Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə34/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   30   31   32   33   34   35   36   37   ...   63

Rüstəm Kamal 
 
124 
 
"gözləmə  zalında"  oturub  Saday  Budaqlının  daha  uğurlu  və 
sevincli gəlişini gözləyirik. 
Biz bu gəlişi qarşılamağa həmişə hazırıq. 
 
 


Rüstəm Kamal 
 
125 
 
NƏRİMAN ƏBDÜLRƏHMANLI:  
КИШИ МОНОЛОГУНУН НЯФЯСИ  
 
Nəriman 
Əbdülrəhmanlının  Azərbaycan  ədəbiyyatına 
gəlişini  həmişə  təsəvvür  etməyə  çalışmışam.  Tərcümələr, 
intervyülər, məqalələr (onun Borçalı  şairləri  haqqında  istiqanlı 
və  istedadlı  yazılarını  nəsrindən  ayırmıram),  qəzet-jurnallarda 
ara-sıra  çap  olunan  hekayələr  onun  iri  formaya  hazırlaşdığını 
göstərirdi. Onun bu cür ehtiyatlı ədəbi davranışında həmişə bir 
sakitlik  hökm  sürübdür.  Gürcü  hekayə  ənənəsini  çox  yaxşı 
bilən,  gürcü  və  rus  dillərindən  gözəl  tərcümələrin  müəllifi 
Nəriman  Əbdülrəhmanlının  ömrüboyu  ancaq  hekayələr 
yazacağını  güman  edirdim.  Birdən-birə  povestlər,  romanlar 
dalbadal  üstümüzə  axıb  gəldi.  Gördüm  ki,  gümanımda 
yanılmışam.  Və  məni  bir  qədər  şaşırtdı.  Onunla  bir  nəsildən 
olan  nasirlərin  (S.Budaqlı,  S.Alışarlı,  Əlabbas...)  qəribə, 
"utancaq" ədəbi bioqrafiyası var. Bütöv bir ədəbi zaman kəsiyi: 
tənqidin,  ədəbi  prosesin  nəzər  nöqtəsində,  salnaməsində  bu 
nasirlərin  yaradıcılığı  görünmür.  Bunun  səbəbləri  başqa  bir 
yazının  mövzusu  olduğundan  mətləbi  uzatmırıq.  Əslində,  bu 
nəsrin  ciddi  şəkildə  öyrənilməməsi  70-ci  illər  ədəbiyyatında 
poetik dillərin mənzərəsini xeyli mürəkkəbləşdirir. 
Nəriman  əsərlərinə  o  adları  -  başlıqları  seçir  ki,  oxucuların 
mütaliə-qavrama  işinə  yarasın.  Ümumiyyətlə,  bu  nəslin 
nümayəndələrinin  öz  əsərlərinə  başlıq  seçimi  yığcamlığı, 
leksik-metaforik  çoxmənalılığı  ilə  fərqlənir.  Onlar  üçün  başlıq 
Məşədi  İbadın  papağı  deyil  ki,  hara  və  necə  gəldi  qoyasan... 
Bütün  süjet-təhkiyə  resursu  başlığını  -  adın  hüquqi  bəraətinə 
sərf olunur. Bu nasirin təhkiyə dili o qədər səliqəli-sahmanlıdır 
ki,  bəzən  buna  acığın  da  tutur.  Dilin  sintaksisinin  bilərəkdən 
pozulmasını  arzulayırsan.  Ancaq  Nəriman  cümlələrin  ritm-
intonasiya  axarını  dəyişmir,  pozmur.  Burada  yalançı  qışqırtı, 
kənar  hay-küy,  poza  intonasiyası  yoxdur.  Hətta  məişət 


Rüstəm Kamal 
 
126 
 
qalmaqalı  -  ər-arvadın  dialoqu  çox  sakit  щцзур  шяраитиндя 
keçir, qəhrəmanları həddindən artıq "yumşaq" davranышлары, 
sanki  ictimai  rəyi  nəzərə  ahırlar.  N.Əbdülrəhmanlı  rəhmdil 
yazıçıdır: öz qəhrəmanlarına qarşı ürəyi yumşaqdır.  
N.Əbdülrəhmanlı  şifahi  nitqin  effektini  yazыйа-təhkiyə 
effektinə  çevirə  bilir.  О,  гəhrəmanın  başına  gələnləri  bütün 
təfərrüatı  ilə,  bütün  xırdalıqları  ilə  xatırlaya-xatırlaya  yazır. 
Jnun 
sevdiyi 
məkan 

ünsiyyət-situasiya 
məkanıdır. 
A.P.Çexovda  olduğu  kimi,  Nərimanın  эюз  yaddaşı  kiçik,  o 
qədər  də  nəzərə  çarpmayan  situasiyaları  və  detalları 
göstərməklə  məşğuldur.  Oнун  personajları  situasiyalarla 
бирляшиб  вящдят  йарадыр.  Situasiya  yazıçı  üçün  personaj 
yaratmağın sınanılmış üsuludur. 
"Yalqız"  romanı  müxtəlif  situasiyaiarın  bir-birinə  ustalıqla 
pərçimləndiyi  bir  böyük  cümlədir,  tükənməyən  monoloqdur. 
Müxtəiif  hadisələr,  adamlar,  üzlər,  səslər  görüşür,  çulğaşır, 
təhtəlşüur  ахынына  çevrilir.  Hiss  olunur  ki,  görüb  bildikləri 
haqqında  artıq  susa  bilmir,  ürəyini  boşaltmağa  imkan  axtarır. 
İctimai  problemləri,  umu-küsüsünü,  giley-güzarını  fəlsəfi-
sosial refleksiyaya çevirmək üçün bir macal axtarır. 
Yazıçının  təhtəlşüuru,  yazıçı  xarakteri  nəsrin  ovqat  xəttini 
müəyyənləşdirir. 
Müəllif  müdaxiləsi  lirik  ricətlərlə,  tematika  səciyyəsi  - 
emosional,  bəzən  sentimantal  ovqatla  yüklənmiş  bədii 
detallarla baş verir. 
"Yadıma  düşdü,  dünəndən  bəri  siqaret  çəkməmişəm, 
ağzım  acı  dadırdı,  bayaq  qutudan  çıxardığım  eləcə  stolun 
üstündə  qalmışdı,  onu  mətbəxdən  götürüb,  mətbəxdən 
keçdim, eyvanın qapısnı açdım: külək aynabəndin iki sınıq 
şüşəsinin  yerinə  bərkitdiyim  qəzet  parçalarını  yırtmışdı, 
arabir içəri girəndə uğultu qoparırdı." ("Yalqız"). 
"Yalqız"  romanında  təsvir  də  var,  ancaq  bu  təsvir  şifahi 
тящкийянин nəzarəti altındadır. "Yalqız" öz mahiyyətinə görə 


Rüstəm Kamal 
 
127 
 
şifahi  nitq  fenomenidir.  Romanın  şifahi  üslubiyyatı,  onu, 
tutalım,  hardasa  Puşkinin  nəsrinə  bənzədir.  Puşkin  də  şifahi 
nitqin bu cür təhkiyə mexanizminə bəraət qazandırırdı.  
Бirinci  şəxsin  dilindən  верилян  romanда  ilk  baxışdan 
"яlaqəsiz",  "pərakəndə"  щалдадыр:  sərbəst  "sənədliliyin" 
saxlanılması,  məişət  təfərrüatlarının  verilməsi,  hətta  bəzi 
obrazların  altında  real  şəxslərin,  o  cümlədən  müəilifin 
tanınması.  Yəni  bu  romanda  təhkiyə  texnikası,  ifadə  manerası 
əsərin qəhrəmanıdır. 
Anatomiya taleyin özüdür və ya adıdır. Deyəsən, qoca Freyd 
belə  deyirdi:  Kişi,  Qadın  -  ümumiləşdirilmiş  adlardır. 
Ümumiləşdirilmiş ad mifoioji təfəkkürdən gələn məsələdir. 
Nərimanın bütün əsərlərində тяръцмейи-щалынын möhürü 
var.  Ömrü-günü,  görüb-götürdükləri  süjet  üçün  ilk  mənbədir. 
Bu nəsr ekzistensial təcrübə mə-nasinda onun bioqrafiyasından 
ayrılmazdır.  Nəriman  özünün  ekzistensial  tayına  oxşarlığını 
yaxşı dərk edir. Obrazlar, situasiyalar travmalar haqqında ilkin 
informasiyalardır. 
Süjet-təhkiyə işarələri içində bədən fantazmı, Qadın ehtirası, 
arzu  olunan  qadm  bədəninin  obrazının  fantazmı  "gizlənir". 
Qadın  bədəni  "başqa  dünyaya  keçidi  mümkün  edən  yüksək 
səviyyəli"  qapılar  "olabilər"  (M.  Eliade).  Bütün  qadınları  əldə 
etməyin  mümkünlüyü  "aranılır",  qadınla  kişi  arasında  distan-
siya  "öiçülür",  qadın  kosmologiyanın,  universiumun  bir 
hissəsinə,  yaxud  mərkəzinə çevirilir. N.Əbdülrəhmanlının  nəsr 
dili  kişi  optikası  funksiyasını  yerinə  yetirir,  bu  optika  bədəni 
tam şəkildə, yəni dil bədənin təsvirini çox yaxından "götürür". 
N.Əbdülrəhmanlıda  Kişi  taleyi  üçün  nəzərdə  tutulmuş  qadın 
qurbanlıq  olmaqdan  imtina  etmir  -  qadın  kişini  qəbul  etməyə 
həmişə hazırdır. Mətn məkanında o (qadın obrazı işarə kimi) öz 
məkanı  ilə,  öz  miqyası  ilə  məhdudlaşır,  kifayətlənir.  Kişi 
Qadınını  yanına  qayıdır.  Bu  qayıdış  Kişinin  rahatlığıdır, 
rahatlıq tapmasıdır, xaosun kosmosa keçməsidir.  


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə