Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə2/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   2   3   4   5   6   7   8   9   ...   100

 

Milli Kitabxana  

 

 



 

6

dahi  şəxsiyyətlər onun yaradıcılığında qohumlaşır, birləşir və 



bəşəriyyətin işıqlı gələcəyinə doğru addımlayırlar.  

Yuxarıda qeyd etdik ki, Zahid Xəlil kiçik hekayələrində 

fiziki görkəmi ilə balaca olan heyvanların,  əşyaların, 

gəlinciklərin, qaz tükünün obrazlarını yaradır. Amma bu 

obrazlar  şəkilcə balacadır, fiziki görkəmləri zəifdir. Onların 

mənəvi cəhəti  çox güclüdür və bu güc düşmənlər üzərində 

qələbə  çalmağa kifayət edir. Əslində bu əsərlərdə “mübarizə” 

sözü də  şərti xarakter daşıyır.  İlk baxışda heç kəs heç kəslə 

mübarizə aparmır. 

“Ballıca” kitabının əvvəlində bədəncə bir-birinin əksinə 

olan iki obraz var: Azman və  Cırtdan. Azman bədəncə  çox 

nəhəng, Cırtdan isə balacadır. Bu nəhənglə balaca nağıl 

danışmaq üstündə mübahisə edir, hər biri yazıçının ürəyinə yol 

tapmaq istəyir. Azman Cırtdanı öldürmək üçün axtarır. Cırtdan 

isə  nəinki Azmandan qorxmur, əksinə  hər gecə onun cibində 

yatır. Yazıçı bu epizodla bizə deyir ki, kitaba daxil olan 

əsərlərdəki qəhrəmanlar da onları danışan Cırtdanla Azman 

kimi daim mübarizədədir.  

Zahid Xəlilin hekayələri uşaq ədəbiyyatımızın inkişafında 

yeni bir mərhələdir. Bu əsərlərin qaynaqları  qərb  ədəbiyyatına 

gedib  çıxsa da onların ifadə etdiyi ideallar millidir. Bu hekayələr 

üçün ümumi xarakterik xüsusiyyət onların son dərəcə  yığcam 

olmasıdır. Hekayələrin xeyli hissəsi cəmi bir və ya iki səfihədən 

ibarətdir. Bu lakonik hekayələrin özləri də iki yerə bölünür. 

Onların bir qismi süjetinin, əhvalatların qısa olması ilə xarakterizə 

edilirsə, (“Peçenyədən yaranmış  qız”, “Çəpiş”, “Papaq”, 

“Güzgü”, “Üzgüçü Tural”, “Futbolçu”), digər qismi sözün, hadi-

sənin yüksək təzyiq altında sıxılmasından yaranır (“Quyruq”, 

“Qulamın qəribə qarnı”, “Kölgələr”, “Bağırmaq istəyən adam”).  

Birinci qrup hekayələr daha geniş oxucu auditoriyası 

üçün nəzərdə tutulduğuna görə  ən sadə  əhvalatlar vasitəsilə 

konkret bir məqsədə yönəlir. Belə  əsərlər, necə deyərlər, 

üstündən baxanda dibi görünür. Onların təlqin etdiyi fikirlər də 



Milli Kitabxana  

 

 



 

 



bir az təcrübəli oxucu üçün tam anlaşıqlı olur. Bu tipli əsərləri 

uşaqlar ləzzətlə oxuyurlar. Belə hekayələrdə yazıçı hadisəni 

bütün təfərrüatı ilə vermir, uşağı geniş əhvalatlar girdabına atıb 

çaşdırmır, əsas məqamları hekayənin süjetinə  çevirir. Rəssam 

dəqiqliiyi ilə ən lüzumlu hissəni qabardır və beləliklə kiçik bir 

eyhamla uşağa istədiyi fikri  çatdırır. Bir səhifəlik “Papaq” 

hekayəsində təsvir olunur ki, uşaq təzəcə alınan papağının içinə 

soyuqdan donan pişikləri qoyur ki, onlar üşüməsinlər. Papağın  

çox qiymətli olduğunu deyib hay-küy qoparan ana işin nə 

yerdə olduğunu biləndən, uşağının humanist keyfiyyətlərini 

duyandan sonra vəziyyət dəyişir. “Bilmirəm papaq tapıldığına 

görəmi, ya nə üçünsə ana onu danlamadı. Təkcə 

gülümsündü”... Uşaq qəlbindəki insani duyğuların papağa 

verilən puldan daha qiymətli olduğu barədə yazıçı uzun-uzadı 

söhbət açmır. Kiçik bir eyhamla uşağın qəlbi ilə ana ürəyinin 

həmahəng döyündüyünü ifadə edir.  

“İki nar” hekayəsində  də uzun-uzadı  təsvirlər yoxdur. 

Ağacda yanaşı bitən iki narın simasında xaraktercə bir-birinin 

əksi olan insanlar verilir. Onlardan biri eqoist, yalnız özünü 

sevən və başqaları haqqında düşünməyən, ikincisi isə tam onun 

əksinədir. Eqoist narın pis aqibəti ikincinin xoşbəxt bir ömür 

yaşaması, hörmətlə xonşaya qoyulub toya aparılması fikrinin 

arxasında müəllifin təlqin etmək istədiyi pedoqoji qayə 

dayanır: Düşüncələrin ləyaqətli olsa, həyatın da elə davam 

edər.  

İkinci tip kiçik hekayələr isə sözün, fikrin yığcam 



deyilməsi  ən incə yumorla  çox mühüm həyati hadisələrə 

gülmək məqsədi daşıyır. Bu hekayələrdə lakonizm elə bir 

yüksəkliyə  çatır ki, hətta onu uşaq hekayəsi deyil, böyüklər 

üçün yazılan fəlsəfi esse hesab etmək olar. Belə bir elemantar 

fiziki hadisəni yadımıza salaq ki, maddə qaz halından mayeyə, 

sonra isə kristala  çevrilə bilir. Aydındır ki qaz halında onun 

həcmi  çox, maye halında az, kristal vəziyyətində isə lap az 



 

Milli Kitabxana  

 

 



 

8

olur. Bədii ədəbiyyat da belədir. Böyük sənətkarlar tarixdə ona 



görə qalırlar ki, obrazlı dildə dediyimiz “qazı kristala 

 

çevirirlər”. N.Gəncəvi yazırdı: 



Sözün  çoxsa əgər,  çalış az olsun, 

Yüz sözün yerində bir kəlmə qalsın. 

Su daşıb həddini aşarsa əgər, 

İ çəni doydurmaz, mütləq qərq edər. 

Dahi şairimiz Məhəmməd Füzulinin də əsərlərinin daim 

diri qalması bu tələbə cavab verməsi ilə bağlıdır.  

Gər  çox istərsən, Füzuli, izzətin, az et sözü, 

Kim  çox olmaqdan qılıbdır,  çox əzizi xar söz. 

Ey Füzuli, əgər qədrini bilirsənsə, sözünü az elə,  çünki,  

çox hörmətli adamlar bu yolla getmədiklərinə görə xar olublar. 

Bu, ciddi ədəbiyyatın, əsrləri adlayıb gələn böyük sənətin əsas 

xüsusiyyətidir. Bu cəhət  əsasən  şeir sənətinə aiddir. Bu 

keyfiyyətləri uşaq  ədəbiyyatından tələb edən Zahid Xəlilin 

bəzən özü də tərəddüd edir. İlk baxışda uşaq ədəbiyyatının bu 

tələbə  əməl etməsi qeyri-mümkündür. Müəllif özü də bu 

təhlükəni hiss edir. Uşaqla bu qədər yığcam danışmaq riskini 

duyan yazıçı  əlavə  tədbirlərə  əl atır. Qərb stilində yazılan bu 

əsərlərdə şərq ədəbi ənənələrindən istifadə edir. Şərqdə böyük 

həcmli əsərlərin dinlənilməsi üçün nağıl yaraşıqları olan qara-

vəllilərdən istifadə edilir. Bəzən aşıqlar nağılın  əvvəlində, 

hərdən isə hətta ortasında dinləyicilərin yorulduğunu hiss eləsə 

bir qaravəlli deyir, tamaşaçıların əhval-ruhiyyəsini artırır, sonra 

söhbəti davam etdirir. Zahid Xəlil isə bu bir səhifəlik əsərinin 

fikir yükünün uşaq üçün ağır olacağını başa düşüb, xalqın 

həmin ənənəsindən bəhrələnir, bu zaman iki-üç səhifəlik nağıl 

yaraşıqlarından deyil, təxminən onun rolunu oynayan, lakin 

cəmi bir və ya iki cümlədən ibarət məzəli bir əhvalat danışır. 

Məsələn, “Qulamın qəribə qarnı” əsərinin üst qatı uşaqlar üçün 

maraqlı olsa da, burada sözlərin möhtəşəm sıxılması onun 

həzm olunmasına çətinlik yaratdığını duyan yazıçı  əsəri belə 

başlayır: “Mən bu əhvalatı eşidəndə necə güldümsə, iki dişim 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə