Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə31/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   27   28   29   30   31   32   33   34   ...   63

Rüstəm Kamal 
 
114 
 
 
Nüsrət  Кясямянли  ilk  şeirlərdən  son  şeirinəcən  içində 
ölümü  gəzdirib.  O,  ölümə  kişi  kimi  demək  istəyirdi  ki, 
ölümdən  gizlənmir,  ölümün  qabağından  qorxub  qaçmır.  O, 
ölümlə севэини də гоша yaşamağı bacarırdı. 
Ölümün  шеирлярдя  belə  çox  xatırlanması  hələ  «ölmək» 
deyilди. Əksinə - sevginin və ömrün təsdiqi də ola bilər:   
 
      Desələr dəfn etdik dünən biz onu 
O da hamı kimi yaşadı, öldü. 
     Bilməzdik bu qədər yaxınmış yolu 
 Qayıdıb dünyaya təzədən gəldi, 
 Sən inan, əzizim, sən inan buna! 
 
Bəlkə  sevgi  шеирляриля  ölümə  qarşı  durmaq  истяйирди. 
Bəlkə  sevgi  şeirləri  юлцмдян  özünəməxsus  горунма 
zolağıdır?  
O, yaxşı biliridi ki, ölüm məhz ömrün içində yaşayır, ömrün 
bətnindən doğulur. Onun şeirləri və бцтювлцкдя poetik üslubu 
«mənalar  itkisinin  şahidi,  ölümün  qoruyucusu»  (Yuliya 
Kristeva) idi. 
…Və axırda sevginin də girə bilmədiyi bir hüduda - gecənin 
lap kənarına - «Гурд гапысы»на эялмяли олду…   
 
 
 
 


Rüstəm Kamal 
 
115 
 
X.L.BORXES VƏ K.ABDULLA:  
KITABXANA VƏ ƏLYAZMA 
 
Bir  dəfə  mən  ondan  azad  olmağa  çalışdım  və  ucqarların 
mifologiyasını  zaman  və  məkanla  oyuna  dəyişdim.  İndi  bu 
oyunlar  da  Borxesə  məxsusdur,  mən  isə  yenisini 
uydurmalıyam.  Və  ona  görə  mənim  həyatım  qaçışdır  və  hər 
şey  mənim  üçün  itkidir,  hər  şey  unudulmağa  qalır.  Mən 
bilmirəm, bizim hansımız bu səhifəni yazır. 
 
 
 
 
 
 
 
 
Xorxe Luis Borxes 
 
... Bilirsən, mənə elə gəlir ki, Borxes heç kimə bənzəmir. O 
birilər  bir-birinə  bənzəyirlər.  Borxes  isə  yox.  O  birilər  bir-
birinə ona görə bənzəmirlər ki, onlar oxşar sujetlər yazırlar... 
O birilər ona görə bir-birinə bənzəyirlər ki, ümumiyyətlə sujet 
yazırlar. 
 
 
 
 
 
 
 
           
Kamal Abdulla 
 
X.L.Borxes  ədəbiyyatşünas,  ingilis  ədəbiyyatı  tarixçisi  idi. 
İngilis 
ədəbiyyatının 
ruhunu, 
refleksiyasını 
dərindən 
mənimsəmiş Argentina yazıçısıdır. O, Şərqə, ekzotikaya maraq 
göstərir,  ərəblər,  farslar,  yəhudilər,  hindlilər,  çinlilər  onun 
ədəbi personajları  idi.  “Min  bir gecə”nin  ingilis tərcümələrinə 
Çin  ensiklope-diyasının”  ingilis  nəşri  haqqında  ingilis 
tarixçisinin şərhində İran sufilərinin görüşləri haqqında yazır. 
K.Abdulla  da  filoloqdur,  dilçidir,  Qorqudşünasdır.  “Kitabi-
Dədə Qorqud” və yunan mifləri onun sistemli araşdırmalarının 
obyektidir.  Dədə  Qorqud  onun  həmişəlik  ədəbi-bədii 
personajına çevrilir. K.Abdulla inamla (və inadkarlıqla) “Dədə 
Qorqud  obrazlarını,  yunan  miflərini  Azərbaycanın  ədəbi-bədii 
kontekstinə daxil edir. 


Rüstəm Kamal 
 
116 
 
X.L.Borxes  və  K.Abdulla  nəsrinin  təməl  metaforalarını 
“kitabxana”, “yazı stolu” və “əlyazma” təşkil edir.  
Bu  təməl  metaforalar  hər  iki  yazıçının  yaratdığı  dünyanın 
əsas  məzmununu  ifadə  edir.  Bu  metaforalar  yalnız  fərdi 
yaradıcılıq axtarışının nəticəsi deyil, həm də “tarixi aprioridir”, 
konseptual ifadə formalarıdır. 
Borxes  nəsrində  kitabxana  bəşəriyyətin  ruhunun  tilsimə 
düşdüyü  magik  məkandır  –  kabinetdir.  Kitabı  açırsan,  ruhlar 
oyanır (Emerson). Borxesin uşaqlığı ingilis kitabları ilə zəngin 
bir  “kitabxana  cəngəlliyində”  keçibdir.  Emerson,  Kiplinq, 
Kolric  və  Berkli,  de  Kuinsi,  Çesterton  onun  ədəbi  totemləri, 
əcdadları idi. 
Borxesin  bir  mütəfəkkir  kimi  üstünlüyü  onda  idi  ki,  yalnız 
ingilislərdə  “ilişib”  qalmırdı,  onun  Yazı  təcrübəsi  ərəb 
nağıllarını  və  qədim  yəhudi  mistikasını,  qədim  çin  nəsrini  və 
Şopenhaueri də əhatə edir.  Borxes öz  magik  “kitabxanası”  ilə 
Argentinadan  İngiltərəyə,  ordan  da  Almaniyaya  və  Şərqə 
səyahətlər edirdi. 
Borxes  kitabxana  gerçəkliyinə  dərindən  nüfuz  etdikcə  artıq 
o, kitabları yox, kitablar onu axtarır. 
Kitabxana  Borxes  üçün  dünyanın  obrazıdır,  dünyanın 
quruluşu, 
nizam-intizamı 
haqqında, 
fərqli 
dünyaların 
mövcudluğu haqqında kosmoloji mübahisədir. 
Borxesə  görə,  hər  bir  klassik  kitab  özündə  mədəniyyətə 
kosmos  kimi,  mütaliə  predmeti  kimi  yanaşan  müəyyən  bir 
zümrənin,  toplumun  mədəniyyətini  ehtiva  edir.  Söhbət  kitabın 
məzmunundan  deyil,  oxu-mütaliə  imkanlarından  gedir.  “Qum 
kitabı”  da  insanı  özünə  belə  çəkir.  Yəhudilərin  mistik  kitabı 
“Zoqar”  sadəcə    fövqəltəbii  gerçəkliyin  strukturu  barədə 
informasiya  deyil,  dilinin  anatomiyasıdır  və  yəhudi  xalqının 
etnik obrazını yaradan sonsuz, tükənməz kitabıdır. 
Kitabxana Borxesin “Oxucular” şeirinin də əsas obrazıdır.  
 


Rüstəm Kamal 
 
117 
 
 
Mən həmin öncəgörən adamam ki,  
düşünürəm qəribə taleli idalqonu. 
O, elə həmişə mücadilə gözlədi, 
Kitabxanadan çıxmadı heç vaxt 
Qəhrəman macəralarının bütün tarixcəsi  
doğru və yalanlar 
Müəllifin deyil, 
Kixanonun yuxusuna girmişdi, bəli,  
və yuxuların tarixcəsi olmuşdu 
Mənim də qədərim belədir yəqin. 
Bilirəm, 
dəyərli nəsnələrin qırıntıları 
filan-beşməkanın üstünü örtüb. 
O əski kitabxananın  
İzi-tozu da qalmamış artıq. 
Haçansa orda, 
Don Kixot haqqında oxuduğum yerdə, 
Bir oğlan uzun səhifələri çevirir indi, 
Və sirli gerçəklik görür yuxusunda. 
                         (tərcümə E.Başkeçidindir) 
 
Kitabxanaya  səyahət  zaman-məkan  üzrə  səyahətdir.  Borxes 
kitabxanadan  yazı  masasına qayıdır  və  bu qayıdış o qədər çox 
təkrarlanır  ki,  axırda  yazıçı  gözlərinin  nurunu  tamam  itirir. 
Borxesin  korluğu  onu  mifik  simvol  səviyyəsinə  sakral 
statusuna  qaldırır.  Axı,  peyğəmbərlərin,  görücülərin,  şaman-
ların zahiri gözə ehtiyacı olmur.  
Yazı  (Əlyazma,  gündəlik,  protokol)  isə  Kamal  Abdulla 
poetikasında  yaradıcı  subyektivliyin  strukturunu,  ilk  növbədə 
şəxsiyyət ideyasını, hətta deyərdim ki, dil davranışı tipini ifadə 
edir.  


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə