Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə27/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   23   24   25   26   27   28   29   30   ...   63

Rüstəm Kamal 
 
99 
 
 
ЫЫ 
 
“Hər  şey  sırf  həqiqətə  söykənir...  Gerçəkdən-gerçəkləri  
istisnasız qələmə almışam”. Bu sözlər Azərbaycanın görkəmli 
yazıçısı Vidadi Babanlıya məxsusdur. 
Bəs  onda  V.Babanlı  üçün  sırf    həqiqət  nədir?  Sualı 
L.Tolstoyun  məlum  sözləri  ilə  cavablandırmaq    olar:  “xalq 
fikri”  və  “ailə  fikri”  (Tolstoyun  bu  deyimini  S.A.  Tolstoya  3 
mart  1877-ci  il  gündəliyində  qeyd  etmişdir:  “Əsərin  yaxşı 
alınması  üçün  gərək  ondakı  fikri  sevəsən.  “Anna  Karenina”da 
mən ailə fikrini,  “Hərb və sülh”də isə 1812-ci il müharibəsinin 
nəticəsi  kimi  fikrini  sevirəm”.)  Vidadi  Babanlı  da  “Vicdan 
susanda”,  “Gəlin”,  “Müqəddəs ocaq”,  “Ömürlük  əzab”,  “İnsaf 
nənə”,  “Ana  intiqamı”,  “Öz  evimdə  qonaq”,  “Qəribə  eşq”  və 
başqa əsərlərində bu “fikirləri” təsdiq etməli olur. 
V.Babanlı  kitablarının  səhifələrində  baş  verən  ekzistensial 
faciə  bilavasitə  etik  dəyərlərin  eroziyası  ilə  əlaqədardır. 
Ömrünün  ixtiyar  çağında  və  müdriklik  zirvəsində  olan 
görkəmli  yazıçı  yenə  də  milli  etik  dəyərlərin  daşıcıyısı  olan 
qəhrəmanlar  axtarışındadır.  Əslində,  müxtəlif  etnik  dəyərlər 
tarixini  (etnik  tale  kontekstində)  yazır.  O,  klassik  təhkiyənin 
bədii  təməl  üsullarından  ustalıqla  istifadə  edir.  Azərbaycan 
insanının  dəyərləri  və  bu  dəyərlərlə  bağölı  fikirləri-deyimləri 
V. Babanlı nəsrinin və şeirinin üslub struktorunda əriyərək, çox 
maraqlı təhkiyəyə çevrilir. 
Vidadi  Babanlı  epik  təcrübəni  (“xalq  və  ailə  fikrini) 
bölüşdürmək  qabiliyyətini  itirməyən  yazıçılarımızdandır. 
Söyləmə tərzi, təhkiyə axarı epik təcrübənin, epik  müdrikliyin 
əsasıdır.  Təəssüf    ki,  yeni  Azərbaycan  nəsrində  (gənclər 
arasında)  epik  təhkiyə  imkanı  sönməkdədir.  Ənənəvi  xalq 
söyləmə  tərzinin  yerini  məntiqsiz  cümlələr,  fraqmentlər  və  s. 
tutur.  


Rüstəm Kamal 
 
100 
 
Yazıçının  epik  hekayəsi  XX  əsr  Azərbaycan  insanın  varlıq 
təcrübəsio  ilə  sıx  bağlıdır.  Onun  təhkiyəsinin  fiziki 
xüsusiyyətləri (bu və ya digər dərəcədə) qəhrəmanların taleyini 
müəyyənləşdirir.  “Qəribə  eşq”  romanında  bu  daha  qabarıq 
görünür.  
Vidadi Babanlının  bir nasir kimi özünəməxsusluğu və gücü 
ondadır  ki,  özünün  emosional  təcrübəsini  öz  qəhrəmanlarına 
“ötürə  bilir”.  Sevgi  sosial  təcrübənin  xüsusi  forması  kimi 
“Qəribə eşq” adlı yeni romanın mövzusuna və sujetinə çevrilir. 
Yaşlı adamın (Şərəf kişi) gənc qdını (Şəfəq müəllimə) sevməsi 
şəxsi  sevgi  tarixi  kimi  təqdim  olunur.  Bütün  vasitələr-məktub 
(“Məhəbbət nə yaşa baxır, bədə başa, bu ilahi verginin cücərtisi 
ürəyə  necə  düşür,  insan  varlığına  yavaş-yavaş  nə  cür  hakim 
kəsilir,  heç  kim  doğru-dürüst  bilmir...”  )  (Şərəf  kişinin 
məktubundan)  xalq  mahnısı  (leytmotiv),  yaşlı  kişinin  sevgi 
etirafı romanda “linqvistik” ünsiyyəti mümkün edir.  
V.Babanlı  jest-mimika  yaddaşına  malik  yazıçıdır,  onun 
təhkiyəsində  jestlərin  şərhi  bir  neçə  səviyyəni  ehtiva  edir.  O, 
təhkiyəçi kimi həmişə hər bir jestin, mmimikanın arxasında nə 
durduğunu  çox  yaxşı  duyur.  Dəqiq  jestlərlə,  mimika  ilə 
yaratdığı  obraza  yetərli  diqqət  yetirir  və  bununla  da  surətlərin 
aurasını  oxuculara  ötürə  bilir.  Müəllifin  səsi  jestlərin,  ədəb-
ərkanlı  Şərəf  kişi  o  gündən  güşənişin  oldu.  Büsbütün  özünə 
qapıldı.  Elə  bil,  hamıdan  incimişdi.  Səhər  tezdən  işə  gəlib, 
təmirçiləri ilə ağızucu salamlaşar, vacib tapşırıqlarını müxtəsər 
verər,  sonra  da  bir  qırağa  çəkilər,  başını  əlləri  arasında  alar, 
kətil üstündə saatlarla lal-dinməz oturardı.” 
V. Babanlı öz təhkiyəçisini özünə boylanmağa məcbur edir. 
Duyğu  yaddaşı  yazıçı  üçün    epik  gerçəkliyin  qarantı  olur.  Bu 
mənada 
“Qəribə  eşq”i  gerçək  təhtəlşüurun  romanı” 
adlandırmaq  olar.  Cəsarətlə  deyərdim  ki,  bu  roman  içinə 
yığılmış duyğuların bədii stenoqramıdır. 


Rüstəm Kamal 
 
101 
 
V.Babanlı  yalnız  sadəcə  danışıq  nitqinin  deyil,  koloritli 
məişət  dedi-qodusunu  (Şərəf  kişinin  qızlar  ilə  söhbətləri) 
təbiiliyini  və  səmimiyyəliyini    oxuculara  çatdırmağı  bacarır. 
Şifahi  nitqin    canlılığı  yalnız  təsvir  edilmir,  həm  də  dialoqlar 
şəklində təhkiyənin laylalarına hopdurulur. 
V.Babanlı  genetik  olaraq,  məhz  şifahi  hekayəyə  xas  olan 
bədii priyomları özümləşdirə bilən yazıçıdır. O, normativ ədəbi 
nitqin  hələ  tükənməyən  imkanlarına  həssaslıqla  yanaşır, 
psixoloji  baxımdan  inandırıcı  təsvir  edir.    Şifahi  nitq  və  geniş 
həyat  örnəkləri  onun  üslub  strukturlarına  dərindən-dərinə  kök 
atıbdır.  Romanda  təəhkiyə  emosional-psixoloji  və  ideoloji 
baxımdan vəhdət təşkil edir.  
Vidadi müəllim buir sıra nasir kimi, bir epos yaradıcısı kimi 
üstünlüyü  ondadır  ki,  sözün  romanda  (mövzunun,  ideyanın, 
qəhrəmanların)  epik  miqyasını,  sambalını  hiss  etdirərək  yazır. 
Onun bir az romantik, bir az da ehtiraslı təhkiyəsində tələsiklik, 
mücərrədlik, yarımçılıq yoxdur. O, epik detal ustasıdır. Hər bir 
hadisəni, faktı təhkiyə toxumasına özünəməxsus  improvizə ilə 
daxil edir. Və nəticədə oxucu yeni bir təcrübə qazanır. 
Vidadi  müəllim  üçün  ömür  bir  yuxudur,  mifdir,  simvolik 
mətndir, nağıldır. 
Ömrün  müdrik  çağında  kişilər  sevgi  nağılı  danışırlar. 
Qocalıqdan və ölümdən qorxmamaq üçün!   
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə