Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə33/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   29   30   31   32   33   34   35   36   ...   63

Rüstəm Kamal 
 
121 
 
SADAY BUDAQLI: 
ÜMID VƏ YAXŞILIQ IŞIĞI 
 
Садай  Будаглынын  "Çat"  кitabы  povestlərlə  başlayır, 
hekayələrlə  tamamlanır.  Xalq  yazıçısı  Elçin  kitaba  maraqlı, 
səmimi ön sözü yazıbdır. 
Saday Budaqlı başlıqlara ciddi yanaşır. Başlıq "Papaq" deyil 
ki,  hara  və  necə  gəldi  qoyasan.  Saday  Budaqlı  başlıq  seçməyi 
bacarır ("Bürkü", "Fevral", "Zədə", "Çat" və s.). 
Saday  Budaqlının  ekzistensial  dünyası  başlıqların  yaratdığı 
assosiativ  fondan,    assosiativ  "astanadan"  başlayır.  Onun 
qəhrəmanları  indiki  və  keçmiş  zamanların  koordinatlarında 
vurnuxurlar,  çıxış  yolu  axtarırlar.  Nitq  zamanı  xatirələrin, 
şüuraltı əzablı sorğu-suallanı içində əriyir. 
İndilik  -  zamana  yiyə  durmaq,  sahib  olmaqdır.  Və  həmin 
yiyəlik instinktidir ki, keçmişə və gələcəyə də yiyə dursunlar. 
Zaman  axını  insanların  özündən  başlayır,  onu  sonsuzluğa 
qədər  uzatmaq  cəhdində  bulunurlar.  Qəhrəmanların  zamana 
yiyə durmaq cəhdi - bəlkə də əbədiyyətə qovuşmaq cəhdidir. 
"Onda,  o  zaman"  -  S.  Budaqlı  nəsrində  heç  bir  sərhəd 
tanınmayan şərti xronosdur. 
Onun  yetkin  nəsrinin  xronotonu  -  əbədi  varlıqdır.  Keçmiş 
zamanın ən duyğulusu indilikdir, anilikdir. 
S.Budaqlı  ölümdən,  qocalıqdan  çox  yazır.  Sadayın 
qəhrəmanları  bütün  ömürlərini  "ölümün  qəribə  olmadığına" 
inanmaq üçün yaşayırlar və bu ömrü səxavətlə xərcləyirlər. 
"Əgər adam yox olub gedərsə, bəs onda sirli-sirli qığıldayan 
bu körpə nədir?". ("Günorta") Bu fikir Barat Vüsalın qənaətinə 
oxşayır: 
Ucalarda bir taxt qurub, 
 Üstündə Allah oturub.  
Əlində uşaq götürüb,  
Çiynində ölü aparır. 


Rüstəm Kamal 
 
122 
 
S.Budaqlının  əsərləri  işıqla  doludur.  İstənilən  əsərdən 
istənilən qədər sitat gətirmək olar: 
"Və  elə  bil  sulu  qar  dünyada  heç  biryerə  yox,  bircə  bu 
işığa yığıldı" ("Sulu qar"); "İşıq otağa iki kiçik pəncərədən 
düşürdü" ("Qırxıncı otaq"). 
"Gün işığının bir ilməsi süzülüb zirzəminin içinə düşüb" 
("Günorta").  Hamı  bir  işıq  ucu  axtarır,  hamı  işığa  möhtacdır. 
Öz  iç  dünyalarını,  şüurun  qaranlıq  labirintlərini  işığa  qərq 
etmək üçün özgə işığa bir ehtiyac duyurlar. Və ümid edirlər ki, 
bu işığı onlardan heç kim əsirgəməyəcək, bu işığı mütləq görə 
biləcəklər.  Onları  zaman  burulğanında  sağ-salamat  saxlayan 
yaxşılıq  işığıdır.  Çünki  işıq  olan  yerdə,  "yaxşılıqnan  pisi  də 
yaxşı etmək olar". 
Bu  yerdə  rus  rəssamı  Nikolay  Rerixin  bir  xeyir-duası  yada 
düşür. "Da budet vam svetlo!". 
S.Budaqlının  bircə  məramı-məqsədi  var:  imkan  daxilində 
təhkiyə  və  yaşam  qütblərini  birləşdirmək.  S.  Budaqlıya  görə, 
insan öz ömrünü necə "layihələşdirirsə", o cür də mövcuddur. 
Onun  bircə cəhdi var: həmin mövcudluğu axtarıb yaratmaq 
cəhdi. 
Onun  əsərlərində  hər  kəs,  buta  verilmiş  aşiq  öz  sevgilisini 
axtaran kimi, öz əks qütbünü axtarır. Və  bu axtarış  xatirələrin 
kövrək  qanadlarında,  fikirlərin  təlatümündə,  daxili  götür-
qoyda,  qadın  arzularında  baş  verir.  "Görəsən,  Tutu 
ömürboyu onunla biryerdə olmaq istəyirdimi?" ("Zədə"). 
Povestləri  bir  nəsr  növü  kimi  "müvazinətini"  itirməyə 
qoymayan  məhz  həmin  qütblərdir,  ümid  isə  həmin  yaşam 
qütblərini birləşdirən xətdir, özünütapma modelidir. 
S.Budaqlı  nəsrinin  vacib  komponenti,  süjet  halqası 
yuxulardır,  "Şəbəkə"nin  qəhrəmanı  yuxu  görür.  Mədətin  fikri 
daha  qətidir:  "Yatmaq  lazımdır,  -  dedi,  -  yatmaq  lazımdı, 
vəssalam"  və  ya:  "sakitlik,  təkərlərin  yeknəsəq  səsi, 


Rüstəm Kamal 
 
123 
 
pəncərədən  görünən  qaranlıq  yuxu  gətirirdi  ("Zədə"). 
"Günorta"dakı qocada yuxuludu. 
İlk  baxışdan  elə  görünə  bilər  ki,  S.  Budaqlının  nəsri 
çılpaqdır. Əksinə, diqqətlə baxsanız görərsiniz ki, muncuq kimi 
səpələnmiş  poetik  müqayisələr,  uğurlu  metodlar  həmin  nəsrə 
özgə təravət verir. Daha bir-iki misal: 
"Dənizin üstündə səma yumurta qabığı kimi nazilmişdi, 
indicə günəş oranı dimdikləyib çıxacaqdı"; 
"Ağacları elə bil quyuya salmışdın. Nə qədər uzanıb boy 
atsalar da binaların arasından çıxıb səma ilə göz-gözə qala 
bilməyəcəklər" və s. 
"Çat”dakı  hekayələri,  obrazlı  şəkildə  desək,  "çatlamağa" 
qoymayan  bir  şey  var  -  o  da  heyrət  duyğusudur.  "Təpəgöz", 
"Qarışqa  və  uşaq"  hekayələrində  uşağın  heyrəti,  "Günorta"da 
qocanın "gəlimli-gedimli dünya"ya heyrəti və s. 
Bu  heyrət  içində  insan  hər  vəchlə  varlığını, ömür  məkanını 
və  miqyasını  genişləndirməyə  çalışır.  S.  Budaqlıda  ümid  və 
heyrət çox mühüm psixoloji - antropoloji məna kəsb edir. 
S.Budaqlının  qocası  da,  cavanı  da,  kişisi  də,  qadını  da  bu 
dünyada  Allahdan  nəsə  gözləyir...  İnsan  "nəsə"dən  - 
gələcəkdən  başlayan  varlıqdır.  Yazıçı  onları  bu  ümiddən,  bu 
arzudan məhrum etmir. Təsadüfi deyil ki, ümidi M. Haydigger 
"Qabaqlama modusu" adlandırırdı. 
Yazıçının qəhrəmanları daim düşünürlər. Düşünülən şey isə 
ancaq  ümid  və  arzulardadır.  Onlar  düşünməyi  sevirlərsə, 
deməli, arzulamağı sevirlər. 
Bəyəm  "Firuzə  qaşlı  sırğа"nın  qəhrəmanı  naməlum  bir 
qadınla görüşü və o görüşdən doğan sirli sevinci gözləmirmi? 
Bəyəm  "Günorta"da  qocalar  "öz  əlləri  ilə  basdırdıqları 
ağacların  yaddaşına  nəfəslərinin  həkk  olunacağı  günü 
gözləmirlərmi?.." 
Və nəhayət, qoca fikirləşir ki, "daha bundan sonra çətin qar 
yağa"  ("Şəbəkə").  "Çat"dan  sonra  Azərbaycan  nəsrinin 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə