Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə7/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   2   3   4   5   6   7   8   9   10   ...   100

 

Milli Kitabxana  

 

 



 

26

 



 

 

 



 

HEÇ ZAMAN DANIŞILMAYAN NAĞIL 

 

 

iri var idi, biri yox idi, heç zaman danışılmayan bir 

nağıl var idi. Bu nağıl fikirləşirdi ki, görəsən nə üçün 

onu  heç  zaman  danışmayıblar.  "Axı    mən  

insanlara neyləmişəm?" — deyə həmişə nağıl acı-acı 

gileylənirdi. 

Bir dəfə Biləndər axtarıb həmin nağılı tapdı və oxudu. 

Sonra mənə danışdı. 

Sən demə, keçmiş zamanda balıqlarm hamısı danışa 

bilirmiş. Özü də indiki kimi suda yox, quruda yaşayırmışlar. 

Bir gün haradansa nəhəng itlər və pişiklər gəlib çıxır. Onlar 

balıqları tutub bir-bir yeyir, körpələrini kabab edirlər. Balıq 

gündən-günə azalmağa başlayır. Axırda elə olur ki, balıqdan 

ötrü itlərlə, pişiklər cırmaqlaşmağa başlayırlar.  

Onlar o qədər cırmaqlaşırlar ki, balıqlar qorxudan lal 

оlur və suya atılırlar. Amma itlərlə pişiklər hələ də crmaqlaşır. 

Nağıl burda bitir. Doğrusu mən indi başa düşdüm ki, nə 

üçün insanlar bu nağılı heç zaman danışmır. Belə xoşagəlməz 

hadisəni kim sevər ki... 

 

 



 


Milli Kitabxana  

 

 



 

27 


 

 

 

 

 

 

ÜZGÜÇÜ TURAL 

 

 

ax, üzgüçü belə olar! Tural əllərini, ayaqlarını

 

tərpə-


dir, hər dəfə də irəli atılırdı. Qurbağanı xatırlatsa da 

gözəl üzürdü. Üzə-üzə  fıkirləşirdi: "Daha mən 

üzgüçü olduğumu burada da göstərməyib harada 

göstərəcəyəm?! Qoy görsünlər ki, lap gəmi kimi üzürəm!". 

—Quuuq!  

Sahildəkilər isə elə hey qışqırırdı: 

—Tural, sən qol atdıqca dəniz dalğalanır, bir az yavaş 

üzə bilməzsən?!.  

O başını tərpədərək deyirdi:  

—Yox, mən həmişə belə  bərk üzürəm. Özünüzü 

gözləyin! Axı mən gəmiyəm.                           

Bəli, Tural dənizi coşdurmaq üçün daha bərk əl-qol atır, 

hər dəfə də boğuq səslər çıxarırdı. 

—Quuuq!                                          

—Bura bax qardaş, — deyə sahildəkilərdən biri onun 

qolundan yapışdı, — bəlkə bir az dənizin içinə gedəsən, hə, 

qumu havaya sovurursan axı! 

—Mən hələlik ancaq sahildə, narın qumun üstündə üzə 

bilirəm. Atam deyir ki, bir az böyü, dənizin lap ortasında da 

beləcə üzməyi öyrənəcəksən. Tural bu sözləri deyib suyun 

dayaz yerinə atıldı. Ordlarını su ilə doldurub irəli üfürdü və 

yalnız indi başa düşdü ki, o, balıq kimi də üzə bilir...        



 

 



 

Milli Kitabxana  

 

 



 

28

 



 

 

 



GÜZGÜ 

 

 

ovşan yoldan bir güzgü tapdı. Güzgudə özunu 



gorub elə bildi ki, şəkildi.                                    

—Qəşəng bir şəkil tapmışam, lap qəşəng! Deyə 

səs-küy saldı. Ceyran güzgünü alıb baxdı: 

—Doğrudan da gözəldir. Siz bir onun buynuzlarına 

baxın. Lap mənimkinə oxşayır. Gözlərinə söz ola bilməz! 

Canavar güzgünü qapıb aldı. 

—Bəri ver görüm, — deyə ceyranın üstünə  qışqırdı. 

Canavar xeyli baxıb dedi: 

—Hm, gözəl olmağına sözüm yoxdur, amma yırtıcıya 

oxşayır. 

O güzgünü ilana verdi. İlan baxıb dedi: 

—Ay aman, məgər siz onun dişlərinin dibindəki zəhərə 

fıkir vermirsiniz? Bu saat o, hamını çala bilər. 

Meymun güzgünü ilanın  əlindən qapdı  və diqqətlə 

baxmağa başladı. Xeyli baxandan sonra qışqırdı: 

— Belə çirkin heyvanın  şəklini hələ bir əlinizə  də 

alırsınız? — deyib güzgünü dərəyə tulladı. 

Güzgü sındı, hekayə də qurtardı. 

 

 



Milli Kitabxana  

 

 



 

29 


 

 

 



 

 

 



İKİ ADAMCIĞAZ 

 

 



u adamcığazların  əhvalatını  eşidəndə  məni bir 

gülmək tutdu ki, gəl görəsən.    

Onlar gecədən xeyli keçmiş durdular. Hamı  şirin 

yuxuya getmişdi. Birinci adamcığaz dedi: 

—Biz də özümüzə görə bir adamıq, ya yox?  

İkinci tələsik onun sualına cavab verdi:                

—Əlbəttə, adamıq, kim deyir ki, adam deyilik?!  

Birinci dedi:                                       

—Bir halda ki, belədir, onda gəl, biz də bir adam kimi 

gücümüzü göstərək. 

—Lap yaxşı. Amma başa düşmədim ki, biz neyləmə-

liyik.  


—Gəl yaşadığımız bu evi tərpədək. Qoy görsünlər ki, 

bizim də özümüzə görə gücümüz var. 

Onlar hərəsi  şkafin bir qapısını  tərpətməyə başladı. 

Birdən yuxarıdan nəsə düşdü və birinci adamcığazın qоlunu 

yerindən qopartdı. İkincinin də qorxudan ürəyi getdi.  

Səhər Gülnurla Şəlalə yuxudan durub gördülər ki

onların gəlincikləri yerə düşüb. Birinin sağ qolu yerindən 

qopub. Onlar nə  qədər fikirləşdilərsə  də bunun səbəbini 

bilmədilər. Buna görə  də küsüşdülər.  Əgər qorxudan ikinci 

adamcığazın dili tutulmasaydı o, uşaqlara işin nə yerdə 

olduğunu söylərdi... 

 

 




 

Milli Kitabxana  

 

 



 

30

 



İ

Kİ NAR 

 

 

olun başında iki nar qonşu idi. İkisi də  qızarıb 



yetişmişdi. Birinci nar ürəyində fıkirləşirdi: 

 —Görəsən birinci hansımızı  dərəcəklər.  Əlbəttə 

məni dərməlidirlər. Axı, mən daha iri və  qırmı-

zıyam. 


İkinci nar fıkirləşirdi: 

—Qonşum da mənim kimi gözəldi.  İkimizi də bir 

dərsələr nə yaxşı olardı. Ağ süfrənin üstündə də qonşu olardıq. 

Ömrümüzün axırına qədər bir yerdə yaşayardıq.  

Birinci nar fikirləşirdi:  

Yox,  əvvəl məni dərməlidirlər. Mən gərək  ən böyük 

məclislərin bəzəyi olam. Qonşumu isə sonra dərmək olar. Hara 

tələsir ki? Hələ əməlli qızarmayıb da! 

İkinci nar ürəyində dedi:  

—Əgər  əvvəl məni dərmək istəsələr, birtəhər başa 

salacam ki, qonşudan ayıbdı,  əvvəl onu dərin. Narlar beləcə 

fikirləşirdilər. Birdən kimsə ikinci narı  dərib apardı. O, nə 

qədər qışqırdı ki, qonşusunu dərsinlər, heç sözünə qulaq asan 

olmadı. 

Birinci nar bunu görüb hirsindən partladı. Qırmızı 

dişləri göründü.                                

Hardansa bir sərçə nar koluna qonub oxumağa başladı:  



Cik-cirik, cik-cirik, mən bilirəm o narı hara apardılar.  

—Hara apardılar? — deyə paçallamış nar soruşdu. 

—Onu xonçaya qoyub toya apardılar! 

Bu sözdən nar necə partladısa dənələri yerə töküldü. 

Sərçələr bir göz qırpımında ona hücum etdilər. Bütün 

dənələrini yeyib qurtardılar. Bu da paxıl narın axırı.       




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə