Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə32/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   28   29   30   31   32   33   34   35   ...   63

Rüstəm Kamal 
 
118 
 
Əlyazma  Kamal  Abdullanın  təxəyyül  məkan  obrazıdır, 
məhz  Yazıda  (əlyazmada,  gündəlikdə,  istintaq  protokolunda) 
bədii ifadə resuslarını gerçəkləşdirir. 
K.Abdulla  yaxşı  bilir  ki,  Əlyazmada  istənilən  ömür 
epizodunun, istənilən hadisənin və irreal təsvirin kombinasiyası 
mümkündür. Əlyazma məkanın zamana çevrilmə formasıdır. 
Əlyazma  sözlərin,  düşüncələrin  qeydə  alınmasıdır. 
Düşüncənin və nitqin  salnaməsidir. Əlyazmada fikir, təxəyyül 
maddiləşir. Çevrilmə (metamorfoza) və inversiya Yazının  əsas 
prinsipləri olur. 
O, əsərlərində “katib-yazar” arxetipini gerçəkləşdirir, özünü 
əski  əlyazmaların  üzünü  köçürən,  səhifələrin  kənarında 
müəyyən  əlavələr  –  qeydlər  aparan  katib  obrazında  görür. 
“Yarımçıq  əlyazma”  romanı  gerçək  tarixi  hadisəni  nəql  edən 
katib  tərəfindən  qələmə  alınmış  əski  əlyazma  kimi  təqdim 
olunur.  Dədə  Qorqud  “bəlkə  də  ilk  istintaq  prosesinin  yeganə 
katibidir,  başqa sözlə desək,  yazardır. İstintaqın gedişi zamanı 
etdiyi  qeydlər,  apardığı  müşahidələr  gələcəkdə  yazacağı 
möhtəşəm Dastanın eskizləri kimi də dəyərləndirilə bilər” 
K.Abdulla da  Borxes kimi Yazını (mətni) oxu prosedurunu 
mifoloji  ayinlə  eyniləşdirir  (Məsələn  “Yarımçıq  əlyazma”nın 
oxunuşu üç dəfə olur. Magik oxu aktından sonra “açar” tapılır. 
“... gün Bayandır xan yenə dərgahına özümü yetirib ədəblə baş 
əyib salam verdim” bu əslində əlyazmanın ikinci cümləsi idi”), 
yəni  müəllif  özünü  ritual  və  Mif  personajları  ilə  eyniləşdirir. 
“Yarımçıq əlyazma” tarixi-mədəni miflərdən (Dədə Qorqud və 
Şah  Xətai)  doğulur  və  romanın  personajları  tarixin  və  taleyin 
oyun  məntiqinə  tabe  olaraq  çıxış  edirlər.  O,  tarixin  oyun 
modelini  yaratmaq  üçün  Əlyazma  metaforasına  üstünlük 
verməli olur. 
Epos  (“Kitabi-Dədə  Qorqud”)  qəhrəmanlarını  sakrallıqdan 
məhrum  edib,  onları  profan  məkana  yerləşdirir.  Mütləq  epik 
keçmiş nisbi keçmişlə əvəzlənir. 


Rüstəm Kamal 
 
119 
 
Yazı  üçün  gərəkli  bir  çox  mifoloji,  etnomədəni  streotipləri 
mənimsəyir, bədii təxəyyül süzgəcindən keçirir. “Dədə Qorqud 
kitabı”nın sirləri, “Gizli Dədə Qorqud” kimi yenidən oxunur və 
yazılır. 
“Kitabi-Dədə  Qorqud”un  sakral  mətn  kimi  müəllifsiz 
olması,  yaxud  katibin    məchulluğu  yeni  mətn  Müəllifin  yeni 
biçimində (Kamal Abdulla) yaranmasına imkan verir. 
Mifoloji  oxu  magik  yazını  nəzərdə  tutur.Mif  və  magiya 
yaratma  üsulu  Yazının  ilkin  resursları  olur.  “Kitabi-Dədə 
Qorqud” – “Gizli Dədə Qorqud” –  “Yarımçıq əlyazma” mifo-
loji yaradıcılıq üzrə simvolik protokol  və instruksiya olur. 
Yaradıcılıq  ömrün  mətnə  reduksiyasıdır,  mətnin  şərhi  isə 
ömrün 
deduksiyasıdır. 
Borxesin 
uydurma 
yaddaşı, 
“uydurulmuş hekayətlər” janrı bu fikrin təsdiqidir. Borxes üçün 
“uydurulmuş  rəvayətlər”  söz  birləşməsi  nə  deməkdir?  Axı 
Borxes  heç  vaxt  filoloq  alim  kimi  çıxış  etmir,  onun  bütün 
rəvayətləri  bədii  uydurmadır.  O  öz  hekayələrində  “uydurma” 
sözünü  xususi  qabardır  və  buna  da  bir  əsası  var:  uydurma 
yaradıcılıq  deməkdir.  K.Abdullanın  bədii  “uydurmalarını” 
buraya şamil etmək olar.  
Mədəni  artefaktların  (kitab  və  əlyazma)  şərhi  (interpre-
tasiyası)  X.L.  Borxes  və  K.Abdulla  hekayələrinin  strukturun 
əsasını  təşkil  edir:  uydurma  ideyanın  konturlarını  müəyyən-
ləşdirir.  İdeyanın,  fikrin  mənasını  anlamaq  ssenarini  müəyyən 
epizoda, 
situasiyaya 
(K.Abdullada 
“sirrə”qədər)  qədər 
genişləndirmək,  ideyanın  sosio-mədəni  kontekstə  salmaq  və 
mətn  mənbələrini  (məsələn:  “Yarımçıq  əlyazma”  romanının 
girişində  əlyazmanın  nömrəsi  göstərilir:  Yarımçıq  əlyazma  A-
21/733”.  Əlyazma  Milli  Əlyazmalar  İnstitutunun  (Fondunun) 
orta  əsrlər  şöbəsinin  kataloqundan  tapılır.  Əlyazma  ilə  bağlı 
“525-ci  qəzet”də  elan  verilir.)  göstərmək  gerçək  həyat 
epizodunun təsvirinə çevrilir. 
Hər  iki  yazıçıda  mifyaratma  mexnizmlərindən  biri  də 
yuxudur.  K.Abdullanın  “Adaşlar”  hekayəsi  əsasında  yuxu 


Rüstəm Kamal 
 
120 
 
arxetipi  üzrə  qurulur.  Məsələn,  Borxes  “Kolricin  yuxusu” 
essesində  yuxudan  yaradıcılıq  hadisəsi  kimi  yazır.  Monqol 
imperatoru    Kublaxan  və  ingilis  şairi  Kolric  ədəbi  arxetiplə 
bağlı olur. 
XIII  ərsdə  yaşamış  monqol  imperatoru  yuxusunda  saray 
görür  bu  sarayı  yuxusunda  gördüyü  kimi  tikir;  XVIII  əsrdə 
ingilis  şairi  Kolric  həmin  tikilinin  yuxu  əsasında  yarandığını 
bilmədən yuxusunda həmin sarayı görür və bu haqda  poemanı 
yazır...  Ola  bilsin  ki,  insanların  dərk  edə  bilmədiyi  arxetip, 
əbədi  obyekt  onların  dünyasına  daxil  olur;  onun  ilk  təzahürü-
saray,  ikincisi,  Kolricin    poemasıdır”  (Борхес  Х.Л, 
Сочинения. Т.2, с.21-22). 
Hər  iki  yazıçı  dünya  mədəniyyətini  “proektiv”  xatirələrin 
məcmusu  kimi  qəbul  edir.  İstənilən  hadisə  -  məişət,  mental, 
mifoloji  (“Paskal  sferası”)  hadisə  proeksiya  bucağı  ola  bilir. 
“Uydurma yaddaş” X.L. Borxes və K.Abdulla üçün kültüroloji 
arqument deyil, həm də özləri ilə oyundur.  
Hər  iki  yazıçının  estetikasında  Kitabxana  və  Əlyazma,  Mif 
və Yuxu  yaradıcılıq  işidir. X.L. Borxes dünyanın tənha adamı 
idi.  ”Bu  dünyada  ən  böyük  tənhalıq  bəlkə  də  fikrin, 
düşüncənin tənhalığıdır.” – Ramiz Rövşən bu sözləri Kamal 
Abdulla ilə bağlı deyib.  
 
 
 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə