Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə30/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   26   27   28   29   30   31   32   33   ...   63

Rüstəm Kamal 
 
110 
 
təmasa girir. Bu duyğusal əlaqədə əşyalar dünyası həm obyekt 
kimi, həm subyekt kimi çıxış edir.  
Bu psixoloji açıqlama Nüsrət Kəsəmənli poetikasında ölüyə 
toxunma,  meyitlə  təmasda  olmaq  motivini  anlamağımız  
üçündür. 
 
Alнından öpməyə qorxuram,  
                                              Əllərindən öpürəm 
        oğlunun alnından öpmüş məktubu 
                                           qoynunda gəzdirən anaların, 
                                         Üzündən öpürəm, 
                                        ayaqları məktəb pillələrini 
                                        öpən balaların, 
                                      Dodaqlarından öpürəm 
                                      ürəyə yaxınların… 
 
Yaxud:   
       
      Vaxtlı-vaxsız bir ölümdür gələcək, 
        Boğub məni qəh-qəh çəkib güləcək, 
Açıq qalan gözlərimsə görəcək, 
Qapamayın gözlərimi, amandır. 
 
Ölüyə toxunmaq ölünü öz «mən»inin  içinə almaq üsuludur, 
həm də bu xatirə-yaddaş effektidir. 
Alından  öpmək  -  ölümün  varlığını,  ölüm  dəhşətini 
yaşamaqdır.  Bu  şeir  həm  də  başqalarının  ölümü  vasitəsilə 
«Mən»in ölümünü щисс етмякдир.  
  
 
            Bir gün babamın alnından öpdük 
əvvəl nənəm, sonra mən; 
                 Bir gün də nənəmin alnından öpdük, 


Rüstəm Kamal 
 
111 
 
əvvəl anam, sonra mən; 
         Sonra anamın alnından öpdük, 
əvvəl ölüm, sonra mən… 
 
N.Kəsəmənli  «3  mart  1985»  adlı  şerində  melanxolik 
ovqatını  daha  qabarıq  verir.  Melanxoliya  -  «mən»in 
boşalmasıdır,  «mən»in  kasıblamasıdır.  Z.Freyd  «Yas  və 
melanxoliya»  adlı  klassik  araşdırmasında  yazır  ki,  hər  iki 
durum itki nəticəsində, əsasən yaxın adamın ölümü nəticəsində 
yaranır.  Yaxın  adamın  itkisi  insanda  sevimli  varlığa  olan 
bağlılığı  tezliklə  aradan  qaldırmır.  Normal  insan  mövcud 
durumu itki fiksasiyası kimi və bu fiksasiya ilə mübarizəsi kimi 
qəbul  edir.  Ölənin  [mərhumun]  fiksasiyası  ilə  mübarizəni 
Freyd -  yas adlandırır ki, onun  mahiyyəti dünyanın  müvəqqəti 
«boşluğu»dur, ölümə marağın tədricən  itməsidir:  
 
            Yaşında ağalaya bilmədim, ana, / 
                                               Boşalda bilmədim/ 
                                             daşlı ürəyimin ağrısını/ 
                                          Deyə bilmədim/ 
                                          ayrılığın acısını 
                                Elə bil məni ağlayırdılar, / Hamı 
üzümə baxırdı/ 
               gözlərini sıxa-sıxa, / Onlar nə biləydilər /mən 
                      çoxdan ağlamışam / yalqız anasızlığa… 
/Gözlərimi 
           quru görüb /ürək-dirək verməlidir, /Köksümdə 
                  qırx il/ «Ana» deyib ağlayan / ürəyimi 
görmədilər… 
 
Onun  üçün  kainatda,  təbiətdə  bütün  canlılar  və  varlıqlar  – 
şair, ağac, yağış, külək, qadın, gecə... qərib idi. «Qərib» epiteti 
onun sevdiyi məcaz idi: qərib gecə, qərib axşam, qərib adam… 


Rüstəm Kamal 
 
112 
 
«Qərib»  sözünün  qəribə  -  qəraib,  qürbət  -  qərb  -  məğrib  - 
qürub  -  qürb  -  əqrəba    ifadələriylə  məna  yaxınlığı  Nüsrətin 
içində  qürub  işığı  olan,  onun  qarasevdalar  şairi  oldğunu 
bildirir. 
 
Bu qərib axşamda qapı dalında 
Dünyanın özündə qərib kimiyik… 
 
Nüsrət    öz  istiqanlığı,  səmimiyyəti  ilə  ətrafında  daim  bir 
toplum  (ailə,  dost)  çevrəsi,  «yığnaq  ilğımı»  yaratsa  da, 
dünyanın  tənha  adamıydı.  Ömrünün  son  illərində  daha  da 
tənhalaşдырмышды.  Тянща    аьаъ  ися  щямишя  илдырым 
вурур. 
 
O ağac nə çəkir tənhalar bilir, 
Mənim o ağaca yazığım gəlir. 
 
Allahın она  verdiyi  boy-buxunla tənhaydı,  yadıydı. Seçilən 
boy-buxunu,  zahiri  görünüş  onun  daha  çox    «özgə»  dünyaya 
mənsubluğunu göstərirdi: 
 
       Mənim bu şəhərdə kimim var axı, 
Taleyin verdiyi paya-paxıllıq. 
         Boyu ki, mən özüm qazanmamışam, 
Allahın verdiyi boya – paxıllıq. 
 
Şairin  poetik  təhtəlşüurunda  «fotoşəkil»  obrazı  onu  o  biri 
dünyaya bağlayan simvoldur, yadlığın, özgəliyin  nişanəsidir. 
 
   Qara çərçivədən baxacaq şəklin 
   Donuq gözlərində daldalanar qəm. 
 


Rüstəm Kamal 
 
113 
 
«Şəkil»  bir  detal  kimi  taleyin  əşyaviləşdirilmiş  mifoloji 
funksiyasını daşıyır:  
 
Dedin, son xatirəm quru şəkildi 
Yazdın, unudanda baxarsan ancaq 
Mən səni unutsam… düşündünmü bir 
                             Şəklin səndən əvvəl unudulacaq. 
 
Bu poeziyada dünyanın kişi dərki dilin mövcudluq üsuludur. 
Simvolik  kişi  strukturu  simvolik  mənaların  mənbəyi  olan  lirik 
subyekti,  qəhrəmanı    formalaşdırır.  Şairin  lirik  qəhrəmanı 
ancaq kişilik dəyərlərinin qəbulu ilə dilə qatıla bilir.  
Kişilərin  doğulduğu  yer  -  ana  bətni,  olduğu  və  öldüyü 
məkan  -  ana  torpaq-dırsa,  qadınların  yaşayıb  öldüyü,  qeyb  
olbuğu yer - kişi qoynudur. 
 
     Gözəl - gözəl qadınlar 
özlərini dəfn edirlər 
                                             iyrənc - iyrənc 
kişilərin qoynunda… 
 
Ömür-tale oyununda daim özünü aldatmağa və inandırmağa 
cəhd edirdi. Ömrün özünə uduzmaq  labüdlülyü alman  şeirinin 
dahisi  R.M.Rilkenin  iyirmi  yaşında  intihar  etmiş  bir  şairin 
ölümünə  həsr  etdiyi  elegiyasındakı  əzablı  qənaətin  təsdiqidir: 
«Wer  spricht  vom  Siegen?  Überstehn  ist  alles»:  Kim 
qələbədən  danışa  bilər?  Hər  şeyə  dözmək  –  yalnız  budur 
mahiyyəti». 
O,  öz  ömür  ssenarisində  Юзэя  гапысындан  Гурд 
гапысына  эялдийини  дуймушду.  «Гурд  гапысы»  юлцм 
мяканынын адыдыр.  
 
Sərnişin gözləyən karusel kimi 
          Ölüm «Qurd ağzında» gözləyir bizi… 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə