Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə3/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   2   3   4   5   6   7   8   9   ...   100

Milli Kitabxana  

 

 



 

 



birdən çıxdı və nə qədər axtardımsa onları tapa bilmədim”. Bu 

cümlə uşağın yumor hissini gücləndirir və nə qədər  çətin olsa 

da  əhvalatı oxuyub qurtarmaq üçün ona impuls verir. Əsərin 

sonunda da müəllif eyni bir ahənglə yazır: “Kim nə deyir desin, 

mən bu əhvalata inanmıram. Belə  də qarın olar?” Beləliklə 

müəllif uşağa eyhamla bir həqiqəti  çatdırır ki, bu qarın 

əhvalatı  əslində olmayıb. Bu obrazdır. Onun arxasında daha 

ciddi mətləblər dayanır.  

Müəllifin bir qrup hekayələri uşaqların intellekt 

qabiliyyətlərinə ünvanlanmışdır. (“Üçbucaq ölkənin adamları”, 

“Coğrafiya dərsində taxılan eynək”, “Kərəmin sehirli qələmi”). 

Bu hekayələr uşaqların məntiqi qabiliyyətlərinin inkişafına 

yönəldiyi üçün oxucuların heç də hamısının onları maraqla 

oxuyacağına inanmayan yazıçı başqa bir priyoma əl atır. Bu 

hekayələrin uşaqların diqqətini cəlb etməsi və hökmən oxuması 

üçün yazıçı əlavə vasitələrdən istifadə edir. Məsələn, “Üçbucaq 

ölkənin adamları” hekayəsi belə başlayır: Siz nə deyirsiniz 

deyin, mən ömrümdə belə bir ölkə görməmişəm». Beləliklə 

əsərinin fantastik olduğuna eyham vurur. Bu saat qeyri adi 

əhvalatlar başlayacağını demir, bu eyhamla da kifayətlənir. 

“Kərəmin sehirli qələmi” əsərinin ilk cümləsi belədir: “Bir dəfə 

Kərəm usta Lətifin gözündə  qəribə bir eynək gördü. Adi 

eynəyə oxşamırdı. Buruna keçən hissəsinin üstündə antennaya 

oxşayan uzun məftil var idi.” Bu cümlə  uşağa nə isə elmi bir 

məlumat veriləcəyinə  işarə idi. Lakin müəllif bəzi uşaqların 

elm aləminə girməyə meyl etmədiyi üçün əsəri yarımçıq 

qoyacağından ehtiyatlanıb, sözünə belə davam edir: “Əslində 

bu məftil antennadan daha çox pişik bığlarına oxşayırdı”.  

Çox zaman bu hekayələr yazıçının fantaziyası kimi 

deyil, uşaqların uydurmaları kimi təqdim olunur. Və  əsərin 

oxunaqlığını artırır. Oxucu bu əhvalatların sadəcə  uşaq 

fantaziyasının məhsulu olduğunu  əsərin sonunda dərk edir və 

bu da ona ilıq bir yumor təsiri bağışlayır.  



 

Milli Kitabxana  

 

 



 

10

“Sehrli gəminin kapitanı”  əsərində evdə  tək qalan 



Ayzər adlı uşaq fantaziyasını işə salır və qeyri adi əhvalatlarla 

qarşılaşır: “Əvvəlcə Ayzərgilin ikimərtəbəli balaca evi sehirli 

gəmiyə  çevrildi. Orasını Ayzər qətiyyən xatırlaya bilmir, necə 

oldu ki, onların yamyaşıl bağçaları birdən birə  çevrilib nəhəng 

dəniz oldu”. Bağın dənizə  çevrilməsinin inandırıcı olacağına 

şübhə edən yazıçı oxucunu belə bir cümlə ilə tam əmin  еdir: 

“Doğrudur bu dənizin suyu yamyaşıl idi. Hətta onun içində 

qırmızı gül topalarına oxşayan ləpələr də vardı”. Beləliklə 

Ayzərin düşdüyü aləmin tam sehrli olması oxucunu inandırır. 

Müəllif bu sehrli aləmin təsviri prosesində arabir oxucuya 

eyhamla xatırladır ki, ehtiyatlı olsun, başa düşsün ki, he ç bir 

sehrli ölkədə deyil, bu yеrlər Ayzərgilin öz həyətlərindədir. 

Hekayədə oxuyuruq: “Elə bu zaman qəribə bir əhvalat oldu. 

Bir sərçə  ağ belini gəminin göyərtəsinə kimi qaldıran dalğanı 

təzəçə  çiçəkləmiş alça ağacı hesab edib, onun başına qondu”. 

Bu parçanı oxuyarkən uşaq dalğanın doğrudan da alça ağacı və 

ya dəniz ləpəsi olmağını aydınlaşdırmağa  çalışır.  Əgər o, 

doğrudan da alça ağacıdırsa deməli, yazıçı onu aldadır, yalançı 

bir fantaziya ilə başını qatır. Bunu oxucu elə bu məqamda dərk 

etsə, mütaliəni dayandırar. Yazıçı oxucunun bu həqiqəti dərk 

etməsinə macal vermir, bu parçanın bir metofora olduğunu 

gizlətmək üçün sözün arasına başqa bir söz qatır və yazır: “Ən 

qəribəsi isə bu oldu ki, pişik elə həmin anda sıçrayıb sərçənin 

quyruğundan yapışdı. Sərçə havaya qaxdı. Pişik isə gumbultu 

ilə suya batdı və birtəhər üzüb gəmiyə qayıtdı. 

İntellektə ünvanlanan hekayələrin sonunda müəllif bu 

əhvalatların – elmi yönümlü fantaziyaların – həqiqətmi, 

yalanmı olduğunu dəqiq söyləmək fikrindən xeyli uzaq, amma 

oxucunu qane edən bir səviyyədə yekunlaşdırır. “Üçbucaq 

ölkənin adamları” belə qurtarır: “Bəli bir dəfə belə bir əhvalat 

olmuşdu. Biləndər belə bir ölkəyə getmişdi”. “Coğrafiya 

dərsində taxılan eynək” hekayəsi isə belə yekunlaşır: “Onu da 




Milli Kitabxana  

 

 



 

11 


 

bil ki, usta Lətifin düzəltdiyi eynək hələ də durur. Amma heç 

kəs onun yerini bilmir”.  

Zahid Xəlilin bir qrup hekayələri heyvanların və cansız 

əşyaların həyatından bəhs edir. “Qapılar”, “Qabağa qa çan 

kirşə”, “İnci”, İki adamcığaz”, İki nar”, “Oxuyan koğuş”, “İki 

ağcaqanad”, “Buynuzu gicişən çəpiş”, “Budaqdan düzəldilmiş 

pişik”, “Çiyələklərin  çəhrayı nağılı” və s. onlarla hekayəsi 

vardır ki, bu əsərlərin iştirakçıları insanlara məxsus hərəkətləri 

ilə yumoristik bir əhval yaradır. Məsələn, “İki adamcığaz”ın 

iştirakçıları kuklalardır. Müəllif bu iki kuklanı canlı kimi təsvir 

edib. Onlar gecədən xeyli keçmiş ayağa qalxıb “Biz də 

özümüzə görə bir adamıq, ya yox?” deyə bir – birinə sual verir, 

bunu sübut etmək üçün şifonerin qapılarını yellədir və axırda 

müəllifin yazdığı kimi “Birdən yuxarıdan nəsə düşdü və birinci 

adamcığazın qolunu yerindən qopartdı.  İkincinin də qorxudan 

ürəyi getdi”. Əslində isə  nə baş vermişdi? Kuklalar şifonerin 

üstünə yaxşı qoyulmadıqları üçün oradan yerə düşmüşlər, 

vəssalam. Müəllif  əsil həqiqəti də eyhamla başa salmağı 

yaddan  çıxartmır” “Səhər Gülnurla Şəlalə yuxudan durub 

gördülər ki, onların gəlincikləri yerə düşüb, birinin də sağ qolu 

sınıb... Əgər qorxudan ikinci adamcığazın dili tutulmasaydı, o, 

uşaqlara işin nə yerdə olduğunu söylərdi”. 

Müəllifin bir sıra nağılları he ç nə haqqındadır. Yəni, 

bizim heç birimizin görmədiyimiz he ç nələr də yazı  çının 

qələmində obraza  çevrilir. “Kölgələr”, “Körpə  nəğmənin 

nağılı”, “Yalançı sözlər”, “Günəşin dənizdə qalan saçları” 

“Maşqa”, “Yalandan yaranmış adam” “Ağıllı fikirlə axmaq 

fikir”, “Heçnə” haqqında nağıl və s. 

Şübhəsiz ki, bu hekayələrin hər biri son dərəcə orijinal-

dır. Onlar bir-birini və ümumiyyətlə heç bir ədəbi nümunəni 

təkrar etmir.  

“Kölgələr” hekayəsində təsvir olunur ki, hamı yatandan 

sonra kölgələr bir qaranlıq yerə  yığışır və oynamağa 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə