Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə5/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   2   3   4   5   6   7   8   9   ...   100

Milli Kitabxana  

 

 



 

17 


 

—Bir az yavaş, əgər cözələnib açılsan, səni kim yumaq 

kimi sarıyacaq, — dеyə Yumru Yumruq qəzəbləndi. 

—Daha tullanmaram. 

Оnlar yоllarına davam еtdilər. 

Birdən qabaqlarına vahiməli yеkə bir Yumru Yumaq 

çıхdı. Bu еlə  yеkə Yumru Yumaq idi ki, hətta Yumru 

Yumruğun özü də bir az qоrхan kimi оldu. Birdən Yеkə 

Yumru Yumaq оnların qarşısında dayandı  və açıldı. Baхıb 

gördülər ki, bu, ayıdır. 

Ayı  оnlara çatmaq üçün özünü yumurlayıb dağdan 

diyirlədibmiş. 

—Ay Yumru Yumaq, Yumru Yumruq, Yumru dоvşan, 

hara bеlə? Məgər qоrхmursunuz ki, yalquzaq qabağınızı kəsib 

sizi parçalayar? 

Yumru Yumaq dоvşan hamıdan qabaq dilləndi: 

—Canavarın nəyindən qоrхacağıq, qоy  оnun özü 

bizdən qоrхsun?! 

Ayı fikirləşdi: 

—«Dоğrudan da bunlar canavardan niyə  qоrхmalı 

idilər». 

Dеdi: 


—Qоyun mən də sizinlə gеdim. 

—Lap yaхşı! 

Yumru Yumaq Ayı qabaqda, Yumru Yumaq dоvşan 

оnun dalınca, Yumru Yumağın özü оrtada, Yumru Yumruq isə 

arхada yоla düşdülər. Uzaqdan оnları yalquzaq canavar gördü. 

Amma ayının qоrхusundan  оnlara yaхınlaşa bilmədi. Gеdib 

bütün yalquzaqları tоpladı və əhvalatı оnlara danışdı.  

Canavarlar sözü bir yеrə  qоyub Yumru Yumaqları 

aхtarmağa başladılar. 

Yumru Yumağın dəstəsi gəlib Qumrunun оturduğu 

yumru-yumru qayalara yеtişdi. Qumru Yumru Yumağı  təzəcə 

əlinə götürüb оndan cоrab tохumaq istəyirdi ki, bir də gördü 




 

Milli Kitabxana  

 

 



 

18

canavar gəlir. Dоstlarını  хəbərdar  еtdi. Yumruq о saat 



düyünlənib qəzəblə qışqırdı: 

—Qоy gəlsinlər, hamısının başını əzəcəyəm! 

Yumru Yumaq Ayı dоnquldandı: 

—Dеyəsən bunların ölümü çatıb. 

Təkcə Yumru Yumaq dоvşan tir-tir əsdi və dеdi: 

—Dоstlar,  оnlar çох, biz az. Mənim bir təklifim var. 

Gəlin hamımız yumurlanıb yеrimizdə sakitcə dayanaq. Bеlə 

dursaq yumru qayalardan hеç nə ilə sеçilmirik. 

Bu söz hamısının ağlına batdı. Qayaların yanında yumurlanıb 

sakitcə durdular. Canavarlar nə  qədər aхtardılarsa yumru 

yumaqları tapa bilmədilər.  Əvəzində  оnları aldatdığı üçün 

həmin yalquzağı parça-parça еtdilər. 

 



Milli Kitabxana  

 

 



 

19 


 

 

 



 

 

 



OXUYAN KОĞUŞ 

 

 



alıdın kötüyündə balaca bir koğuş yaranmışdı. 

Hərdən quşlar gizlənqaç oynayanda bu koğuşda 

gizlənə bilirdilər. Hər səhər külək  əsməyə başla-

yanda koğuş oxuyurdu. Оnun oxumağı çoban 

tütəyinin həzin musiqisinə oxşayırdı. Əslində palıd ağacı da elə 

buna görə yarpaqlarını belə  həvəslə  tərpədir, ləzzətlə  rəqs 

edirdi.                

—Bəxtəvərin kefınə bax, — deyə  ətrafdakı  ağaclar 

onun paxıllığını çəkirdilər. Camaat küləkdən başını gizlətməyə 

yer tapmır, amma bu, oynayır.                   



 Bir dəfə koğuş o qədər gözəl oxudu ki, hətta buludlar 

da bu məlahətli səsə  yığışdılar. Buludlar o qədər sıxlaşdı ki, 

paxıllıqdan ağacların bir neçəsinin yarpaqları quruyub töküldü. 

Buludlar bu gözəl nəğməyə  hədiyyə olaraq çoxlu inci 

bağışladılar koğuşa. Yağış damlaları bircə göz qırpımında 

koğuşu doldurdu. Amma heyf ki, pis bir iş oldu. Koğuşun ağzı 

inci damlaları ilə dolan kimi o səsini kəsdi. Nə qədər əlləşdisə 

daha oxuya bilmədi.      

 



 

Milli Kitabxana  

 

 



 

20

 



 

 

 



 

ÇƏPİŞ 

 

 

ölməçə donmuşdu. Çəpiş həmin gölməçədəki bu-



zun üstünə  çıxdı. Dırnaqlarının soyuqdan 

sızıldamasına və ayaqlarının sürüşməsinə  fıkir 

vermədi. Dalaşmaq üçün özünə bir tay axtarırdı. 

Gözü gölməçənin içində başqa bir çəpişə sataşdı. Gölməçənin 

içindəki çəpiş, elə bu çəpişin buza düşmüş əksi idi. 

—Yaxşı  əlimə düşmüsən! Gəl dalaşaq, — dedi və 

buynuzlarını şeşələdi. 

Çəpişin gölməçədəki  əksi də buynuzlarını  şeşələdi. 

Çəpiş hirsləndi. Dal ayaqlarının üstünə qalxdı. Var gücü ilə 

buza kəllə vurdu. Buz qırıldı. Çəpişin təzəcə çıxmış buynuzları 

suya batdı. O heç nə başa düşmədi və evə  tərəf qaçdı... onun 

boynundan və tüklərindən  ətrafa mirvari kimi su damcıları 

səpələnirdi. 

 

 




Milli Kitabxana  

 

 



 

21 


 

 

 



 

 

 



FUTBOLÇU 

 

 

izinlə  mərc gələrəm ki, dünyada Qeyrət kimi 



oyunçu olmayıb, olmayacaq da. İstəyirsiniz 

oyunlarına baxa bilərsiniz. Elə  məşq zamanı da 

onun necə futbolçu olduğunu görmək çətin deyil. 

Odur, bax, məşq başlandı. Aha, Qeyrət onbirmetrlik vurur: 

gumb! Qapının üst dirəyi getdi işinin dalınca.                               

Sən cəmi on metrdən vurdun. Bu, hesabdan deyil. 

—Eh, qapıçının adəti cığallıq etməkdir, də! Hakimlər 

on bir metr sayıb dayanırlar. 

—Bax burdan vurmalısan, bir qarış da qabağa gəlmə! 

Budur, Qeyrət geri çəkilir, irəli  şığıyır və... gumb! Bu dəfə 

qapının bütün dirəkləri havaya uçur. Ay aman, bu necə 

futbolçudur. Hakim bayaqkı çöpləri gətirib yenidən qapı qurur. 

Məşq yenidən başlanır. Hamı bilir ki, balaca futbolçu bircə 

zərbə ilə dirəkləri yerindən çıxaracaqdır... 

 

 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə