kimi
qəbul edir. Ölənin [mərhumun] fiksasiyası ilə mübarizəni
Freyd - yas adlandırır ki, onun mahiyyəti dünyanın müvəqqəti
«boşluğu»dur, ölümə marağın tədricən itməsidir:
Yaşında ağalaya bilmədim, ana, /
Boşalda bilmədim/
daşlı ürəyimin ağrısını/
Deyə bilmədim/
ayrılığın acısını
Elə bil məni ağlayırdılar, / Hamı
üzümə baxırdı/
gözlərini sıxa-sıxa, / Onlar nə biləydilər /mən
çoxdan ağlamışam / yalqız anasızlığa…
/Gözlərimi
quru görüb /ürək-dirək verməlidir, /Köksümdə
qırx il/ «Ana» deyib ağlayan / ürəyimi
görmədilər…
Onun üçün kainatda, təbiətdə bütün canlılar və varlıqlar –
şair, ağac, yağış, külək, qadın, gecə... qərib idi. «Qərib» epiteti
onun sevdiyi məcaz idi: qərib gecə, qərib axşam, qərib adam…
Rüstəm Kamal
112
«Qərib» sözünün qəribə - qəraib, qürbət - qərb - məğrib -
qürub - qürb - əqrəba ifadələriylə məna yaxınlığı Nüsrətin
içində qürub işığı olan, onun qarasevdalar şairi oldğunu
bildirir.
Bu qərib axşamda qapı dalında
Dünyanın özündə qərib kimiyik…
Nüsrət öz istiqanlığı, səmimiyyəti ilə ətrafında daim bir
toplum (ailə, dost) çevrəsi, «yığnaq ilğımı» yaratsa da,
dünyanın tənha adamıydı. Ömrünün son illərində daha da
tənhalaşдырмышды. Тянща аьаъ ися щямишя илдырым
вурур.
O ağac nə çəkir tənhalar bilir,
Mənim o ağaca yazığım gəlir.
Allahın она verdiyi boy-buxunla tənhaydı, yadıydı. Seçilən
boy-buxunu, zahiri görünüş onun daha çox «özgə» dünyaya
mənsubluğunu göstərirdi:
Mənim bu şəhərdə kimim var axı,
Taleyin verdiyi paya-paxıllıq.
Boyu ki, mən özüm qazanmamışam,
Allahın verdiyi boya – paxıllıq.
Şairin poetik təhtəlşüurunda «fotoşəkil» obrazı onu o biri
dünyaya bağlayan simvoldur, yadlığın, özgəliyin nişanəsidir.
Qara çərçivədən baxacaq şəklin
Donuq gözlərində daldalanar qəm.
Rüstəm Kamal
113
«Şəkil» bir detal kimi taleyin əşyaviləşdirilmiş mifoloji
funksiyasını daşıyır:
Dedin, son xatirəm quru şəkildi
Yazdın, unudanda baxarsan ancaq
Mən səni unutsam… düşündünmü bir
Şəklin səndən əvvəl unudulacaq.
Bu poeziyada dünyanın kişi dərki dilin mövcudluq üsuludur.
Simvolik kişi strukturu simvolik mənaların mənbəyi olan lirik
subyekti, qəhrəmanı formalaşdırır. Şairin lirik qəhrəmanı
ancaq kişilik dəyərlərinin qəbulu ilə dilə qatıla bilir.
Kişilərin doğulduğu yer - ana bətni, olduğu və öldüyü
məkan - ana torpaq-dırsa, qadınların yaşayıb öldüyü, qeyb
olbuğu yer - kişi qoynudur.
Gözəl - gözəl qadınlar
özlərini dəfn edirlər
iyrənc - iyrənc
kişilərin qoynunda…
Ömür-tale oyununda daim özünü aldatmağa və inandırmağa
cəhd edirdi. Ömrün özünə uduzmaq labüdlülyü alman şeirinin
dahisi R.M.Rilkenin iyirmi yaşında intihar etmiş bir şairin
ölümünə həsr etdiyi elegiyasındakı əzablı qənaətin təsdiqidir:
«Wer spricht vom Siegen? Überstehn ist alles»: Kim
qələbədən danışa bilər? Hər şeyə dözmək – yalnız budur
mahiyyəti».
O, öz ömür ssenarisində Юзэя гапысындан Гурд
гапысына эялдийини дуймушду. «Гурд гапысы» юлцм
мяканынын адыдыр.
Sərnişin gözləyən karusel kimi
Ölüm «Qurd ağzında» gözləyir bizi…
Dostları ilə paylaş: |